
Youtube SEO sənədə maraqlıdır mı? O zaman bloq sənin üçündür. Addım-addım izah göstərəcəm. Lakin gəlin ilk öncə Youtube SEO haqqında biraz məlumatlara baxaq.
Table Of Content
- Youtube SEO nədir?
- Niyə Youtube üçün Seo vacibdir?
- Youtube Axtarış alqoritması necə işləyir?
- Youtube üçün Açar söz araşdırması
- VidIQ tool vasitəsilə
- Rəqib analizi
- Google vasitəsilə
- Youtube SEO üçün Video Başlıq
- Youtube SEO üçün Açıqlama Hissəsi
- Youtube SEO üçün Taglar
- Youtube SEO üçün Thumbnail
- Youtube SEO üçün önəmli faktorlar
- Youtube SEO üçün analitika
- Youtube SEO üçün ən çox verilən suallar
Əlaqə olaraq qeyd edim ki, sizlərə SEO Xidmətimi təklif edirəm.
Youtube SEO nədir?
Dünyanın ən çox istifadə edilən platformalarından biri də youtube-dir. Youtube seo isə youtube platformasında videoların önə çıxarılması və daha çox istifadəçiyə çatması üçün görülən addımlardır.
Yəni sən öz videolarını youtube platformasında seo etsən, o zaman daha çox kütləyə çatarsan, videoların daha çox izlənər və daha çox abunəçi sayına sahib olarsan.
Niyə Youtube üçün Seo vacibdir?
Araşdırmalar göstərir ki, youtube platformasında hər dəqiqədə 500+ video yüklənir. Lakin bu rəqəmə əsasən bizim ölkədə youtube-da video paylaşan kütlə azdır. Bu səbəbdən sən öz videolarını seo edərək öz ölkəmizdə asanlıqla ön sıralarda çıxa bilərsən.
Bayaqda qeyd etdiyim kimi, youtube videolarını seo edərsən daha çox izləyici sayına və daha çox abunəçi sayına çatarsa. Bu iki faktorun artımı sənə daha çox gəlir gətirər.
Youtube Axtarış alqoritması necə işləyir?
YouTube alqoritmi, izləyicinin maraq dairəsinə uyğun videoları tövsiyə edir. Burada vacib faktorlardan biri də izləmə müddəti və videoya göstərilən reaksiyalardır. İzləyici hansı açar sözləri axtarırsa və hansı videoları uzun müddət izləyirsə, YouTube həmin tip videoları önə çıxarır.
Siz search yerinə maraq dairənizdə olan və ya baxmaq istədiyiniz contentin açar sözünü yazırsınız. Alqoritm sizin açar sözünüzə əsasən artıq sizə videolar təqdim etməyə başlayır ki, bunları da izləyə bilərsən.
Youtube üçün Açar söz araşdırması
Videonuz hansı mövzuya aiddirsə həmin mövzuya aid açar sözlərin araşdırmasını edirsiniz. Googledan, keyword toollardan və s, uyğun açar sözləri tapa bilərsiniz. Tapdığınız açar sözləri isə videonuz tag hissəsində, açıqlama və başlığında istifadə edə bilərsiniz.
VidIQ tool vasitəsilə
Daha effektiv və düzgün şəkildə youtube açar söz araşdırmasını VidIQ və TubeBuddy toollarından daha dərin araşdırma edə bilərsiniz. Açar sözlərin rəqabətini, aylıq axtarış həcmlərini görə bilərsiniz.

Rəqib analizi
Rəqiblərinizin həmin mövzuya aid videoları varsa, həmin videoların başlıqlarına və açıqlama hissələrinə baxa bilərsiniz. Hansı açar sözlərdən necə istifadə edir görə bilərsiniz.
Google vasitəsilə
Google axtarış motorunun sənə verdiyi təkliflərdən istifadə edə bilərsən. Həmçinin müxtəlif toollardan istifadə edə bilərsən. Keyword tool io, semrush, ahrefs, keyword planner və s.

Youtube SEO üçün Video Başlıq
Videonuzun başlığını seo üçün uyğunlaşdırmalısınız. Yadda saxlayın ki, videonuzun başlığına görə sizin videoya click edib izləyirlər. Bu səbəbdən istifadəçilərin youtube search yerinə yazdığı açar söz sizin videonuzun başlığında yer almalıdır.
Həmçinin başlıq CTA olmalıdır və hərəkətə keçirməlidir. Məsələn: TikTOk reklamı nədir yerinə TikTok reklamları addım-addım verilməsinin izahı daha yaxşı səslənir.
