Kənan Nəsibov
  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə

Kənan Nəsibov

Digital Marketing Specialist

  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə
Kənan Nəsibov
  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə
kontent nədir
BloqlarRəqəmsal Marketinq

Kontent nədir? (Topical və Evergreen)

Nesiboff
29 Ağustos 2023

Kontent nədir?

kontent nədir (1)

Kontent – İnsanların ehtiyaclarını qarşılayan, onların öyrənmək istədiyi informasiyadır.

Table Of Content

  • Kontent Strategiyası nədir?
  • Brendlər üçün kontent nə deməkdir?
  • Kontentin növləri
  • Evergreen (Həmişəyaşıl) Kontent nədir?
  • Evergreen kontetin üstünlükləri
  • Evergreen kontentlə yüksək axtarış
  • Evergreen kontentlə yüksək vebsayt trafiki
  • Evergreen kontentlə biznesiniz yuxarı pozisiyalarda
  • Evergreen kontent olmayanlar
  • Topical Kontent nədir?
  • Hansı kontentlər Topical Kontent adlanır?
  • “Buyer’s Journey”ə görə kontent
  • Kontent necə olmalıdır?
  • Curation Kontent və Creation Kontent
  • Curation Kontent haqqında
  • Creation Kontent haqqında

Bəlkədə məzmun sözü hərkəsə tanışdır. Məzmun “Kontent”in hərfi tərcüməsidir. İnsanların gördüyü mətnlər, şəkillər, videolar, bloqlar və s. hamısı kontent adlanır. Ən əsasıda insanların ehtiyaclarını qarşılayan informasiyanı kontent edən də məhz bunlardır. 

Bütün markalar və brendlər müştərilərinin gördüyü kontentlərin sahibləridir. Hər bir marka kontentdən mütləq şəkildə istifadə edir. Bütün brend və markalar öz müştəriləri üçün onların ehtiyaclarını qarşılamaq, istədiklərini asanlıqla tapmaları üçün kontent yaratmağa çalışır. Kontentlər elə olmalıdır ki, müştəri sizi seçməlidir. Yəni müştəri kontentə baxan zaman niyə sizi seçdiyini bilməlidir. Kontent müştərinin ehtiyacını qarşılamalıdır.

Düşünün ki, siz bazarda rəqiblərə görə daha keyfiyyətli məhsullar satırsınız. Məhsullarınızın qiymətləri isə keyfiyyətinə görə münasibdir. Lakin, kontenti  yaxşı deyil. O zaman sənin satışlarında da azalmalar olacaq. Çün ki satış kontentdən irəli gəlir. Kontnetlərinizi daha keyfiyyətli və daha uyğun edərək hədəf kütlənizin qarşısına çıxa bilərsiniz

Kontent Strategiyası nədir?

Markaların və brendlərin kontentə sahib olması onlar üçün yetərli olmur. Kontenti müştəriyə doğru və düzgün şəkildə çatdırmaq üçün strategiya tələb olunur. Buna isə kontent strategiyası deyilir.

Kontent strategiyası – markanın və ya brendin kontenti insanlara şəffaf və düzgün şəkildə çatdırılmasıdır. 

Kontent strategiyanın məqsədi odur ki, insanları hərtərəfli, doğru və düzgün şəkildə məlumatlandırılsın. Əgər insanların qarşısına düzgün kontent çıxarsa həmin insanlar sizin müştərilərə çevrilə bilər. Çün ki kontent insanların ehtiyaclarını ödəməlidir və insanlar nə istədiyini sizin kontentdə tapırlarsa sizin müştəriyə çevrilər. Ümumiyyətlə kontent strategiyanın məqsədi ümumi desək inanları müştəriyə çevirmək və onlara məhsulu satmaqdır.

Brendlər üçün kontent nə deməkdir?

Ümumiyyətlə brendlər kontent yaratdıqda həmin kontentin sahibi olmaqdan başqa o kontenti inkişaf etdirəndir. Kontent yaradıb paylaşandan sonra siz heçkimi kontentə bəyəni, şərh yazmağa məcbur edə bilməzsiz. Kontent elə olmalıdır ki, onu görən hədəf kütlə özü bəyənsin, şərh yazsın. Kontent onu özünə çəksin. 

