Rəqəmsal Marketinq nədir?
Table Of Content
- Rəqəmsal Reklamın tarixi
- Niyə Rəqəmsal Marketinqdən istifadə etməliyik?
- Rəqəmsal Marketinq daha ucuzdur
- Rəqəmsal Marketinq daha effektivdir
- Rəqəmsal Marketinq daha rahatdır
- Rəqəmsal Marketinqin qolları
- Rəqəmsal Marketinqin SEO qolu
- Rəqəmsal Marketinqin SMM qolu
- Rəqəmsal Marketinqin Kontent qolu
- Rəqəmsal Marketinqin Mobile qolu
- Rəqəmsal Marketinqin Email marketinq qolu
- Rəqəmsal Marketinq PPC
- Rəqəmsal Marketinqdə Alətlər
- Rəqəmsal Marketinqdə Google ads
- Rəqəmsal Marketinqdə Semrush və Ahrefs
- Rəqəmsal Marketinqdə Business Suite və Ads Manager
- Rəqəmsal Marketinqdə Mailchimp aləti
- Rəqəmsal Marketinqdə Twilio aləti
- Rəqəmsal Marketinqdə WordPress
- Rəqəmsal Marketinq nədir və Rəqəmsal Marketer olmaq
- Rəqəmsal Marketinqdə AİDA modeli
- Rəqəmsal Marketinqdə tez-tez verilən suallar
- Rəqəmsal marketinq gəlirli sahədir?
- Rəqəmsal marketinqi hardan öyrənə bilərəm?
- Rəqəmsal Marketinqin biznesde rolu çoxdur?
İngilis dilində “Digital Marketing” kimi hamının tanıdığı bu sahə nədir?
Marketinqin 2 növü var.
- Ənənəvi Marketinq
- Rəqəmsal Marketinq
Rəqəmsal marketinq nədir? – onlayn platformalar və texnologiyalar vasitəsilə müştərilərə çatmaqdır. Başqa cür desək, rəqəmsal marketinq məhsulları və ya xidmətləri tanıtmaq üçün rəqəmsal kanallardan istifadə etməkdir. Bu necə və hansı rəqəmsal alətlərlə baş verir?
- Axtarış motoru
- İnternet reklamları
- Sosial medialar
- Mail kampaniyalar
- Veb sayt optimizasiyası və s
Bu kimi rəqəmsal vasitələri və rəqəmsal alətlərdən istifadə edərək həyata keçirilir. Rəqəmsal marketinqin köməyi ilə şirkətlər müştərilərə xidmətlərini, məhsullarını təklif edə bilir. İndiki dövrə əsasən internetin geniş yayılması, insanların onlayn platformalardan daha çox istifadə etməsi rəqəmsal marketinq sahəsini daha da inkişaf etdirir. Şirkətlər rəqəmsal alətlər (internet reklamları) vasitəsilə istədikləri kütləni hədəfləyə bilirlər.
Rəqəmsal Reklamın tarixi
- 1994 cü il – Rəqəmsal reklam “Banner reklamı” yaranması
- 1995 ci il – Yahoo axtarış motorunun yaranması
- 1996 cı il – “Məzmun Marketinq” termini yaranması
- 1997 ci il – Pop-up reklamlarının yaranması
- 1998 ci il – Google axtarış motorunun yaranması
- 2000 ci il – Adwords indiki “Google Ads”in yaranması
- 2003 cü il – Linkedİn və Google Adsense platformalarının yaranması
- 2004 cü il – Facebook yaranması və Faceboom Flyers reklamının yayınlanması
- 2005 ci il – YouTube meydana gəlməsi
Bu cür davam edərək Rəqəmsal Marketinq artıq 2010-cu ildə 4.5 trilyon reklam büdcəsi ilə bazarı ələ keçirtdi.
Niyə Rəqəmsal Marketinqdən istifadə etməliyik?
Brendlərin və digər bizneslərin ənənəvi marketinqdən rəqəmsal marketinqə keçməsi artıq vacib hal alıb.
Bəs biz niyə Rəqəmsal Marketinqdən istifadə etməliyik? Çünki insanların 50%-dən çoxu istədiyi məhsulu almadan əvvəl internetdə onu araşdırdıqlarını deyir. Məncə bu yetərli səbəbdir.