Youtube SEO üçün Açıqlama Hissəsi
İlk 2-3 cümlə çox önəmlidir. Burada əsas açar sözlərə yer verin. Videoda nədən danışıldığı, faydası və izləyiciyə çağırışlar yer almalıdır. Çalışın videonun açıqlamasında videonuzun üstünlüklərindən, faydalarından danışın. Açıqlama hissəsində də ilk cümlə, sözlər istifadəçinin search yerinə yazdığı açar sözlər olmalıdır.
Youtube SEO üçün Taglar
Düzünü desəm youtube etiketlərə (tag) əvvəlki qədər önəm vermir. Lakin yenə də axtarışın uyğunluğunu artırmaq üçün videonuzu youtube-a yükləyən zaman tag hissəsini mütləq yazmaq lazımdır.
Tag hissəsində açar sözlərinizi, açar sözlərinizin uzunquyruqlu (longtail) variantlarını, sinonimini bir sözlər desək semantikasını etməlisiniz.
Youtube SEO üçün Thumbnail
Qeyd edim ki, alqoritmlər nəyə çox click olunarsa onu daha çox önə çəkirlər. Bu səbəbdən siz videonuzun cover şəkilini diqqətçəkən, ehtiyac qarşılayan şəkildə düzəltməlisiniz ki, coveri görən istifadəçilər videoya click etsinlər.
Nə qədər çox click gələrsə alqoritm başa düşür ki, bu video istifadəçilərin ehtiyacını qarşılayır bu səbəbdən sizin videonu dəyərləndirməyə başlayır.
Youtube SEO üçün önəmli faktorlar
Youtube videonuzu seo etmək üçün diqqət etməli olduğunuz məqamları bir yerə yığıb aşağıda təqdim edirəm.
CTR % – Videonuza gələn clickin göstəricisidr. Bu metrikin %-ni artırmaq üçün Cover şəkiliniz və Video başlığınız hərəkətə keçirən və ehtiyac qarşılayan olmalıdır.
Rəy və Bəyənmə – Videonuza gələn rəylərə, bəyənmələrə görə youtube sizin videonuzu dəyərləndirir və daha çox insanların qabağına çıxardır.
İzlənmə vaxtı – Videonuzun nə qədər uzun izlənməsi videonuzun dəyərini alqoritmalar üçün artırır. Əgər istifadəçilər sizin videonuza yarıdan çoxuna baxırsa bu o deməkdir ki, artıq videonuz onların ehtiyacını qarşılayıb.
Subtitr CC – Videolarınızda subtitle hissəsini özünüz manuel yazarsanız o zaman seo-a az çox təsir etmiş olacaqsınız.
Playlist və Kanal Strukturu – Playlistinizdə olan əlaqəli videoları bir yerə yığın. Bunlar izlənmə vaxtını artırır. Qeyd etdiyimiz kimi nə qədər çox izlənərsə videonuz alqoritm tərəfindən dəyərləndiriləcək. Kanal strukturu isə düzgün şəkildə qurulmalıdır. Banner, bio hissəsi düzgün və istifadəçiyə yararlı şəkildə olmalıdır.
Xarici Traffic – Youtube videoları üçün də kənardan trafficlər çəkə bilərsiniz. Youtube videonuzun linkini instagram, facebook, tiktok və başqa social media səhifələrində paylaşıb traffiic əldə edə bilərsiniz.
Youtube SEO üçün analitika
Youtube Studio toolu ilə kanalınızda olan videoların hansının daha yaxşı performans nəticə göstərdiyi görə bilərsiniz.
Həmçinin kanalınızda olan zəif nəticə verən videoları da optimizasiyanı apara bilərsiniz. Başlıqlarını, açıqlamalarını, coverini dəyişib click sayını artıra bilərsiniz. Məsələn videonuzda 2023, 2024 cü illər yazılıbsa optimize edərək 2025 yazaraq və ya hal-hazırda olduğunuzu ili yazaraq daha çox click əldə edə bilərsiniz.
Youtube SEO üçün ən çox verilən suallar
YouTube SEO üçün ən vacib faktor hansıdır?
Watch Time – izləmə müddəti, YouTube-un əsas qiymətləndirmə faktorudur.
SEO üçün neçə açar söz istifadə etməliyəm?
Əsas 1-2 açar söz və onlarla əlaqəli 4-5 əlavə açar söz kifayətdir.
Thumbnail dizaynında hansı proqramlardan istifadə edə bilərəm?
Canva, Photoshop və Figma ilə professional görünümlü thumbnail hazırlaya bilərsiniz.
Video açıqlamasına neçə söz yazmaq tövsiyə olunur?
Minimum 250-300 sözlük detallı açıklama SEO baxımından daha təsirli olur.
No Comment! Be the first one.