Deyə bilərik ki, şirkətlər və brendlər kontentdən aşağıdakı hallarda istifadə edirlər.

  • Diqqət çəkmək və müştəri cəlb etmək
  • Müştəri bazasının genişləndirilməsi
  • Online satışları yaratmaq və artırmaq 
  • Marka şüurunu və etibarlılığı yaratmaq
  • Online istifadəçilərin birliyinə qatılmaq

Qısa şəkildə desək: Kontent insana təsir etməlidi. Yadda saxlamaq lazımdır ki, insanlar qarşısına çıxan bütün kontentlərə baxmır və ya oxumur. Yalnız, onlar üçün maraqlı olan, onları cəlb edən kontentlərə baxırlar.

Kontentin növləri

Kontentlərin bir neçə növləri var. Bir neçə kontent nümunələrinə baxaq.

  • Evergreen Kontent 
  • Topical Kontent
  • Creation Kontent
  • Curation Kontent

Evergreen (Həmişəyaşıl) Kontent nədir?

Evergreen kontent – Uzun müddət keçsədə hər zaman insanların diqqətini çəkən, ölməyən kontentlərə deyilir.

Adına baxandada gördüyünüz kimi həmişəyaşıl kontentlər nələrdir. Trendə düşən kontentlərə baxırsınız və bir neçə müddət hərkəsdən trenddə olan kontent haqqında eşidirsiniz, sosial medialara daxil olursunuz hər yerdə trend kontenti görürsünüz.

Lakin, müəyyən müddətdən sonra trenddən düşür və artıq heçkim bu kontent haqqında danışmır. Amma evergreen kontent isə ölümsüz kontentdir. Yəni bu kimi kontentlər hər zaman insanların dilində olur, nə qədər zaman keçsə də hələ də, insanların diqqətini çəkir.

Məsələn: Bu kontentlər yemək resepti ola bilər, nəyinsə yaradılması, qurulması və s, ola bilərlər. Çün ki, məsələn yemək resepti xanımlara daimi lazım olan bir kontentdir və ehtiyacları olduğu anda həmin “yemək necə hazırlanır” başlığı altında kontentə baxırlar. Yəni bu kontentləri uzun müddət keçsə belə hələ də baxılır və diqqət çəkən kontentlərdir.

Nümunə 1

Siz google daxil olursunuz və axtarış yerinə “Sosial Media səhifələri necə olmalıdır?” yazır. Qarşılaşdığı nəticələr evergreen kontentdir. Çün ki hərzaman insanların marağına səbəb olur, ehtiyaclarını qarşılayır.

Google çıxan nəticələr əsasən insanlar mənim Sosial Media Səhifələri necə olmalıdır? bloq yazıma keçid edir və lazım olan məlumatları oxuyur. Bu kimi kontentlər evergreen kontent adlanır.

Vebsaytı ön sıralara gətirmək üçün SEO işləri görülməlidir. SEO necə olmalıdır? adlı bloq yazıma keçid edərək seonu yaradın

Nümunə 2

Siz youtubeda “email marketinq necə istifadə olunur?” yazırsınız və qarşınıza çıxan kontentlərə daxil olub baxırsınız. Çün ki sizin o kontentlərə ehtiyacınız var.

Bugün siz sabah başqası, o birsigün digər insan bu kimi kontentləri axtarır və baxır. Bu kimi kontentlər həmişəyaşıl yəni evergreen kontent adlanır.

Evergreen kontetin üstünlükləri

Həmişəyaşıl kontentin üstünlükləri nələr ola bilər? Məncə bura qədər oxumusunuzsa özünüz də təyin edə bilərsiniz. Evergreen kontentlər niyə bu qədər vacibdir?

Evergreen kontentlə yüksək axtarış

Google botları yazılan bütün kontentləri analiz edir. Analiz etdiyi kontentlərdən evergreen kontenti aşkar edir və bu kontenti digərlərindən daha üstün tutur. Google kontentlərə baxır və görür bu evergreen kontentdir daima oxunur, axtarılır. Buna görə də google həmin vebsaytı mükafatlandırır və həmin vebsaytın öndə çıxmasını təyin edir.

