Hədəf kütlə – Şirkətlərin, satıcıların məhsullarını, xidmətlərini və ya mesajlarını alması üçün ən düzgün insan toplusudur. Hədəf kütlə özü demoqrafik, maraq dairələri və davranışlar olaraq seqmentlərə bölünür.
Ümumiyyətlə hər məhsulun və ya xidmətin öz hədəf kütləsi var. Hədəf kütlənin seqmentlərə bölməkdə məqsəd düzgün hədəfləməkdir. MMəhsulların düzgün hədəf kütləyə çatdırılmasında satışların nə qədər artdığını hamı bilir.
Bir sözlə desək, hədəf kütlə sizin məhsullarınızı ala biləcək insan toplusudur.
Hədəf kütləni təyin etmək üçün ilk öncə satdığınız məhsulu bilmək və analiz etmək lazımdır. Sizin məhsulunuz insanların hansı ehtiyaclarını qarşılayırlar, niyə sizin məhsullarınızı, xidmətlərinizi almalıdır deyə suallara cavab tapmalısınız.
Nümunə:
Tutaq ki, siz bəylik geyimləri satırsınız. Siz insanların hansı ehtiyaclarını qarşılayırsınız?
Məhsula və qarşılanan ehtiyaca baxdıqdan sonra artıq başa düşülür ki, hədəf kütləmizdən qadınları çıxartmaq lazımdır. Çün ki məhsul bəylik geyimidir. Sonra, yaşı 21-dən az olanları çıxarda bilərik ki, kişilərin bir çox hissəsi 23-dən sonra evlənir bəziləri isə 22-dən sonra evlənir.
Ümumi desək hədəf kütlə:
Təyin etdiyimiz punktlar hədəf kütləmizi göstərir.
Qeyd etdiyimiz kimi daha düzgün hədəfləmək üçün hədəf kütlələr seqmentlərə ayrılır. Seqmentlər aşağıda qeyd olunmuşdur.
Demoqrafik seqment deyə bilərik ki, ən çox istifadə olunan seqmentdir. Burada insanların yaşını, təhsilini, cinsini, peşəsini və s, qeyd edə bilərsiniz.
İnsanların coğrafi mövqeyini təyin edə bilərsiniz. Hədəf kütləniz harada qalır, hansı bölgədə olur və s. Reklamlarınızı yayımlayarkən hədəf kütlənizin olduğu bölgələri hədəfləyə bilərsiniz.
Siz bu seqmentdə hədəf kütlənin həyat tərzini, maraqlarını, şəxsi xüsusiyyətlərini təyin edə bilərsiniz. Bu seqmenti bilərək ideal kontentlər hazırlaya bilərsiniz.
Davranış seqmenti sizlərə müştərilərin davranışlarını, hərəkətlərini başa düşməyə kömək edir. Siz bu seqmentlə hədəf kütlənin e-commerce saytlarda alış-veriş davranışlarını ölçə bilərsiniz.
Hədəf kütləni təyin edərkən seqmentasiyalara, davranışlara fikir verməlisiniz. Reklamlar yaradarkən düzgün hədəf kütlədən istifadə etməlisiniz. Əks halda, büdcəniz boşa gedəcək.
Hədəfləmənin ilk və vacib amillərindən biri reklam büdcəsinin düzgün və effektiv bölüşdürülməsidir. Reklam büdcəsini hədəf kütlənizə düzgün vaxtda çatmaq üçün optimallaşdıra bilərsiniz.
Yəni ki, siz reklam büdcəsini daha geniş hədəf kütləyə çatmaq əvəzinə, məhsulunuzu və ya xidmətinizi almaq ehtimalı yüksək olan hədəf kütləyə, potensial müştərilərə çata bilərsiniz.
Bu addım, ROAS və ROİ metrikini artıraraq reklam xərclərindən daha səmərəli və effektiv istifadə etməyə kömək edir.
Satacağınız məhsula görə hədəf kütləniz dəyişkəndir. Siz məhsullarınızı tanıyandan sonra artıq bilməlisiniz ki, hədəf kütləniz qadınlar, kişilər yoxsa hər ikisinə aiddir.
