Mündəricat
Sosial Media səhifələri necə olmalıdır?
Hamımız bilirik ki, sosial media indiki dövrdə hamımızın həyatının bir parçasıdır. Brendlər və ya markalar sosial medialarda öz müştəriləri ilə sıx əlaqə yaradıblar. Bu əlaqələrin yaradılması üçün brendlər və ya markalar sosial media marketinq strategiyası yaradırlar.
Sosial Media strategiyası – Şirkətlərin qarşılarına qoyduqları məqsədi, hədəf kütlələrini, rəqiblərini ümumiyyətlə bazarı başa düşmək üçün yaradılan bir strategiyadır. Sosial media strategiyası üçün bir çox bilməli olduğunuz yollar var ki, siz bu yollardan istifadə edərək sosial mediada rəqiblərinizdə üstün ola bilərsiniz və hədəf kütlənizdə maraq dairəsində ola bilərsiniz.
Sosial Media Strategiyası yolları:
- Məqsədlərin düzgünlüyü
- Davamlılıq
- Keyfiyyətlilik
- Hədəf kütlənizi yaxından tanımaq
- Uğurlu kontent
- Emosionallıq
- Dürüstlük
- Hekayələr yaratmaq
- İlk görünən şəkil və mətn
Məqsədlərin düzgünlüyü
Sosial mediada uğurlu olmağın ən əsas yollarından biri məqsədlərin olmasıdır. Sosial media üçün atılacaq addımlar sizin marketinq məqsədlərinizə tabe olmalıdır.
Məsələn: Sizin brendiniz təzədirsə, o zaman sizin məqsədiniz geniş və ətraflı tanıtım olacaq. Bunun üçün qarşınıza məqsədlər qoymalısınız və gələcəkdə görülməsi olacaq işləri indi görmək üçün tələsməyin.
Davamlılıq
Davamlılıq nə üçün önəmlidir? Brendinizin və ya markanızın sosial media hesablarını açmısınızsa hədəf kütlələrinizlə, müştərilərinizlə sıx əlaqədə olmalısınız. Postlarınıza gələn rəyləri yaxşı olar ki, cavabsız qoymayasınız. Həmçinin mesaj bölməsinə gələn sorğuları da cavabsız qoymamaqda fayda var.
Keyfiyyətlilik
Ola bilər ki, siz səhifələrinizdə çoxlu postlar paylaşırsız, postların likeleri və ya rəylərinin sayını artırmağa çalışırsınız. Lakin, bunlar səhifənizin yaxşı olması demək deyil. Səhifələrinizin uğurlu olması üçün keyfiyyətli kontent yaratmalısınız. Keyfiyyətli kontent sizin işinizin daha peşəkar olmasına işarədir və keyfiyyətli kontent hədəf kütlənizin maraq dairəsində olur.
Hədəf kütlənizi yaxından tanımaq
Keyfiyyətli kontenti yaratmaq üçün müştərilərinizi, hədəf kütlənizi yaxından tanımalısınız. Hədəf kütlənizi yaxından tanımaq sizi rəqiblərinizdən üstün olduğunu göstərir. Əgər hədəf kütləni yaxından tanıyırsınızsa, o zaman keyfiyyətli kontentdə yarada biləcəksiniz. Müştərilərinizin nəyə marağı var, hansı mövzulara baxırlar və s.
Uğurlu kontent
Uğurlu kontent necə olmalıdır? Səhifələrinizdə uğurlu kontentin olması sizi hədəfinizə çatdıracaq. Uğurlu kontent deyəndə ağıla yalnız məhsulu və ya xidməti sata biləcək kontent gəlməməlidir. Kontent məlumat tipli olmalıdır, satış tipli olmalıdır, əyləndirici və emosional tip olmalıdır.
QEYD: Uğurlu və keyfiyyətli kontent hər zaman sizi rəqiblərinizdə üstün olduğunu göstərər.
Emosionallıq
Bir çox şirkətlərin də səhv etdiyi məqamlardan biri budur. Nə qədər ciddi bir şirkətdə olsa hər zaman kontentlərə, sorğuların cavablarına emosionallıq qatmaq lazımdır. Kontentlərə yumoristlik, emosionallıq qatmaq hədəf kütləyə də maraqlı gəlir. Şəkillər Redbull və Mcdonalds markalarından nümunədir.
Səmimi və Dürüst olmaq
Ümumiyyətlə hədəf kütlənin sevdiyi məqamlarda biri brendin və ya markanın dürüst və səmimi olmasıdır. Əgər səhv etmisinizsə üzr istəyin və ya izləyicini əldə saxlamaq üçün kiçik bir hədiyyə edin, bonuslar verin. Bu tək bir müştəridə deyil, digər izləyicilərdə də brendinizə qarşı xoş münasibət yaradacaq.
Hekayələr yaratmaq
Hekaye yaratmaq sosial mediada uğurlu olmağın əsas yollarından biridir. Paylaşdığınız kontentləri isə yaratdığınız hekaye üzərində qurmağa çalışın.
İlk görünən şəkil və mətn
İndiki dövrdə ölkəmizdə sosial media deyəndə ağıla instagram və facebook gəlir. Bəs ilk görünən şəkil və mətn nədir?
Məsələn, X adlı müştəri instagramda axtarış yerinə telefon yazır və bir neçə hesablarla qarşılaşır. Bəs müştəri hansı səhifəyə keçid edər? Təbii ki, profil şəkli və altyazı ona maraqlı gələn səhifəyə keçid edər. Sizin profil şəklinizdə “cəlbedici telefon” şəkili və altyazıda “keyfiyyətli və münasib qiymətə telefonlar” yazılsa izləyicinin səhifənizə keçid etməsi yüksəkdir. Buda səhifəyə olan traffiki artırır.

No Comment! Be the first one.