Sosial Media Marketinq – Məhsulları və ya xidmətləri sosial media kanalları vasitəsilə hədəf kütləsinə çatdırmaqdır. Yəni, siz sosial media kanallarından istifadə edərək öz məhsullarınızı hədəf kütləsinə çatdırırsınızsa, artıq sosial media marketinqdən istifadə etmiş olursunuz. Social Media Marketinq rəqəmsal marketinqin vacib qollarından biridir. Demək olar ki, dünyadakı bütün brendlərin sosial media kanalları mövcuddur.
Social Media Marketinqdən indiki günümüzdən istifadə aktiv istifadə etmək lazımdır. Çün ki insanlar ehtiyacları olan məhsulları almamışdan öncə onu axtarırlar, araşdırırlar. Həmçinin siz öz müştərilərinizlə rahatlıqla əlaqə yarada bilirsiniz, onlarla söhbət edib nəyə ehtiyacları olduğunu daha yaxşı başa düşə bilərsiniz.
Ölkəmizdə social medialardan instagram, facebook, tiktok aktiv şəkildə istifadə olunur və deyə bilərik ki, şirkətlər öz məhsullarının yarıdan çoxunu sosial media üzərindən satırlar. Lakin aktiv olduğunuz sosial media səhifələrini düzgün idarə etməlisiniz, səhifə strukturunu düzgün qurmalısınız.
Siz Facebook və İnstagram səhifələrinizi bir platforma üzərindən idarə edə bilərsiniz. Bunun üçün LİNKƏ keçid edərək Business Suite platformasından istifadə edə bilərsiniz.
Sosial Media Səhifələri necə olmalıdır? Daxil olaraq düzgün sosial media səhifələri necə olmalıdır öyrənə bilərsiniz.
Siz social media marketingdən istifadə edərək bir sıra vacib amilləri nəzərə almalısınız.
Sosial Media kanallarından istifadə etməkl brend tanıtımlığı baş tutur. İndiki günümüzdə sosial media istifadəçiləri həddindən artıq çoxdur. Hətta deyə bilərik ki, insanların çoxu sosial mediadan aktiv istifadə edir. Ona görə də, indiki gündə sosial mediadan aktiv istifadə edən brendlər daha çox və daha tez tanınır.
Sosial mediadan istifadə edən hədəf kütlənizin qarşısına keyfiyyətli kontentlər çıxardaraq, CTA-lardan istifadə edərək hədəf kütlənizə təsir edə bilərsiniz. Hədəf kütlənizin bir sosial media kanalından başqa digər sosial media kanallarından istifadə edərək uyğun kontentlərlə qarşısına çıxa bilərsiniz. Hədəf kütlənizin məhsulu almaları üçün düzgün sosial media kanallarından düzgün kontentlərlə nail ola bilərsiniz.
Sosial medialar vasitəsilə müştərilər sizlə və siz də müştərilərlə asanlıqla əlaqələr qura bilərsiniz. Yəni hər iki tərəf üçün əlçatan olur. Müştərilər üçün əlçatan olan zaman daimi müştərilər qazana bilərsiniz, müştəri sədaqətiniz artacaq və s. Müştəri problemlə qarşılaşarsa, öz ehtiyaclarını sizə sosial media kanallar vasitəsilə bildirərsə bu sizin brendin əlçatan olmasını göstərir.
Sosial media kanalları vasitəsilə müştərilərinizə uyğun yeni müştərilər tapa bilərsiniz. Sosial media kanallarında reklamlar verərək yeni müştərilər qazana bilərsiniz. Həmçinin yaratdığınız kontentlər keyfiyyətli olarsa həmin kontentə maraq çox olar. Bəyənmə, şərh, paylaşım çox gələr və kontent kəşfetə düşər. Siz hədəf auditoriyanıza oxşar hədəf kütlə yaradıb onların qarşısına reklamlar çıxarda bilərsiniz.