Evergreen kontentlə yüksək vebsayt trafiki

Evergreen kontentlər hərzaman yüksək trafik gətirir. Çün ki ölümsüz kontentlər daima insanlarla birgə olur. Yəni hərzaman o kontentdən istifadə edən var. Müəyyən açar sözlərdən istifadə edərək evergreen kontentlər yaradılır. Axtarışda həmin açar sözlərdən istifadə olunarsa google həmin kontenti önə çıxarır. 

Evergreen kontentlə biznesiniz yuxarı pozisiyalarda

Evergreen kontentlər qeyd etdiyimiz kimi könəlməyən kontentlərdir. Əgər siz öz biznesiniz üçün evergreen kontentlər yaratsanız, müştəriləriniz daima sizinlə əlaqədə olacaq. Çün ki evergreen kontentlər demək olar ki, müştərilərin ehtiyaclarını qarşılayan kontentlərdir.

Evergreen kontentin yaratmaq üçün nələri bilməlisiniz?

  • Məhsul incələmələrini
  • İpucları
  • Öyrədici kontentlər
  • Reseptlər kontenti
  • İdman hərəkətləri ilə bağlı kontentlər
  • Karyera iş və s

Evergreen kontent olmayanlar

Bəs hansı kontentlər evergreen deyil?

  • Yeni məqalələr
  • Ən son trendlərə aid bloqlar
  • Xəbərlər və s.

Bəs bu kontentlərin adı nədir? – Topical kontent

Topical Kontent nədir?

Topical kontent – Bir müddət insanlar tərəfindən maraqla qarşılanır müəyyən vaxtdan sonra isə ölən kontentlərdir. 

Kontentlərin çoxu topical kontentə aid edilir. İndiki günümüzdə belə trendə hər hansı bir kontent daxil olur. Bir müddət hərkəs ondan danışır. Sonra isə yavaş yavaş trenddən düşməyə başlayır. Bu kimi kontentlər topical kontent sayılır.

Nümunə 1

Yəqin ki, bilirdiniz ki, instagramda ən çox likesi olan şəkil sadə bir ədəd yumurta şəkli idi. Lakin Argentina millisi futbolda dünya çempionu olan zaman Leo Messi kubok ilə bir şəkil paylaşdı və həmin şəkil instagramda ən çox likesi olan şəkil seçilmişdir. Bir müddət hərkəs bu trenddən danışdı. Müəyyən müddətdən sonra bu şəkil trenddən düşdü və topical kontent rolunu aldı.

Hansı kontentlər Topical Kontent adlanır?

  • Təzə yaradılmış məqalələr
  • Xəbərlər
  • Son trendlərə yazılmış bloqlar və s.

Bu kimi kontentlər topical kontentə aid deyilir. Çün ki, xəbərlər, trendlər və s, müəyyən zaman keçdikcə trenddən düşür və deyə bilərik ki, unudulur gedir.

“Buyer’s Journey”ə görə kontent

Yadımıza salaq Buyer Journey nə idi?

Buyer Journey (Müştəri səyahət xəritəsi) – Şirkətinizin potensial müştərilərlə həyata keçirdiyi bütün qarşılıqlı əlaqələrin vizual təsviridir. 

Buyer Journeyin mərhələləri hansılardır?

  1. Awareness
  2. Interest
  3. Cosnideration
  4. Conversion
  5. Retention

Awareness – Siz bu mərhələdə olan hədəf kütləniz üçün kontent yaradırsınız. Hansı ki, awareness mərhələsində olan hədəf kütləni siz yaratdığınız kontent vasitəsilə interest mərhələsinə keçirə bilərsiniz. 

Interest –  Hədəf kütlənizi interest mərhələsinə keçirtdikdən sonra növbəti addım hədəf kütlənizi consideration mərhələsinə keçirtməkdir. 

Consideration – Bu mərhələyə çatan hədəf kütlənizi artıq push etmək üçün kontentlər yarada bilərsiniz ki, sizin məhsulları alsınlar. Çün ki, bu mərhələdə olan hədəf kütləniz artıq sizin məhsulu almaq haqqında düşünür.

Conversion – Bu mərhələyə gələn hədəf kütləniz artıq sizin məhsulu aldı və siz bu mərhələdəki hədəf kütlənizə uyğun kontentlər hazırlamalısınız. 

