Threads – Meta tərəfindən yaradılan və instagrama bağlı olan bir platformadır. Əsas diqqətçəkən tərəfi twitterin rəqibi olmasıdır. Çün ki funskiyaları demək olar ki, bir-birinə bənzərdir.
Twitterin sahibi Elon Musk twitter istifadəçilərinin tweet sayısını limitləmişdir. Elon Musk twitteri alandan sonra daha çox twitterə pul xərcləyən insanları hədəf almağa başladı. Elon Musk tweet sayısına pul ödəyən istifadəçiləri daha çox tweet göstərmək imkanı yaratmışdı. Buda digər istidadəçilərə mənfi təsir edirdi.
Threads instagrama bağlı bir platformadır və meta tərəfindən hazırlanmışdır. 500 simbola qədər mətn yazmağınıza icazə verən platformadır. Eyni zamanda maksimum 5 dəqiqə uzunluğunda videolar paylaşa bilərsiniz və şəkillər paylaşa bilərsiniz. Siz digər istifadəçilərin paylaşdığı kontentlərə rəy bildirə və onları yenidən paylaşa bilərsiniz.
Siz ana səhifədə takip etdiyinizi profillərlə yanaşı takip etmədiklərinizin kontentlərini də görə bilərsiniz. Sizə maraqlı olan profili takip etmək üçün isə profil ikonuna basılı tutaraq takip et düyməsinə klik edə bilərsiniz.
Threads insanların hər hansı bir mövzuda öz fikirlərini bölüşmələri üçün istifadə olunur. Twitterdəki kimi threads istifadəçiləri baş vermiş hadisələri, xəbərləri asanlıqla görə bilirlər.
Bəs threads ilə twitter arasında hansı fərqlər var? Gəlin əsas fərqlərə baxaq.
Twitter platformasında – Hal-hazırda istifadəçilər reklamlarla qarşılaşır. Ana səhifədə, trenddə və ya tweetlərin altında reklamlarla qarşılaşmaq mümkündür. Bu reklamları istifadəçilər aradan qaldıra bilər. Bunun üçün Blue abunəliyini ala bilərlər.
Threads platformasında – Hələki, reklam funksiyası yoxdur. Digital marketerlərin gözündə threads deyil threADS kimi görünən platforma düşünürəm ki, bir müddət sonra reklam funskiyasını da aktiv edəcək
Twitter platformasinda – Əgər istifadəçilər Blue abunəliyini almayıbsa o zaman simbol limiti 280 simvol olur. Yəni istifadəçilər tweet yazanda maksimum 280 simvoldan ibarət tweet yaza bilərlər. Blue abunəliyi varsa əgər son yenilənməyə görə 25.000 simvola qədər tweet yaza bilərlər.
Threads platformasinda – Bu platformada isə istifadəçilər abunəlik almadan 500 simvola qədər istifadə edə bilərlər. Threads platformasında pul ilə ala biləcək abunəlik olmadığı üçün bunu artırmaq hələ ki, mümkün deyil. Lakin, pulsuz mətn yazmaq baxımından Threads daha çox simvol verdiyi üçün twitterə görə qabağdadır.
Threads platformasi – Sosial mediaların əsas funskiyası olan mesajlaşma funskiyası hələ ki, Threads platformasında aktiv deyil. Lakin bu funskiyaya threads platformasına tezliklə gələcək bir funskiya deyə bilərik.
Twitter platformasi – Bu platformada mesajlaşma funskiyası mövcuddur. Lakin, gündəlik 500 direkt göndərmə limiti var. Əgər istifadəçilər Blue abunəliyinə sahibdirsə o zaman direkt göndərmə limiti yoxdur.
Twitter platformasi – Twitter istifadəçiləri 2 dəqiqə 20 saniyə uzunluğunda video paylaşa bilərlər. Lakin, Blue abunəliyi alan istifadəçilər isə 60 dəqiqəyə qədər video paylaşa bilərlər.
Threads platformasi – Threads istifadəçiləri isə 5 dəqiqəyə qədər video paylaşa bilərlər. Qeyd edək ki, heç bir abunəlik olmadığından bunu artırmaq da hələ ki, mümkün deyil.
Twitter platformasi – Twitter istifadəçilərində ana səhifədə 2 seçim çıxır.
Sənin üçün olan səhifədə məşhur tweetlər yəni keşfet səhifəsi görsənir. Takip edilənlər səhifəsində isə takipçilərinizin tweetləri görsənir.
Threads platforması – Threads platformasında isə ayrıca bir səhifə yoxdur. Takip edilənlər və takip edilməyənlər bütün tweetlər bir səhifədə görsənir.
Twitter platformasi – Twitterdən istifadə etmək üçün heç bir platformanı yükləməyə ehtyac yoxdur. Sadəcə twitter yükləyərək qeydiyyatdan keçib və istifadəçi ola bilərsiniz.
Threads platforması – Threadsdən istfiadə etmək üçün isə instagram yükləməlisiniz. Əgər instagram istifadəçisi deylsinizsə o zaman Threads platformasından istifadə edə bilməyəcəksiniz.
Twitter platforması – Twitter istifadəçiləri hazırladıqları tweeti və ya kontenti taslakda saxlaya bilərlər. Bu funksiya twitterdə aktivdir.
Threads platforması – Threads platformasında isə istifadəçilər hazırladıqları kontenti və ya tweeti taslakda saxlaya bilmirlər. Bu funksiya hələ ki, aktiv deyil. Lakin yaxın zamanda gələcəyi gözlənilir.
Twitter platformasi – Twitter platformasında indiki saya əsasən istifadəçi sayı 450 milyondur. İstifadəçi sayının artması üçün heç bir platformaya ehtiyac yoxdur.
Threads platforması – Threads platformasının istifadəçi sayı isə instagramdan asılıdır. İnstagramın hal-hazırda 1,21 milyar istifadəçi sayı var. Burdan görə bilərik ki, Threads istifadəçilərinin maksimum sayı 1,21 milyar ola bilər. Threadsdən istfiadə etmək üçün isə instagram platforması yükləməlisiniz. Qeyd edə ki, Threads istifadəçi sayı 1 gündə 35 milyonu keçmişdir.
Hər platformanın üstün və zəif tərəfləri olduğu kimi threads platformasınında bu tərəfləri var. Gəlin threads platformasının üstün və zəif tərəflərinə baxaq.
Buradan görürük ki, threads platformasının twitter platformasına nəzərən üstünlükləri azdır. Lakin, twitter üçün qorxulu rəqibdir və yarandığı andan gündəmdə olduğu üçün bir neçə müddət trenddə qalacaq.
Threads platformasının nterfeysi deyə bilərik ki, twitterdən oğurlanmışdır. Bəs bunun üçün twitter threadsi məhkəməyə verəcəkmi? Xəbərlərə əsasən twitterin hüquqşünası olan Alex Spiro Marka göndərdiyi məktubda Threads platformasına görə onları məhkəməyə verəəkləri barədə qorxudub.
Hətta deyilənə görə Meta twitterin ticari siyasətlərinə görə twitterin köhnə işçilərini işə götürüb və twitterində məhkəməyə vermək səbəblərindən biri də budur.
Həmçinin Threads platformasının loqosunu Almaniyada bir aptek loqosu olduğu da iddia edilir.
Sosial Media platformaları haqqında digər bloqlarımıza keçid edin.
No Comment! Be the first one.