Vebsayta trafik çəkməyin yollarından biri də sosial media kanallarıdır. Aktiv olduğunuz sosial media kanallarında məhsulları və ya xidmətləri paylaşaraq vebsayta yönəldə bilərsiniz. Vebsayta yönələn trafik nə qədər çox olarsa o qədər yaxşı olar. Araşdırmalar göstərir ki, vebsayta gələn trafiki sosial media kanalları vasitəsilə 80% artıra bilərsiniz.
Müştəri məmnuniyyəti olduqca vacib amildir. Müştərilər problemlərini, müsbət rəylərini istədikləri şəkildə həll etməyi sevirlər. Onlar sizə sosial media kanallar vasitəsilə yazırlar və siz müştərilərə geri dönüş edən zaman müştəri məmnuniyyəti qazanırsınız. Araşdırmalar göstərir ki, 75% müştəri onlara tez geri dönüş edən brendləri başqalarına tövsiyyə edirlər. Müştəri məmnuniyyəti daimi müştərilərinizin sayını da çoxaldacaq.
Siz sosial mediadan istifadə edirsinizsə satışlarınızın artma ehtimalı olduqca çoxdur. Çün ki insanların çoxu sosial mediadan istifadə edir və siz məhsullarınızı və ya xidmətlərinizi sosial mediada hədəf kütlənizin qarşısına çıxardırsınız. Buna görə də sosail mediadan aktiv istifadə etmək satışların artmasına da səbəb ola bilər. Reklamlar verərək, keyfiyyətli kontentlər yaradaraq satışlarınızı artıra bilərsiniz.
Ümumiyyətlə brendlər və ya şirkətlər öz məhsullarını sosial media vasitəsilə müştərilərə satırsa artıq sosial media marketingdən istifadə etmiş olur. Bəs sosial media marketingdən necə düzgün istifadə etmək olar? Aşağıdakı yollara baxaraq düzgün smm, yəni sosial media marketingdən istifadə edin.
Məqsəd təyin etmək – Atacağınız ilk addım smm, yəni sosial media marketing məqsədlərini təyin etməkdir. Məqsədlərə, potansiyal müştəriləri artırmaq, satışları artırmaq, brendin tanıtımlığını artırmaq və s, aiddir. Məqsədlərinizi təyin edərək strategiyanızı daha da gücləndirə bilərsiniz.
Hədəf kütləni tanımaq – Hədəf kütlənizi tanımaq önəmlidir. Onlar kimlərdir, maraq dairələri nədir, harada yaşayırlar, yaşı nəqədərdir və s. Hədəf kütləni yaxından tanımaq sizin işlərinizi bir qədər asanlaşdırar, rəqiblərinizdən üstün ola bilərsiniz və s.
Platforma seçimi – Hədəf kütlənizi doğru tanıdıqdan sonra onların qarşısına doğru platformada çıxmaq lazımdır. Məsələn indiki günümüzdə 18-25 yaşlı hədəf kütləsi daha çox tik-tokdan istifadə edir. İş adamları üçün Linkedİn platformasını seçə bilərsiniz və s.
Kontentlərin təyin edilməsi – Hədəf kütlənizi tanıdınız, platformanı təyin etdiniz indi növbə doğru və keyfiyyətli kontent yaratmaqdadır. Siz hədəf kütlənizin ehtiyaclarına uyğun, həmçinin aktiv olduğunuz platformaya uyğun kontentlər hazırlamalısınız. Kontent digital marketingin gözüdür. Kontent haqqında ətraflı məlumat öyrənmək üçün Kontent Nədir adlı bloquma keçid edə bilərsiniz.
Aktivliyi artırmaq – Siz istifadə etdiyiniz platformalarda aktivlik göstərməlisiniz. Müştərilərin rəylərini bəyənə bilərsiniz, onlarla əlaqə qura bilərsiniz, izləyiciləri və davranışları izləyə bilərsiniz və s. İnsanlar aktivlik göstərən brendlərə daha çox maraq göstərirlər.
İnfluserlərlə iş – Ölkəmizdə influser reklamlarına böyük maraq vardır. İnfluserlər reklamları ilə hədəf kütlənizin diqqətini çəkə bilərsiniz. Lakin, influser seçən zaman hədəf kütlənizə uyğun seçmənizə diqqət etməlisiniz.