Retention – Siz bu mərhələdə olan hədəf kütlənizi yenidən hədəfləmək üçün uyğun kontentlərlə qarşısına çıxa bilərsiniz.

Kontent necə olmalıdır?

  • İstifadəçini başa düşməlidi
  • İstiadəçinin ehtiyaclarını başa düşməlidi
  • Problemi həll etməlidir
  • Axtarışa görə optimizasiya edilməlidir və s

Yuxarıdakı nüansları nəzərə alaraq kontent yarada bilərsiniz. 

Kontent istifadəçini başa düşməlidi yəni müştərinin nə istədiyini bilməlidi. Kontent istifadəçinin ehtiyacını qarşılayarsa o zaman satışa təsir etmək ehtimalı da böyük olur.

İnsanlar yalnız onlara maraqlı olan kontentlərə baxırlar. Satışa təsir edən nüanslardan biri də budur ki, sizin yaratdığınız kontent müştərinin problemini həll edirsə o zaman böyük ehtimal satışınız artmağa doğru gedəcəkdir.

Kontent necə olmalıdır? adlı bloq yazıma keçid edərək ətraflı məlumat ala bilərsiniz.

Curation Kontent və Creation Kontent

curation kontent nədir

Curation və Creation kontent haqqında eşitmisiniz?

Curation kontent – Başqa yerdən hər hansı kontenti götürüb özünüzə aid edirsinizsə o zaman bu curation kontent adlanır.

Creation kontent – Bütün kontenti sıfırdan özünüz yaradırsınızsa o zaman bu creation kontent adlanır.

Curation Kontent haqqında

Başqasının kontentlərini götürüb özünüzə aid edib sonra paylaşmaq curation kontent adlanır. Curation kontentin həm üstünlükləri həm də, mənfi tərəfləri var. Demək olar ki, yaradılan kontentlər arasında curation kontent çoxluq təşkil edir. Çün ki daha az vaxt aparır və işi sürətləndirir. Curation kontentin üstünlüklərindən biri də məhz işin sürətli olmasıdır. 

Creation Kontent haqqında

Heç bir yerdən götürmədən sıfırdan yaradılan kontent növüdür. Yəni siz sıfırdan bir kontent yaradırsınız və o kontentin sahibi siz olursunuz. Çün ki yalnız sizə məxsus bir kontentdir. Lakin, başqasının sizin kontentdən götürüb istifadə etməsi isə curation kontent sayılır. 

One Comment

  1. Kennedy1671 dedi ki:
    15 Şubat 2024, 20:30

    Элвис Пресли, безусловно, один из наиболее влиятельных музыкантов в истории. Родившийся в 1935 году, он стал иконой рок-н-ролла благодаря своему харизматичному стилю и неповторимому голосу. Его лучшие песни, такие как “Can’t Help Falling in Love”, “Suspicious Minds” и “Jailhouse Rock”, стали классикой жанра и продолжают восхищать поклонников по всему миру. Пресли также известен своими выдающимися выступлениями и актёрским талантом, что сделало его легендой не только в музыке, но и в кинематографе. Его наследие остается живым и вдохновляет новые поколения артистов. Скачать музыку 2024 года и слушать онлайн бесплатно mp3.

    Yanıtla

Bir yanıt yazın Yanıtı iptal et

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Kənan Nəsibov

Rəqəmsal Marketinq kursunu A-Z tədris edirəm.Həmçinin SEO, Google Ads və SMM xidməti göstərirəm.

Sosial Media

Sevilən Bloqlar

guerilla marketing nədir
Guerilla Marketing nədir və necə istifadə olunur?
22 Ocak 2025
kriptovalyuta
Kriptovalyuta nədir?
20 Aralık 2024
on-page seo nədir
On-page SEO nədir?
26 Kasım 2024
smm təqvimi
SMM Təqvimi
20 Kasım 2024

Yeni Bloqlar

Bloqlar

Technical SEO nədir və necə istifadə olunur?

Bloqlar

Sosial Media səhifələri necə olmalıdır?

Bloqlar

Vebsayt Kontent necə olmalıdır?

Kənan Nəsibov
© 2024 - Bütün Hüquqları Qorunur | Kənan Nəsibov