Kənan Nəsibov
  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə

Kənan Nəsibov

Digital Marketing Specialist

  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə
Kənan Nəsibov
  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə
Influencer marketinq
PostlarRəqəmsal Marketinq

İnfluencer Marketinq nədir? – Rəqəmsal dövrün güclü silahı

Nesiboff
5 Nisan 2025
İnfluencer marketinq

Bugünkü rəqəmsal dünyada insanların alış-veriş qərarlarını artıq sadəcə reklamlar deyil, İnfluencer – yəni sosial şəbəkələrdə müəyyən auditoriyaya sahib, etibarlı şəxslər də formalaşdırır. Məhz bu səbəbdən İnfluencer marketinq son illərin ən təsirli və sürətlə inkişaf edən marketinq strategiyalarından birinə çevrilib.

Table Of Content

  • İnfluencer marketinq nədir? 
  • İnfluencer marketinq-in əsas elementləri
  •      1.Düzgün İnfluencer seçimi
  • 2. Orijinal və yaradıcı kontent
  • 3. Əlaqə və əməkdaşlıq
  • 4. Ölçmə və analiz
  • İnfluencer marketinq nə işi görür?
  • Blogger kimdir və onun rolu?
  • İnfluencer marketinq kursları hansılardır?
  • 1. Coursera – İnfluencer Marketing Strategy
  • 2. Udemy – İnfluencer Marketing 101
  • 3. Skillshare – Build Your Personal Brand as an İnfluencer
  • 4. Hubspot Academy – Social Media Strategy
  • İnfluencerlərin gəliri nə qədərdir?
  • Nəticə
  • Tez-tez verilən suallar (FAQ)
  • Blogger və influencer arasında fərq nədir?
  • Hansı platformalar influencer marketinq üçün daha uyğundur?
  • İnfluencerlər üçün kontent ideyaları nə ola bilər?
  • İnfluencer marketinqin dezavantajları nədir?
  • İnfluencer marketinq vergiyə tabedirmi?

İnfluencer marketinq nədir? 

Influencer marketing, məhsul və ya xidmətin tanıdılması üçün sosial media influencerlərinin nüfuzundan istifadə edilən bir marketinq metodudur. Yəni brend, öz auditoriyasına təsir edə bilən bir influencerdən məhsulu tanıtmasını və ya təcrübəsini paylaşmasını xahiş edir.

Bu üsulda məqsəd etibarlı və səmimi görünən bir mesajla müştəriyə çatmaqdır. İnsanlar artıq reklamdan çox, sevdikləri bir insanın tövsiyəsinə inanmağa üstünlük verirlər.

İnfluencer marketinq-in əsas elementləri

     1.Düzgün İnfluencer seçimi

Uğurlu bir kampaniyanın əsas açarı – uyğun influenceri tapmaqdır. Burada əsas kriteriyalar:

  • Auditoriyanın uyğunluğu

  • Engagement (əlqə) səviyyəsi

  • Kontentin keyfiyyəti

  • Influencerin brend dəyərlərinə uyğunluğu

2. Orijinal və yaradıcı kontent

İnfluencerin izləyiciləri, səmimi və real təcrübə axtarır. Yəni “sadəcə məhsulu tut və poz ver” dövrü keçib. Kontent ya informativ, ya da əyləncəli olmalıdır ki, izləyicidə maraq oyatsın.

3. Əlaqə və əməkdaşlıq

İnfluencerlə brend arasında səmimi və açıq kommunikasiya vacibdir. Məhsul haqqında dəqiq məlumat verilməli və kreativliyə yer qoyulmalıdır.

4. Ölçmə və analiz

Kampaniya zamanı bu suallara cavab axtarılır:

  • Görüntülənmə sayı nə qədər oldu?

  • Postun altında neçə şərh və bəyənmə var?

  • Satışa təsiri oldu? Bu metriklər kampaniyanın uğurunu müəyyənləşdirir.

İnfluencer marketinq nə işi görür?

İnfluencer marketinq – sosial mediada müəyyən nüfuza sahib olan şəxslərin (influencerlərin), məhsul və ya xidmətləri tanıtmaqla brendlərə satış və tanıtım dəstəyi verməsidir. Onlar izləyicilərinə səmimi və real tövsiyələrlə təsir edirlər və bu da ənənəvi reklamlardan daha effektli olur.

Misal: Bir blogger öz səhifəsində sevdiyi bir kosmetik məhsuldan danışırsa, bu paylaşıma minlərlə insan inanır və alıcıya çevrilə bilər.

Blogger kimdir və onun rolu?

Bloggerlər – öz bloqunda və ya sosial media hesablarında müxtəlif mövzularda yazılar, paylaşımlar edən, müəyyən auditoriyaya sahib olan şəxsdir. Onlar:

  • Məhsulları test edib rəylər bildirir

  • Hədəf auditoriyaya uyğun məzmun yaradır

  • Markaların mesajını kreativ şəkildə çatdırır

Bloggerlər həm influencer marketinq kampaniyalarının əsas oyunçuları, həm də markalarla uzunmüddətli əməkdaşlıq qura bilən tərəfdaşlardır.

İnfluencer marketinq kurslar

İnfluencer marketinq kursları hansılardır?