Rəqəmsal Marketinq daha ucuzdur
Rəqəmsal marketinqi ənənəvidən fərqləndirən əsas nüanslardan biridə budur. Siz daha kiçik büdcə ilə daha çox hədəf kütlə qarşısına çıxa bilərsiniz. Ənənəvi marketinqdə də daha geniş hədəf kütləyə çıxmaq olar lakin, daha çox xərc tələb edir.
Rəqəmsal Marketinq daha effektivdir
Rəqəmsal marketinq vasitəsilə satışlar daha tez artır. Çün ki rəqəmsal marketinq vasitəsilə siz müştərilərlə daha uzun və daha sıx əlaqədə olursunuz eyni zamanda müştərilərin ehtiyaclarını və problemlərini daha tez bilirsiniz. Araşdırmalara görə internet vasitəsilə brendlə əlaqə quran müştərilər brendə daha çox bağlanır və adi müştərilərə əsasən daha çox pul xərcləyirlər
Rəqəmsal Marketinq daha rahatdır
Əgər siz ənənəvi marketinqdə fəaliyyət göstərsəniz o zaman:
- Araşdırma apararaq düzgün kanallar tapmalısınız
- Telekanallarla, metro ilə əlaqəyə keçməlisiniz
- Qarşı tərəfin şərtlərini öyrənməli və öz şərtlərinizi deməlisiniz
- Bəzən hazırladığınız kontenti qarşı tərəfin şərtinə əsasən dəyişdirməlisiniz və s.
Bəs siz Rəqəmsal Marketinqdə faəliyyət göstərsəniz.
- Kontent hazırlayıb öz səhifənizdə paylaşa bilərsiniz.
- Sosial medialar vasitəsilə daha asan reklam verərək hədəf kütləyə çata bilərsiniz
- Reklamlarınızı düzgün vaxtda düzgün hədəf kütləyə çıxarda bilərsiniz və s.
Rəqəmsal Marketinqin qolları
- Search Engine Optimization
- Social Media Marketing
- Email Marketing
- Mobile Marketing
- PPC (Pay-Per-Click)
- Content Marketing və s.
Rəqəmsal Marketinqin qollarının bəziləri isə özləri daxilində bir neçə hissəyə bölünür. Rəqəmsal Marketinqin qolları haqqında daha ətraflı oxumaq üçün Bloqlara keçid edə bilərsiniz.
Rəqəmsal Marketinqin SEO qolu
Siz google axtarış motorunda ehtiyacınız olan birşeyi axtarırsınız və qarşınıza bir neçə nəticələr çıxır (saytlar çıxır). Google bu nəticələri siz göstərmək üçün vebsaytlardakı məlumatları özündə saxlayır və axtarışa ən uyğun gördüyü saytı öndə çıxardır. Bunun üçün google alqoritmlərdən və qaydalardan istifadə edir.
Bunun üçün siz googlenin alqoritm kriteriyalarını bilərək və qaydalara əməl edərək vebsaytınızı ön sıralarda çıxarmış olacaqsınız. Əgər siz vebsaytınızı ön sıralara çəkməyi bacarırsınızsa o zaman siz artıq Rəqəmsal Marketinqin SEO qolundan istifadə etmisiniz deməkdir.
Rəqəmsal Marketinqin SMM qolu
Araşdırmalara görə insanlar ortalama olaraq günlərinin 95 dəqiqəsindən çoxunu sosial mediada keçirdir. Sosial Media vasitəsilə siz məlumatları, məhsullar öz hədəf kütlənizə çatdıra bilərsiniz.
Eyni zamanda sizin məhsullarla əlaqəyə keçən müştərilərlə uzun müddətli komunikasiya qura bilərsiniz. Lakin qeyd etmək lazımdır ki, SMM təkcə bu demək deyil. Sadəcə bilmək lazımdır ki, düzgün sosial media strategiyası quraraq öz biznesinizi və şirkətinizi yüksəldə bilərsiniz.
Rəqəmsal Marketinqin Kontent qolu
Müştərilər məhsulu almaq və ya məhsul haqqında məlumat əldə etmək istəyirlər. Siz təkcə müştərilərə məhsulu satmaq deyil, həm də onları məhsulu almaları üçün ideal kontent hazırlamalısınız.
Məsələn: məhsulun xüsusiyyətləri, məhsulun üstünlükləri, faydaları və s, haqqında məlumatlar yaza bilərsiniz. Siz ideal kontent yaradaraq satışlarınızı da artırmış olursunuz. Müştərilər axtardıqları məhsulu uyğun kontentdə taparlarsa o zaman həmin məhsuu almaq ehtimalı çoxalır.
