Əgər seo haqqında müəyyən biliklərə sahib olmusansa o zaman backlink termini ilə tanış olmusan. Bəs bu backlink nədir?
Backlink – Başqa vebsaytlardan sizin vebsaytınıza gələn linklərdir. Yəni ki, başqa vebsaytların istifadəçilərə sizi tövsiyə etməsidir. “İstifadəçilərə sizi tövsiyə etməsidir” ifadəsinə birazda araşdırsaq görərik ki, burda söhbət düzgün kontentdən gedir. Yəni sizin kontentiniz nə qədər düzgün və keyfiyyətli olarsa o zaman backlinklər ala bilərsiniz. Ümumiyyətlə vebsaytın ön sıralarda yer alması üçün backlinklərin rolu çoxdur. Digər saytlardan vebsaytınıza uğurlu və keyfiyyətli backlink sizin saytınızı həm də ön sıralara aparmağa kömək edir. Backlink alarkən diqqətli olmaq lazımdır ki, backlink alacğımız sayt spam və ya uyğunsuz məzmun olmasın. Əks halda, bu vebsaytımıza zərər vura bilər.
Seo haqqında ümumi məlumat üçün Seo nədir və necə olmalıdır adlı bloqa keçid edə bilərsiniz.
Backlinkin növləri hansılardır?
Hər ikisi backlinkin növü olub və hər ikisidə bir vebsaytdan digər vebsayta olan keçidi təmin edir. Lakin, dofollow və nofollow google botlarına fərqli şeylər deyir.
Dofollow backlink – Seo üçün ən dəyərli və ən yaxşı backlink növüdür. Əgər sizin vebsaytınıza digər vebsaytdan dofollow backlinki olarsa o zaman google botları sizin vebsaytı daha keyfiyyətli və uyğun görəcəkdir.
Dofollow backlinki google botlarında backlink verilən saytın daha önəmli olduğunu və oradakı kontentin daha keyfiyyətli olduğunu göstərir. Yəni google botları dofollow backlink görərsə düşünmədən backlink verilən sayta gələcək. Buna görədə dofollow backlinklər daha önəmlidir.
Nofollow backlink – Dofollow backlinkə əsasən daha az dəyərli backlink növüdür. Çün ki nofollow backlinki zamanı google botları backlink verilən vebsaytın keyfiyyətli olmasından və uyğun olmasından əmin olmur.
Məsələn siz öz vebsaytınızdan digər bir vebsaytda backlink verirsiniz. Siz nofollow backlink verən zaman google botlarına mən bu saytdan əmin deyiləm, kontentlərinin keyfiyyətli olub olmadığını bilmirəm deyirsiniz. Google botları həmin backlinklə vebsayta getməz. Lakin, nofollow backlink zamanı linkin sonunda html kodları ilə nofollow etiketinidə əlavə etməlisiniz.
Vebsaytınızda hər hansı bir məhsulun və ya xidmətin tanıdılması üçün populyar vebsaytlardan və ya populyar bloqlardan pul ilə backlinklər ala bilərsiniz.
Lakin, pul ilə alınan backlinklərdə url sonunda rel=”sponsored” etiketi olur. Yəni google botları bu backlinkin pul ilə və ya hədiyyə qarşılığında alındığını bilir.
Pul ilə alınan backlinkin etiketi:
<a href=”https://nesiboff.com/” rel=”sponsored”>Bu sponsorlu backlinkdir</a>
Bütün linklərin bərabər olmadığını hamımız bilirik. Google bir linkə digərindən daha çox dəyər verir və ya digərindən daha az dəyər verir.
Bəs Authoritysi yüksək olan backlinklər nədir?
Googlenin güvəndiyi və daha yüksək dəyər verdiyi vebsaytlardan gələn backlinklər authoritysi yüksək olan backlinklərdir.
Nümunəyə baxaq:
Məsələn, siz digital marketing kursu axtarırsınız lakin seçim edə bilmirsiniz. Buna görə siz məsləhət almalısınız.
Digital Marketing kursunu bitirmiş və hal-hazırda rəqəmsal marketinqdə işləyən güvənəcəyiniz dostunuzdan məsləhət alırsınız. O sizə bir kurs tövsiyə edir və həqiqətəndə yaxşı kurs olduğunun şahidi olursunuz.
