Xidmətlər

TikTok Reklamları Xidməti — Satış gətirən TikTok Ads | CodeOn

Temmuz 21, 2026 · CodeOn

TikTok reklamları xidməti — məhsulunuzu Azərbaycanda ən sürətlə böyüyən platformada satışa çevirmək üçün tam əhatəli xidmətdir. TikTok artıq yalnız əyləncə platforması deyil: istifadəçilər burada məhsul kəşf edir, qiymət müqayisə edir və birbaşa alış qərarı verir.

CodeOn komandası olaraq hesabın sıfırdan qurulmasından tutmuş piksel quraşdırılması və satış kampaniyalarının idarə olunmasına qədər bütün prosesi öz üzərimizə götürürük — siz yalnız sifarişləri qarşılayırsınız.

TikTok Xidmətinə daxildir

TikTok-da nəticə tək bir reklamla gəlmir. Hesabın quruluşundan ölçmə sisteminə qədər hər hissə düzgün qurulmalıdır:

  • ✓TikTok biznes hesabının qurulması — profil, bio və kateqoriya tənzimləmələri
  • ✓TikTok Ads hesabının qurulması — reklam kabinetinin açılması və ödəniş qurulumu
  • ✓TikTok kontent ideyalarının verilməsi — platformanın dilinə uyğun aylıq ideyalar
  • ✓Reklamların qurulması — kampaniya strukturu və reklam qruplarının yaradılması
  • ✓Satış üçün hədəf kütlə yaradılması — maraq, davranış və oxşar auditoriyalar
  • ✓Satış reklamlarının verilməsi — baxış yox, konversiya məqsədli kampaniyalar
  • ✓TikTok Pixel quraşdırılması — sayt hadisələrinin düzgün ölçülməsi
  • ✓Vebsayt satışlarının artırılması — TikTok trafikinin satışa çevrilməsi

Niyə TikTok Pixel bu qədər vacibdir?

Ən çox rast gəldiyimiz problem budur: biznes TikTok-a reklam verir, trafik gəlir, amma hansı reklamın satış gətirdiyi bilinmir. Səbəb piksel və hadisələrin qurulmamasıdır.

Piksel qurulmayanda TikTok alqoritmi kimə reklam göstərəcəyini öyrənə bilmir — nəticədə büdcə alış etməyəcək adamlara xərclənir. Piksel qurulandan sonra isə alqoritm həqiqətən alan insanları tanıyır və eyni büdcə ilə daha çox sifariş gəlir.

TikTok Reklam Xidməti Qiymət Təklifi al

Hər biznesin vəziyyəti fərqlidir: məhsulun növü, orta çek, rəqabət səviyyəsi və mövcud kontent qiymətə birbaşa təsir edir. Ona görə standart qiymət yerinə, biznesinizi analiz edib sizə fərdi qiymət təklifi hazırlayırıq. Pakete daxil olanlar:

TIKTOK PAKETİTam Əhatəli TikTok Reklam Xidməti
  • ✓TikTok biznes hesabının qurulması
  • ✓TikTok Ads hesabının qurulması
  • ✓Aylıq kontent ideyalarının verilməsi
  • ✓Kampaniyaların qurulması və idarə olunması
  • ✓Satış üçün hədəf kütlənin yaradılması
  • ✓Konversiya məqsədli satış reklamları
  • ✓TikTok Pixel və hadisələrin quraşdırılması
  • ✓Vebsayt satışlarının artırılması
  • ✓Aylıq nəticə hesabatı

Niyə bizim TikTok Xidmətimizi seçməlisən?

🎯 Baxış yox, satış hədəfləyirikMəqsəd video baxışı deyil — ölçülə bilən sifariş və müraciətdir. Kampaniyaları bu məntiqlə qururuq.
📊 Hər şey ölçülürPiksel və hadisələr düzgün qurulur, hansı reklamın nə qədər satış gətirdiyini dəqiq görürsünüz.
💡 Kontent ideyaları bizdənTikTok-da kreativ qiymətə birbaşa təsir edir. Hər ay platformanın dilinə uyğun ideyalar təqdim edirik.
💬 7/24 əlaqəGünün istənilən saatında yazın — kampaniyanın gedişatı barədə hər zaman məlumat ala bilərsiniz.

TikTok Xidməti prosesi

Müraciətdən ilk satışlara qədər proses şəffaf və dörd aydın mərhələdən ibarətdir:

1Qiymət təklifi və müraciət
→
2Hesabların və pikselin qurulması
→
3Kontent və kampaniya planı
→
4Reklamların başlanması və optimizasiya

Gördüyümüz işlərə Portfolio səhifəmizdən baxa bilərsiniz.

TikTok reklamını özünüz öyrənmək istəyirsinizsə

Kampaniyanı öz əlinizlə qurmaq istəyirsinizsə, komandamızın reklam istiqamətini aparan Kanan Nasibov bütün prosesi öz saytında addım-addım izah edib — TikTok reklamı necə verilir bələdçisində Ads Manager qurulumu, reklam növləri və ən çox buraxılan səhvlər yazılıb.

TikTok Xidmətimiz üçün verilən suallar

TikTok reklamı hansı bizneslər üçün uyğundur?

Geyim, gözəllik, qida, kurs, klinika və e-ticarət ən yaxşı nəticə verən sahələrdir. Vizual göstərilə bilən hər məhsul TikTok-da işləyir.

Videoları siz çəkirsiniz?

Kontent ideyalarını biz veririk. Çəkiliş də bizdən olsun istəyirsinizsə, video və foto xidmətimizlə birləşdirilmiş paket hazırlayırıq.

Nə qədər müddətə nəticə görünür?

İlk nəticələr adətən 2–4 həftəyə görünür. Alqoritmin öyrənmə mərhələsi var, ona görə kampaniyanı ən azı bir ay dayanıqlı aparmaq lazımdır.

Reklam büdcəsi qiymətə daxildir?

Xeyr, reklam büdcəsi birbaşa TikTok-a ödənilir və ayrıca hesablanır. Bizim xidmət haqqı idarəetmə və quraşdırma üçündür.

Mövcud hesabım var, yenidən qurmaq lazımdır?

Xeyr. Mövcud hesabı analiz edib çatışmayan hissələri tamamlayırıq — çox vaxt piksel və hadisələr düzgün qurulmamış olur.

TikTok-dan satış almağa hazırsan?

Biznesinizi pulsuz analiz edək və sizə fərdi TikTok strategiyası təqdim edək.

Qiymət təklifi al

Bu xidmətlə maraqlanırsınız?

Layihəniz üçün fərdi qiymət təklifi hazırlayaq.