Kontent – məhsul və ya xidmət üçün yaradılan, yazılan istənilən formatda olan məlumatdır.
Kontent Marketinq – Rəqəmsal marketinqin bir qolu olub, uyğun hədəf kütlə üçün yazılan və yaradılan bir strategiyadır
Bura daxildir: Şəkillər, videolar, mətnlər, səhifəyə və sayta daxil olan istənilən məlumatlar. Kontent marketinq potansiyal müştərilərin diqqətini çəkmək, sadiq qalan müştəriləri əldə tutmaq və brendinizi tanıtmaq üçün istifadə olunur.
Məsələn: Sizin məhsullarınız və ya xidmətləriniz keyfiyyətlidir və qiymətləridə münasibdir. Bəs hədəf kütlənizin bundan xəbəri var? Bunun üçün də doğru kontent marketinq strategiyası yaradaraq məhsulları və xidmətləri hədəf kütlənizə çatdırmaqdır.
Kontent yaratmaq üçün yaxşı ideyaya sahib olmalısınız ki, müştərilərin tam olaraq nə istədiyini və ehtiyaclarını qarşılaya biləsiniz. Əgər vebsayt kontentiniz yaxşı olarsa, müştərilər saytınızda xeyli vaxt keçirtmiş olacaqlar və siz google analytics alətindən istifadə edərək müştərilərinizi daha yaxşı tanıya və onların ehtiyaclarını daha yaxşı başa düşərsiniz. Əks halda, kontentiniz pis olarsa sayta daxil olan müştərilər qısa zamanda saytınızı tərk edəcək və buda “Bounce Rate” %-ini aşağı salacaq.
Bəs yaxşı vebsayt kontent nədir?
İlk öncə hədəf kütlənizi başa düşməlisiniz və hədəf kütlənizin maraq dairəsini bilməyiniz vacibdir. Hədəf kütləniz sizin məhsulları və ya xidmətləri axtarmaq üçün hansı açar sözlərdən istifadə edirlər? Əgər siz bu cür suallara cavab verib və hədəf kütlənizi nə qədər yaxşı tanısaz kontentiniz də o qədər uğurlu olacaq
Sizin yaratdığınız kontent müştərinin ehtiyacını qarşılamalıdı və müştəri problemlərinin həllini sizin kontentə baxaraq tapmalıdır. Əgər kontentiniz müştərinin ehtiyaclarını qarşılayırsa o zaman müştəri sizin güvəninizi və rəğbətinizi qazanır. Növbəti məhsul və ya xidmət axtarışında birbaşa sizin səhifəyə gələcək.
Siz bir kontent yaratmısınız və bu kontentin uğurlu olması üçün SEO işləri aparmalısınız. Məsələn: uyğun açar sözlər istifadə edə bilərsiniz, səhifənizin Title hissəsini dəyişə bilərsiniz, kontent daxilində digər səhifələrinizə yönəltmək üçün keçid linklər verməlisiniz və s.
Kontentdən təkrar istifadə etmək bu o deməkdir ki, sizə lazım olan vacib hissələri digər kontentlərdə istifadə edə bilərsiniz. Bu oxunaqlığı və görünümlüyü artırır.
Yuxarıda qeyd olunanlar uğurlu kontent strategiyasının önəmli faktorlarındandır. Əgər siz də markanızın və ya brendinizin tanıtmaq istəyirsinizə uğurlu kontent strategiyası yaratmağınız vacibdir.
[…] içində olan kontentləri dəyişmək, daxildə keçid üçün linklər vermək lazımdır. Vebsayt kontent necə olmalıdır? adlı bloqumda ətraflı şəkildə kontent izahı verilmişdir. Eyni zamanda vebsaytınızın […]
[…] içində olan kontentləri dəyişmək, daxildə keçid üçün linklər vermək lazımdır. Vebsayt kontent necə olmalıdır? adlı bloqumda ətraflı şəkildə kontent izahı verilmişdir. Eyni zamanda vebsaytınızın […]
[…] Uğurlu kontent necə olmalıdır? […]