Temmuz 21, 2026 · CodeOn
Video və foto çəkilişi xidməti — sosial medianızın hər ay dolu qalması üçün hazır kontent paketidir. Peşəkar avadanlıqla çəkiliş aparırıq, montaj edirik və materialı paylaşıma hazır şəkildə təhvil veririk.
Sosial mediada ən çox rast gəlinən problem ideya yoxluğu deyil — material yoxluğudur. Paylaşmaq üçün keyfiyyətli video və foto olmayanda ən yaxşı strategiya da kağız üzərində qalır. Bu xidmət məhz həmin boşluğu bağlayır.
Çox biznes yalnız gözəl görünən material çəkdirir və sonra satış olmadığına təəccüblənir. Əslində bu iki ayrı işdir:
Tanıtım kontenti brendi tanıdır — komanda, məkan, proses, dəyərlər. Etibar qurur, amma dərhal satmır.
Satış kontenti isə konkret məhsulu konkret problemə həll kimi göstərir — istifadə anı, əvvəl-sonra, qiymət, çağırış. Reklamda işlədilən məhz budur.
Aylıq paketdə hər ikisindən çəkirik, çünki yalnız satış kontenti auditoriyanı yorur, yalnız tanıtım kontenti isə gəlir gətirmir.
Qiymət çəkiliş məkanından, məhsulun növündən və montaj həcmindən asılıdır. Ona görə standart qiymət yerinə biznesinizə baxıb fərdi qiymət təklifi hazırlayırıq. Pakete daxil olanlar:
Müraciətdən materialın təhvilinə qədər proses dörd mərhələdən ibarətdir:
Gördüyümüz işlərə Portfolio səhifəmizdən baxa bilərsiniz.
Çəkilişdən əvvəl nə paylaşacağınızı planlamaq materialın yarısıdır. Kanan Nasibov bu mövzunu öz saytında izah edib — kontent marketinq strategiyası yazısı planın necə qurulduğunu, SMM Təqvimi isə ilin hansı günündə nə paylaşmağın uyğun olduğunu göstərir.
Sizin məkanda — mağaza, ofis, salon və ya istehsal sahəsində. Studiya çəkilişi lazımdırsa, ayrıca razılaşdırılır.
Adətən çəkilişdə sizin komandanız iştirak edir — bu, daha təbii və etibarlı görünür. Model lazım olduqda ayrıca razılaşdırılır.
Çəkilişdən sonra montaj adətən 3–7 iş günü çəkir. Təcili material lazımdırsa, əvvəlcədən deyin.
Bəli. Paket başlanğıc həcmidir — ehtiyacınıza görə genişləndirilmiş variant hazırlayırıq.
Bəli, SMM xidmətimizlə birləşdirilmiş paket mövcuddur — çəkiliş, paylaşım və reklam bir yerdə.
Biznesinizə baxaq və sizə uyğun aylıq kontent paketi təklif edək.
Layihəniz üçün fərdi qiymət təklifi hazırlayaq.