Cinsi təyin edəndən sonra hansı yaş aralığını seçəcəyinizi təyin edirsiniz. Sonra isə maraq dairələri nədir, davranışların hansılar olduğunu təyin edirsiniz.
Reklam kampaniyaları yaradarkən düzgün hədəf kütləni təyin etdiniz. Təyin etdiyiniz hədəf kütlənin sizin məhsulları və ya xidmətləri alması ehtimalı yüksək olduğu üçün onları hərəkətə keçirtmək sizin əlinizdədir.
Yəni, siz təyin etdiyiniz hədəf kütləni potensial müştərilərə çevirmək üçün ideal kontent yaratmalısınız. Yaratdığınız kontentləri reklamda istifadə edərək satışlarınızı artıra bilərsiniz.
Reklamlarınızı optimizasiya etmək ən önəmli addımlardan biridir. Hansı maraq dairələrindən daha çox satış gəlib, satış gətirənlər harada qalır, hansı maraq dairələrinə sahib olanlar satış gətirib və s, kimi punktları nəzərə alaraq optimizasiyalar edə bilərsiniz.
ROİ metrikini yəqin ki, hərkəs bilir. ROİ (return on investment) çəkilən xərclərdən gələn gəliri hesablayan metrikdir. Siz reklam optimizasiyaları etdikdən sonra ROİ metrikinin artımına nail ola bilərsiniz.
Ölkəmizdə ən çox meta (facebook və instagram) və google, youtube reklamları digər platformalardakı reklamlara görə daha çoxdur. Buna görə də hədəf kütləni google və meta üzərində qurmaq daha məqsədə uyğundur.
Facebook və İnstagram reklamları
Ads Manager alətindən istifadə edərək instagramda və facebookda reklamlar verə bilərsiniz. Bunun üçün Ads Managerdə “Audience” hissəsindən hədəf kütlə yarada bilərsiniz. Bunun üçün sizə 3 seçim təklif edilir.
Custom auditoriyada – Sizinlə ən azı 1 dəfə əlaqə quran, postlarınızı bəyənən, 1 sözlə desək sizi tanıyan hədəf kütlələr yarada bilərsiniz. Məsələn, vebsaytımı ziyarət edənlər, instagram səhifəmi ziyarət edənlər və s.
Saved Auditoriyada – Siz yeni müştərilər tapmaq üçün hədəf kütlələr yarada bilərsiniz.
LookaLike auditoriyada – isə sizi tanıyan və yaratdığınız hədəf kütlələlərə uyğun auditoriya yarada bilərsiniz.
Google və YouTube hədəf kütlələr
Google və YouTubeda reklam verən zaman yaratdığınız kontentlərə diqqət etməlisiniz. Googleda axtarış bölməsində reklam verən zaman hədəf kütlənin davranışına və maraq dairələrinə uyğun ideal başlıqlar və açıqlamalar yaza bilərsiniz.
YouTubeda video reklamlar olduğuna görə daha çox hədəf kütləyə mesajınızı videonun ilk 3-5 saniyəsində çatdırmağa diqqət etməlisiniz.
Hədəf kütləmizi tanıdıq və düzgün hədəfləmə qurmaq üçün lazımi addımlara baxdıq. Aşağıda isə ümumi olaraq hədəf kütlə üzərindən keçək.
Qeyd etdiyimiz kimi düzgün hədəfləmə üçün hədəf kütləni müəyyələşdirmək ən vacib amildir. Hədəf kütləni müəyyən etmək reklam strategiyasında çatmaq istədiyiniz insanların maraq dairələrini, cinsini, davranışlarını əhatə edir.
Sİz ideal və effektiv kontentlər yaradaraq hədəf kütlənizin qarşısına düzgün vaxtda və düzgün kanalda çıxa bilərsiniz. Düzgün hədəf kütləsi sizə yüksək ROİ gətirər, satışlarınız artıma doğru gedər.
Yuxarıda qeyd etdiyim kimi, hədəf kütlənin kim olduğunu biləndən sonra onları seqmentləşdirmək lazımdır. Seqmentləşdirmə reklam kampaniyaları yaradarkən ən vacib amillərdən biridir.