Əgər bu sahəyə başlamaq istəyirsənsə, sənin üçün bir neçə onlayn kurs tövsiyə edirəm:

1. Coursera – İnfluencer Marketing Strategy

  • İTMO Universiteti tərəfindən hazırlanıb

  • Strateji yanaşma və real nümunələrlə zəngindir

2. Udemy – İnfluencer Marketing 101

  • Yeni başlayanlar üçün əla seçimdir

  • Kontent planlaşdırması, əməkdaşlıq yolları, platforma seçimi izah olunur

3. Skillshare – Build Your Personal Brand as an İnfluencer

  • Öz brendini yaratmaq və monetizasiya yollarına fokuslanır

4. Hubspot Academy – Social Media Strategy

  • Sertifikatlıdır və tamamilə pulsuzdur

  • İnfluencerlərlə işləmə taktikaları da əhatə olunur

İnfluencerlərin gəliri nə qədərdir?

Ən maraqlı hissəyə gəldik! İnfluencer marketinqdə gəlir fərdi auditoriya, aktivlik və əməkdaşlıq sayından asılıdır. Gəlin bir neçə misala baxaq:

  • Nano influencer (1K – 10K izləyici): Bir paylaşım üçün 10 – 50 AZN

  • Micro influencer (10K – 100K): 50 – 300 AZN

  • Macro influencer (100K – 500K): 300 – 1000+ AZN

  • Mega influencer (500K+): 1000 AZN-dən başlayır və brendə görə dəyişir

Əlavə gəlir mənbələri:

  • YouTube reklam gəlirləri

  • Affiliate (linklə satışdan faiz)

  • Sponsorlu video/blog postlar

  • Öz məhsulunu satmaq (merchandise)

Əgər bu işi peşəkar şəkildə qurarsansa, aylıq 1000-5000 AZN və daha çox qazanmaq mümkündür.

Nəticə

İnfluencer marketinq – (bloggerlər ) həm markalar, həm də şəxsi brendini yaratmaq istəyən insanlar üçün böyük fürsətdir. Əgər sən də bir blogger olmaq, kurslara qoşulmaq və bu sahədən gəlir əldə etmək istəyirsənsə, indi başlamağın tam zamanıdır!

Tez-tez verilən suallar (FAQ)

Blogger və influencer arasında fərq nədir?

Blogger – əsasən mətn əsaslı məzmun (bloq yazısı, rəy, tövsiyə) yaradan şəxsdir. İnfluencer isə sosial mediada hər hansı formada (video, şəkil, storilər) təsir gücünə malik olan şəxsdir. Bir blogger həm də influencer ola bilər.

Hansı platformalar influencer marketinq üçün daha uyğundur?

Ən populyar platformalar:

  • Instagram – vizual kontent və story kampaniyaları üçün ideal

  • TikTok – viral və əyləncəli videolar üçün

  • YouTube – məhsul rəyləri və dərin təqdimatlar üçün

  • Twitter (X) və LinkedIn – spesifik mövzular və B2B üçün

İnfluencerlər üçün kontent ideyaları nə ola bilər?

  • Məhsul testləri və rəylər

  • “1 günüm” formatında vloglar

  • Sual-cavab videoları

  • “Nəyi necə istifadə edirəm?” tipli kontent

  • Giveaway / hədiyyə kampaniyaları

  • “Siz soruşdunuz, mən cavablayıram” seriyası

İnfluencer marketinqin dezavantajları nədir?

  • Yanlış influencer seçimi brend imicinə zərər verə bilər

  • ROI (gəlir/qazanc) bəzən çətin ölçülə bilər

  • Saxta izləyicilər və engagement satınalanlar problemi

  • Səmimiyyətsiz kontent auditoriyanın inamını poza bilər

İnfluencer marketinq vergiyə tabedirmi?

Əgər influencer bu fəaliyyətdən davamlı gəlir əldə edirsə, bu zaman vergi öhdəlikləri yarana bilər. Azərbaycanda bu sahədə hələ də tam formalaşmış qanunvericilik olmasa da, müstəqil sahibkar kimi qeydiyyatdan keçmək və ödəmələri rəsmi göstərmək tövsiyə olunur.

No Comment! Be the first one.

Bir yanıt yazın Yanıtı iptal et

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Kənan Nəsibov

Rəqəmsal Marketinq kursunu A-Z tədris edirəm.Həmçinin SEO, Google Ads və SMM xidməti göstərirəm.

Sosial Media

Sevilən Bloqlar

guerilla marketing nədir
Guerilla Marketing nədir və necə istifadə olunur?
22 Ocak 2025
kriptovalyuta
Kriptovalyuta nədir?
20 Aralık 2024
on-page seo nədir
On-page SEO nədir?
26 Kasım 2024
smm təqvimi
SMM Təqvimi
20 Kasım 2024

Yeni Bloqlar

Bloqlar

Vebsayt Kontent necə olmalıdır?

Rəqəmsal Marketinq

Rəqəmsal və Ənənəvi Marketinq fərqi nədir?

inbound və outbound
Bloqlar

Inbound ve Outbound Marketinq nedir?

Kənan Nəsibov
© 2024 - Bütün Hüquqları Qorunur | Kənan Nəsibov