Meta Business Manager – Facebook və İnstagram hesablarını və reklamlarını ayrı-ayrı deyil, bir yerdə rahatlıqla istifadə edə biləcəyin platformadır. Bu alət vasitəsilə siz bir neçə facebook və instagram hesablarını birləşdirə və reklamlarınızı rahat şəkildə tənzimləyə bilərsiniz. Siz meta business managerdə facebook və instagram reklamları yarada, onların effektivliyini izləyə hətta analizlər belə apara bilərsiniz. Bu alət sosial media marketerlərin ən çox istifadə etdiyi alətlərdən biridir. Çün ki, onlar yaratdıqları kampaniyaların analizlərini, ROİ (Return on İnvestment) buradan analiz edərək hesablayırlar. Meta Business Managerin bir çox funskiyaları var
Ana Səihfə, Bildirimlər, Planlama, Kontent, Statistikalar, Gələn mesajlar, Reklamlar və s.
Nümunə üçün: Mixək Tea House adlı çayxananın meta business managerinə baxaq.
Ana səhifədə hesablarda olan bildirimləri görə, sol tərəfdə isə alətin funksiyalarını görə bilərsiniz. Həmçinin, bu səhifədən postlarda paylaşa bilərsiniz bilərsiniz.
Bildirimlər funksiyasında hesablarınıza gələn like, komment və s. bildirimləri görə bilərsiniz.
Planlama funksiyası – facebook və ya instagram hesabınızda paylaşmaq istədiyiniz postu gələcək üçün planlayırsınız. Məsələn əlinizdə bir post var və o postu siz 2 gün sonra paylaşmaq istəyirsiniz. Meta businessdə planlama funksiyası vasitəsilə həmin postu 2 gün sonraya planlayırsınız və post avtomatik 2 gün sonra sizin planladığınız vaxta uyğun paylaşılır.
Kontent funskiyası – Burada paylaşılan, planlanan, storyləri və s. bütün postlarınızı görə bilərsiniz. Həmçinin paylaşılan postların statistikalarına da baxa biləsiniz. Sol tərəfdə isə A/B testləri, Storyləri, Hesablarınızın etiketləndiyi postlarıda görə bilərsiniz.
Statistikalar əsas funksiyalardan biridir demək olar. Siz burada bir vaxt aralığı seçirsiniz və o vaxt ərzində hesabınız neçə nəfərə çatıb, neçə nəfər takib edib və s. demək olarki bütün statistikaları görə bilərsiniz.
Sol tərəfdə – bir neçə parametrlər var ki, onlarda ayrı-ayrılıqda özlərinə məxsus statistikalar göstərir.
1ci parametr ümumi baxışdır. Burada siz ümumi statistikaları görə bilərsiniz.
2ci parametr nəticələrdir. Burada isə hesablarınızın neçə nəfərə çatması, neçə nəfərin takib etməsi, ziyarət etməsini görə bilərsiniz
3cü parametr hədəf kütlədir. Bu parametrdə hesabınızın hədəf kütləsini görə bilərsiniz. Neçə % qadınlardır və neçə % kişilərdir. Eyni zamanda hədəf kütlələrinizin hansı bölgədən olduqlarını da görə bilirsiniz.
Ekranın sağ tərəfində isə Yeni Hədəf başlada bilərsiniz ki, burada müəyyən hədəf qoyursunuz ki, məsələn gələn ayın sonuna qədər facebook səhifəmin page lie sayını 2 dəfə artıracam. Page Like üçün atdığınız addımlarla qoyduğunuz hədəfi izləyə bilərsiniz.
Bu funskiyada siz facebook və instagram hesablarınıza gələn mesajları eyni yerdən görə və cavablaya bilərsiniz. İşinizi daha səmərəli və qısaltmaq üçün sizin üçün vacib bir funskiyadır.
Metanın daxilində bir çox alətləri var. Bunlardan biri reklam vermə alətidir. Bu alətdən siz instagram və facebook üçün reklamlar, kampaniyalar yarada bilərsiniz. Yaratdığınız reklamların daha detallı şəkildə analiz etmək üçün imkan var.
No Comment! Be the first one.