Reklam kampaniyaları – Sosial media reklamları ən populyar reklamlardır. Siz aktiv olduğunuz platformalarda reklam verərək daha geniş hədəf kütləsinə çıxa bilərsiniz. Ölkəmizdə ən çox meta reklamları istifadə olunur. Meta reklamlarını vermək üçün Ads Manager alətindən istifadə edə bilərsiniz.
Analizlər – Həyata keçirdiyiniz sosial media strategiyasını analiz etməlisiniz. Statistikalara baxmalısınız, hansı kontent daha çox aktivlik göstərib, nə qədər izlənmə gəlib bu datalara nəzərə alıb növbəti addımlarda istifadə etməlisiniz.
Müştəri məmnuniyyəti – Sosial mediada sizə yazan müştərilərə vaxtında cavab vermək, gələn rəylərə geri dönüş etmək, müştərilərin ehtiyaclarını qarşılamaq müştəri məmnuniyyətini artırır.
Trendlər – Trendləri davamlı olaraq izləmək sizi önə atar. Trendləri izləyərək onları öz brendinizə uyğunlaşdırıb kontentlər yarada bilərsiniz və bununla daha çox diqqət çəkə, yeni müştərilər cəlb edə bilərsiniz.
Davamlı Kontent – Fəaliyyət göstərdiyiniz sosial media kanalında davamlı olaraq kontentlər paylaşın. Hazırladığınız kontentləri planlaya da bilərsiniz. Davamlı kontent paylaşımı sizə hədəf kütlənizin sizinlə daha çox maraqlanmağını verər.
Smm yəni, social media marketing brendlər üçün olduqca lazımlı və faydalıdır. Bəs social media marketingin brendlər üçün hansı faydaları var?
İndiki günümüzdə demək olar ki, bütün brendlər sosial mediadan istifadə edirlər.
Sosial medialarda uyğun saat sizin hədəf kütləniz və seçdiyiniz platforma üçün dəyişir. Kontentləri hazır edəndən sonra siz fəaliyyət göstərdiyiniz platforma üçün uyğun vaxtı təyin edib paylaşmalısınız.
Məsələn:
Bizim ölkədə həftə içi iş olduğundan postlar ya obed arası və yaxud axşam iş saatından sonra paylaşılır. Bazar və 6-cı günlər isə günortadan axşama kimi kontentlər paylaşıla bilər.
Sosial platformalardakı aktivlik saatları platformanı istifadə edən kütlədən asılıdır. Linkedindən istifadə edənlər daha çox səhər iş vaxtı aktiv olurlar. İnstagram istifadəçiləri daha çox işdən sonra axşam vaxtları daha çox aktiv olurlar. Bütün platformaların öz aktiv olduğu saatlar var.
Sosial medianın SEO-ya təsiri də böyükdür. Vebsaytınızın öndə çıxmasına social media marketingin də təsirləri böyükdür. Social medianın SEOya təsiri aşağıdakılardır.
Kontent paylaşımları və linklər – Sosial medialarda paylaşılan kontentlər vebsaytınıza orqanik trafik gətirə bilər. İstifadəçilər sizin kontentləri bəyənir, paylaşır, rəy yazır və buda sizin vebsayta böyük təsir edir, hətta ön sıralara belə çəkə bilər.
Sosial Media profilin optimizasiyası – Sosial media hesablarındakı məlumatları doldurmaqla, açar sözlərdən istifadə etməklə, profil adı, bioqraf və urldən istifadə edərək axtarış motorlarındada ön sıralara çıxma ehtimalınız olur.
Sosial Media siqnalları – Sosial mediada paylaşdığınız kontentlərə hədəf kütləniz reaksiya verir. Reaksiya verən zaman axtarış motorlarına bir növ siqnallar gedir və o sizin kontentin keyfiyyətli olduğunu başa düşür.
Brend tanıtımlığı – Sosial medialarda tanıtımlığını artıran brendlər vebsayta çoxlu sayda orqanik trafik gətirir. Məsələn, sosial mediada brendinizi tanıtmısınız və sizi görən istifadəçilər sizi googleda axtarmağa başlayır.