Demoqrafik – Hədəf kütlənizi cinsinə, məkana görə seqmentləşdirə bilərsiniz.
Psixoqrafiya – Hədəf kütlənin maraq dairələri, həyat tərzləri və hobbilərinə görə seqmentləşdirə bilərsiniz.
Davranış – İnternet üzərindən etdiyi alış-veriş, işlətdiyi mobil cihaza görə seqmentləşdirə bilərsiniz.
Siz hədəf kütlənizi seqmentləşdirərək reklam kampaniyalarınızı daha dəqiq kütləyə çatdıra bilərsiniz, reklamlarınızı daha yaxşı işləməsinə nail ola bilərsiniz.
Uğurlu reklamlarçox zaman optimizasiyadan sonra yaranmağa başlayır. Siz yaratdığınız reklam kampaniyalarında optimizasiyalar edə bilərsiniz.
Hədəf kütləni anlamaq və əsasları öyrənmək, digər sahələrdə olduğu kimi, digər bir çox tədbirlərə başlamaq üçün əhəmiyyətli bir addımdır. Anlamını aydınlaşdırmaq və hədəf kütləni etibarlı şəkildə hədəfləmək, bir layihənin və ya məqsədə nail olmaq üçün əsas mərhələdir.
Hər hansısa bir məqsədə nail olmaq istədiyinizdə, əvvəlcə hədəf kütlənizi doğruca təyin etməlisiniz. Hədəf kütlənizi tanımaq, onların maraqlarını və ehtiyaclarını anlamaq, sizin məqsədinizi çatdırmaq üçün əhəmiyyətli bir addımdır.
Hədəf kütlənizin maraqlarını və ehtiyaclarını anlamaq, onlara daha yaxşı xidmət etməyinizə kömək edəcək. Bu, onların problemlərini və istəklərini anlamaq deməkdir.
Hədəf kütləyə çatmaq üçün effektiv yollar axtarın. Sosial media platformalarından, forumlardan və digər əlaqə vasitələrindən istifadə edərək onlarla əlaqə qurun.
Hədəf kütləniz üçün maraqlı və yararlı məzmunlar təqdim etmək, onların diqqətini cəlb etmək üçün əhəmiyyətli bir yoldur. Onların problemlərinə həlli təklif edən məzmunlar yaradın.
Hədəf kütləyə yaxın olmaq, onların inkişafını və tələblərini anlamağa kömək edəcək. Onlarla bağlantı qurun və onların feedback-lərini ehtiyat edin.
Hər zaman hədəf kütlənizi dəstəkləməyə hazır olun. Onların problemlərinə və istəklərinə cavab verin və hər zaman onların yanında olduğunuzu göstərin.
Hədəf kütlə, bir məqsədə nail olmaq üçün hədələnmiş konkret qrup və ya insanlar deməkdir.
Hədəf kütləni təyin etmək üçün ətraflı araşdırma aparın və mövcud məlumatlardan istifadə edin.
Hədəf kütləyə çatmaq üçün sosial media, e-poçt və digər əlaqə vasitələrindən istifadə edərək onlarla əlaqə qurun.
Hədəf kütləyə maraqlı məzmunlar təqdim etmək üçün onların maraqlarını və ehtiyaclarını anlamaq və məzmunlarınıza uyğun olaraq onları təmin etmək vacibdir.
Hədəf kütlənin ehtiyaclarına cavab verə bilmək üçün onlarla daima əlaqədə olun və feedback-lərini ehtiyat edin.
Eminem, настоящее имя Маршалл Брюс Мэтерс III, известен как один из величайших рэп-исполнителей всех времен. Своими пронзительными текстами, ярким стилем и потрясающим мастерством в ритме и рифме он завоевал миллионы поклонников по всему миру. Его лучшие песни включают “Lose Yourself”, гимн к само-преодолению, “Stan”, с поразительно интенсивным сюжетом, и “Rap God”, где он демонстрирует свою невероятную скорость и технику. Все эти треки, а также многие другие, отражают его гениальность и влияние на музыкальную индустрию. Скачать mp3 музыку 2024 года и слушать онлайн бесплатно.