Haqqımızda

CodeOn 2023-cü ildə Bakıda qurulmuş rəqəmsal marketinq agentliyidir. Qısa zamanda həm yerli, həm də qlobal bazarda fəaliyyət göstərən brendlərin etibarlı tərəfdaşına çevrilmişik.

10 nəfərdən ibarət peşəkar komandamız dizayn, SEO, süni intellekt həlləri, performans marketinqi, sosial media idarəçiliyi, video-foto istehsalı və veb layihələr üzrə ixtisaslaşıb. Hər bir əməkdaşımız öz sahəsində illərlə formalaşmış təcrübəyə malikdir.

Bu günə qədər 25+ marka ilə əməkdaşlıq etmiş, 70+ uğurlu layihə icra etmişik. Böyük korporasiyalardan kiçik bizneslərə qədər hər bir müştərimizə eyni diqqət və keyfiyyətlə yanaşırıq — çünki bizim üçün əsas göstərici sizin biznesinizin real artımıdır.

Biz sadəcə xidmət göstərmirik: brendlərlə birlikdə düşünür, strategiya qurur və nəticəyə qədər yanınızda oluruq. Rəqəmsal dünyada güclü mövqe qazanmaq istəyirsinizsə, CodeOn komandası sizinlə işləməyə hazırdır.