Sosial media, iş dünyasının dəyişməz bir hissəsi halına gəlmişdir. Bu mədium, markanızın böyük auditoriyaya çatmasını və müştərilərinizlə təmasda olmağınızı təmin edir. Sosial media marketinqinin doğru tətbiqi, sizi sıradan şirkətlərdən seçilmiş bir brendə çevirə bilər. Bu yazıda, sosial media marketinqinin əsas prinsiplərini və nailiyyətli bir strategiyanın necə təyin edilməli olduğunu müzakirə edəcəyik.
Ən əsas addım, hədəf auditoriyanızı dəqiq bir şəkildə təyin etməkdir. Bu, potensial müştərilərinizin kimlər olduğunu və onların maraqlarını nələrə olacağınızı anlamağınızı təmin edir. Auditoriyanızın yaş, cins, marağlar və məkan kimi demografik xüsusiyyətlərini dəqiqliklə qiymətləndirmək maraqli və məqbul bir şəkildə əlaqə qurmanızı təmin edir.
Maraqli və qiymətli məzmun, sosial media marketinqinin əsasını təşkil edir. Müştərilərə maraqlı və istifadəli məzmun təqdim etmək, onları sizin brendinizlə əlaqələndirir. Bu, məhsullarınızı və xidmətlərinizi satmağınızın yaxşı bir yoludur. Maraqli blog yazıları, infografiklər və videolar, auditoriyanızın diqqətini cəlb etmək üçün ən effektiv vasitələrdəndir.
Sosial media, müştərilər üçün məhsullarınız və xidmətləriniz haqqında fikirlərinin paylaşıldığı bir platformadır. Müştərilərinizin rəyləri, potensial alıcılar üçün dəyərli bir informasiya mənbəyi olaraq işləyir. Müştərilərinizdən təsdiqləmələr və rəylər alın və bunları effektiv şəkildə istifadə edin.
Digər brendlərlə əməkdaşlıq etmək, sosial media marketinqinin effektivliyini artırmağın yaxşı bir yoludur. Tərəfdaşlıqlar, daha böyük auditoriyalara çatmağınızı və yeni müştərilər əldə etməyinizə kömək edir.
Sosial media marketinqin effektivliyini qiymətləndirmək üçün mövcud analitika və metrik alətlərindən istifadə edin. Bu, auditoriyanızın marağı və reaksiyasını nəzərdən keçirməyinizə imkan verir. Effektivliyi artırmaq üçün bu məlumatları düzgün şəkildə istifadə etməyiniz vacibdir.
Sosial media marketinqi, müasir iş dünyasında əhəmiyyətli bir yer tutur. Effektiv bir sosial media strategiyası təyin etmək və onu düzgün tətbiq etmək, brendinizin uğurunu təmin edir. Maraqli məzmun, təsdiqlənmə və effektiv analitika, nailiyyətli bir sosial media marketinq strategiyasının əsas hissələridir.
Bu məqalədə müzakirə etdiyimiz prinsipləri tətbiq edərək, sosial media platformalarında brendinizin nüfuzunu artıra və müştərilərinizi əlaqələndirə bilərsiniz.
Bura qədər oxudunuzsa artıq SMM nədir və Social Media haqqında yetəri qədər biliklər əldə etdiyinizi ümid edirəm.
The Beatles – легендарная британская рок-группа, сформированная в 1960 году в Ливерпуле. Их музыка стала символом эпохи и оказала огромное влияние на мировую культуру. Среди их лучших песен: “Hey Jude”, “Let It Be”, “Yesterday”, “Come Together”, “Here Comes the Sun”, “A Day in the Life”, “Something”, “Eleanor Rigby” и многие другие. Их творчество отличается мелодичностью, глубиной текстов и экспериментами в звуке, что сделало их одной из самых влиятельных групп в истории музыки. Музыка 2024 года слушать онлайн и скачать бесплатно mp3.
[…] real markaların reklamlarını verəcəksiniz və optimizasiyalar aparacaqsınız. Əlavə olaraq social media nədir? öyrənmək üçün keçid edə […]