Rəqəmsal Marketinqin Mobile qolu
Yəqin ki hamınızın telefonuna məhsulu almağınız üçün SMS bildirişi gəlir. Mobile marketinq sms reklamlardan ibarət telefonunuza gələn bildirişlərdir. Mobile marketinq rəqəmsal marketinqin önəmli qollarından biridir.
Çün ki, araşdırmalara görə insanlar telefonuna gələn sms reklamlarını ilk 15 dəqiqədə oxuyurlar. Lakin, qeyd etmək lazımdır ki, sms reklamlarında siz istədiyiniz uzunluqda mətn yaza bilməzsiniz. Yazacaqınız mətn 160 karakterdən uzun olmamalıdır.
Rəqəmsal Marketinqin Email marketinq qolu
Email marketinq ölkəmizdə populyar olmasa da, dünyada rəqəmsal marketinqin önəmli qoludur. Email marketinq deyiləndə ağıla email vasitəsilə göndərilən mesajlar gəlməməlidir. Email marketinq deyiləndə “email alış-verişləri” nəzərdə tutulur.
Məsələn: Xoş gəlmisiniz, bayram təbrikləri, məlumat postları, ad günü təbrikləri və s, mesajlar istifadə olunur. Email mesajları, satış yönümlü kontentlər və s, email marketinqin bir hissəsidir.
Rəqəmsal Marketinq PPC
Siz “google”da axtarış edən zaman nəticələrdə əvvəlcə reklamlan verən saytlar sonra isə orqanik saytlar çıxır. PPC-də məhz budur. Vebsaytınızı reklam verərək ön sıralara çəkmək üçün istifadə olunur. PPC-dən istifadə sizə daha çox traffic və daha çox satış gətirir.
Rəqəmsal Marketinqdə Alətlər
Rəqəmsal Marketinq fəaliyyətlərini icra etmək üçün onları analiz etmək üçün müəyyən alətlər var. Rəqəmsal marketinqin hər növünə görə alətlər mövcuddur.
Rəqəmsal marketinqin qollarına görə alətlər:
- PPC (Pay-Per-Click) – Google ads
- SEO – Semrush, Ahrefs və ya Googlenin təqdim etdiyi alətlər
- Social Media Marketing – Business Suite, Ads Manager
- Email Marketing – Mailchimp və s.
- Mobile Marketing – Twilio (sms, telegram və whatsapp)
- Kontent Marketiq – WordPress (ideal platformadır)
və s.
Rəqəmsal Marketinqdə Google ads
Siz google ads vasitəsilə vebsaytınızı reklam edə bilərsiniz. Vebsaytınızı google axtarış nəticələrində önə çəkə bilərsiniz və ya Youtube platformasında reklam verə bilərsiniz və s. Google ads həmçinin yaratdığınız kampaniyalarının nəticələrini ölçməyə imkan verir.
Google Ads haqqında ətraflı məlumat üçün keçid edin.
Rəqəmsal Marketinqdə Semrush və Ahrefs
Semrush və Ahrefs alətləri vasitəsilə siz rəqib araşdırması, açar söz araşdırması, backlink araşdırması və s, analizlər və araşdırmalar bilərsiniz. Həmçinin siz vebsaytınıza aylıq, həftəlik, illik gələn trafikləri də görə bilərsiniz. Eyni zamanda vebsaytınızın və rəqiblərin vebsaytlarının DA (Domain Authority) görə bilərsiniz. Lakin qeyd etmək lazımdır ki, Semrush və Ahrefs alətləri pullu alətlərdir.
Rəqəmsal Marketinqdə Business Suite və Ads Manager
Business Suite aləti ilə siz Facebook və İnstagram səhifələrinizi bir yerdən idarə edə bilərsiniz. İnstagrama direkte və Facebook messengere gələn mesajları vaxt itirmədən bir platforma üzərindən cavablaya bilərsiniz. Eyni zamanda siz hədəf kütlələrinizə, kontentlərinizə də bir platforma üzərindən baxa bilərsiniz.
Ads Manager vasitəsilə siz meta reklamları yəni facebook və instagram reklamları verə bilərsiniz.