Diqqət etsək dostunuz Rəqəmsal Marketinq kursunu bitirib və hal-hazırda işləyir. Deməli, authoritysi yüksəkdir və siz burda backlink rolunu oynayırsınız.
Rəqəmsal Marketinq kursu isə backlinkin yönəldiyi vebsayt rolunu oynayır. Yəni ki, rəqəmsal marketinq kursu üçün sizin dostunuz yükək authorityli vebsaytdır.
Toksik (Zərərli) backlinklər – Yanlış vebsaytlardan, authoritysi aşağı olan vebsaytlar, keyfiyyəti zəif olan vebsaytlar, şübhəli bilinən vebsaytlar və ya spamda olan səhifələrdən gələn backlinklərdir.
Zərərli backlinlər sizin vebsaytınızın önə çıxmasına bir maneyədir və siz vebsaytınızı bu zərərli backlinklərdən təmizləməlisiniz.
Bunun üçün siz müəyyən alətlərdən istifadə edərək backlink analizi edirsiniz. Siz alətlər vasitəsilə backlinkləri analiz etdikdən sonra toksik backlinklər üçün bir siyahı çıxardırsınız.
Bu siyahıda yer alan toksik (zərərli) linkləri Google Disavow Tool alətinə yerləşdirirsiniz. Bu addımla siz bu bağlantıların istəmədiyinizi google bildirmiş olursunuz.
Backlinklərin vebsayt üçün önəmli faktorları:
Bura qədər oxuduqlarınızdan backlinklərin vebsaytın önə çəkilməsində olan rolunu gördüz. Yəni siz keyfiyyətli backlinklərdən istifadə edərək vebsaytınızı ön sıralara çəkə bilərsiniz.
Vebsaytınıza backlinklər olmazsa siz vebsaytınızı google-a güvənli olduğunu çətin isbat edərsiniz. Buna görədə backlinklərin önəmi çoxdur.
Backlinklər ilə sürətli şəkildə sıralamalara düşə bilərsiniz. Google botları səhifələri tapmaları üçün linklərdən istifadə edir. Google botları bir linkin səhifəsini crawl edir və həmin linki indexləyir.
Əgər siz authoritysi yüksək olan və güvənli vebsaytdan öz vebsaytınıza backlink versəniz google botları güvənli vebsaytı crawl edərkən sizin vebsayta keçid olduğunu görür. Google botları backlink vasitəsilə sizin urli də crawl etməyə başlayır.
Güvənli və authoritysi vebsaytlardan sizin vebsayta gələn backlinklər təkcə sizi ön sıralara çəkmir. Həmçinin də sizin vebsaytınızın güvənirliyini artırır.
Backlinklərin məqsədi google botlarını bir vebsaytda deyil, fərqli vebsaytlara yönəltmək üçün istifadə olunur.
Digər faktorlarda da qeyd etdiyimiz kimi, authoritysi və güvəni yüksək olan vebsaytlardan sizin vebsayta olan backlinklər həm də sizə çoxlu trafik gətirir.
Həmçinin siz backlinkin dəyərli və ya dəyərsiz olduğunu isə aldığınız backlinklərdən sizin sayta gələn trafik sayındanda görə bilərsiniz.
Backlinkləri analiz etmək üçün googlenin təqdim etdiyi Search Console alətindən istifadə edə bilərsiniz. Həmçinin backlink analizləri üçün araşdırmalar edib başqa alətlər də tapa bilərsiniz. Search Console aləti tamamilə pulsuz bir alətdir. Siz bu alət vasitəsilə linklərinizin googlenin gözündə necə göründüyünü təyin etmiş olacaqsınız.
Search Console daxil olduğunuz zaman sol tərəfdə “Bağlantılar” bölməsinə keçid edirsiniz. Sonra xarici bağlantılara daxil olursunuz. Burada siz vebsaytınıza gələn bütün backlinkləri görə və analiz edə bilərsiniz.
Nələri görə bilərsiniz:
Backlinklərə baxdıqdan sonra siz bunları excel və ya google sheetdə də açıb və bir hesabat halına sala bilərsiniz
No Comment! Be the first one.