Business Manager haqqında ətraflı məlumat üçün Business Manager nədir? bloquna keçid edə bilərsiniz
Rəqəmsal Marketinqdə Mailchimp aləti
Siz mailchimp vasitəsilə hədəf kütlənizə və ya müştərilərinizə mail üzərindən mesajlar, postlar göndərə bilərsiniz. Daha çox bu ad günlərində, bayramlarda müştəri məmnunluğu yaratmaq üçün istifadə olunur və yaxud məhsullarınızda endirimlər olan zaman da istifadə edilir. Lakin, mailchimp bizim ölkədə populyar və ya məşhur alət deyil. Dünyada isə çox istifadə olunan rəqəmsal alətdir.
Rəqəmsal Marketinqdə Twilio aləti
Siz twilio aləti vasitəsilə müştərilərinizə təkcə sms deyil həm də telegram, whatsapp platformalarından da mesajlar göndərə bilərsiniz. İşinizə çox yarayacaq bir rəqəmsal alətdir.
Rəqəmsal Marketinqdə WordPress
WordPress platforması vasitəsilə siz vebsaytınızı yarada bilərsiniz. Əgər vebsayt yaradılıbsa siz asanlıqla vebsaytda kontent dəyişiklikləri və ya əlavələr edə bilərsiniz. İnterfeysi çox sadə və istifadəsi rahat olan bir platformadır.
Rəqəmsal Marketinq nədir və Rəqəmsal Marketer olmaq
Bura qədər oxudunsa artıq rəqəmsal marketinqin nə olduğunu bilirsən. Elə isə sualın cavabını özün-özündə cavabla. Həmçinin sən rəqəmsal marketinq barədə müəyyən biliklərə sahib oldun. Əgər rəqəmsal marketinq sahəsində fəaliyyət göstərmək istəyirsənsə artıq nə etməli olduğunuzu və hansı rəqəmsal alətlərdən istifadə etməli olduğunuzu bilirsiniz.
Rəqəmsal Marketinqdə AİDA modeli
Rəqəmsal Marketinqdə AİDA modeli deyilən bir anlayış var. Bəs nədir bu AİDA modeli?
Awarness – Bu mərhələdə marka tanıtımlığı olmalıdır. Yəni hədəf kütlənizin ehtiyaclarını qarşılamaq üçün keyfiyyətli kontent hazırlayıb onların qarşısına çıxmaq lazımdır. Bir növ hədəf kütləyə bizim brenddə var, bizim markada var və sizin ehtiyaclarınızı qarşılayırıq mesajı verilir.
İnterest – Hədəf kütlənizin qarşısına çıxartdığınız keyfiyyətli kontent onların marağına səbəb olur və sizin brendlə maraqlanmağa başlayırlar. Səhifənizə, vebsaytınıza daxil olaraq sizin məhsulları gözdən keçirirlər.
Desire – Bu mərhələdə müştərilər sizin məhsulları artıq rəqib məhsullarla müqayisə edirlər. Diqqət etməli olduğunu məqam isə müştərilər artıq “mən bunu bəyənirəm” deyil “mən bunu istəyirəm” deməsidir.
Action – Bu mərhələdə isə siz artıq hərəkətə keçməlisiniz. CTA (Call-to-Action) istifadə edərək artıq müştərini məhsulunuzu alması üçün təkan verməlisiniz.
Rəqəmsal Marketinqdə tez-tez verilən suallar
Digital marketingə yeni başlayanlar üçün onları maraqlandıran sualların cavabını aşağıda təqdim edirəm.
Rəqəmsal marketinq gəlirli sahədir?
Rəqəmsal marketinq dövrün tələbatını qarşılayan sahələrdən biridir və sahənin inkişafı texnologiyanın inkişafı ilə əlaqədardır. Texnologiya günü-gündən inkişaf edir və bu sahə daha da təkmilləşdir. Bu səbəbdən rəqəmsal marketinq gəlirli bir sahədir.
Rəqəmsal marketinqi hardan öyrənə bilərəm?
Rəqəmsal marketinqi öyrənmək üçün udemy, youtube kimi platformalardan müxtəlif kontentlərə baxaraq öyrənə bilərsiniz. Digər bir yol isə mənə müraciət edərək kursumdan endirimli olaraq yararlana bilərsiniz. Digital Marketing kursunda sizlərə hərşeyi A-Z öyrədirəm.
Rəqəmsal Marketinqin biznesde rolu çoxdur?
Deyə bilərik ki, biznesi ayaqda saxlayan ən vacib amildir. İndiki günümüzdə insanların demək olar ki, 95%-i telefon işlədir, internetdə gəzir. Bu səbəbdən biznesinizi insanlara rəqəmsal platformalarda çatdırmaq daha məqsədəuyğundur.
No Comment! Be the first one.