Marketinq kursları biznes və fərdi inkişaf üçün ən vacib təhsil istiqamətlərindən biridir. Bu kurslar vasitəsilə rəqəmsal marketinq, sosial media idarəçiliyi, SEO, kontent marketinqi və reklam strategiyaları öyrədilir. Marketinq kursları həm yeni başlayanlar, həm də peşəkarlar üçün praktik və nəzəri biliklər təqdim edir.
Düzgün seçilmiş marketinq təhsili brendlərin tanıdılmasını və satışların artmasını təmin edir. SEO yönümlü marketinq kursları axtarış motorlarında üst sıralara çıxmaq üçün effektiv üsulları öyrədir.Online marketinq kursları zaman və məkan məhdudiyyəti olmadan bilik əldə etməyə imkan yaradır. Peşəkar təlimçilər tərəfindən keçirilən marketinq kursları real layihələr üzərində təcrübə qazandırır.
Marketinq sahəsində sertifikatlı kurslar karyera imkanlarını genişləndirir. Müasir marketinq kursları bizneslərin rəqabət üstünlüyü qazanmasına kömək edir.
Sizlərə pulsuz marketinq kurslarına baxa biləcəyiniz mənbəələri bölüşürəm. Həmçinin kurslara baxdıqdan sonra yekunda sertifikatlarıda əldə edə bilərsiniz.
Google Skillshop – Burada googlenin təqdim etdiyi pulsuz kurslara baxaraq beynəlxalq google sertifikatına sahib ola bilərsiniz. Skillshop saytına keçid edin.
Semrush Academey – Burada semrush-in təqdim etdiyi kurslara, bloglara baxaraq imtahana daxil olursunuz. İmtahanı keçdiyiniz təqdirdə sertifikat əldə edirsiniz. Semrush saytına keçid edin.
Apple Ads Certification – Apple Sertifikata daxil olaraq App Store-da reklam verməyi öyrənirsiniz və imtahanı uğurla keçdikdən sonra Apple-dən sertifikat əldə edirsiniz. Apple Sertifikat saytına keçid edin.
Aşağıda sizlərə ödənişli olan marketinq kurslarına baxa biləcəyiniz mənbəələri bölüşürəm.
Udemy – Burada ödənişli olaraq bütün marketinq və rəqəmsal marketinq kurslarına baxa bilərsiniz. Ayrıca istədiyiniz sahələrinə də baxa bilərsiniz. SEO kursları, SMM kursları və s. Udemy platformasına keçid edin.
Coursera – Eyni udemy kimi platformasına bənzəyir. Burada daha dərin kurslara baxaraq öz biliklərinizi daha da təkmilləşdirə bilərsiniz. Coursera platformasına keçid edin.
Aşağıda sizlərə mənim tədris etdiyim rəqəmsal marketinq sahəsinə aid kursları bölüşürəm. A-Z detallı digital marketing kurslarında iştirak etmək üçün mənə yaz.
SEO Kursu – SEO təlimimə qoşularaq real markalar üzərində seo təcrübəsi qazana bilərsiniz.
SMM Kursu – A-Z SMM Kursunda başlanğıcdan peşəkara doğru bütün SMM dərinliklərini öyrənəcəksiniz.
Rəqəmsal Marketinq Kursu – 4 aylıq təlimdə digital marketingin bütün sahələrini dərindən öyrən.
Kursların təqribi ölkəmizdə aylıq 300-500 arası təşkil edir.
Digital Marketing kursları üçün mənə müraciət edə bilərsən. A-Z detallı öyrənmək üçün indi başla!
Təşkil etdiyim digital marketing kursları hamısı əyani formatdadır. Lakin online qoşulmaq imkanıda mövcuddur.
İlk öncəliyiniz tədris edən müəllimin təcrübəsinə və portfoliosuna baxmalısınız. Portfoliosu və təcrübəsi bol olan müəllim sizə öz təcrübələrindən danışacaq və göstərəcək. Sonra isə təlimdə tədris olunan mövzulara yəni sillabusa baxmalısınız. Öyrənmək istədikləriniz varmı? Mövzular indiki dövrü əhatə edirmi? və s kimi suallara cavab tapmalısınız. Kursların qiymətləri əksər yerlərdə olduğu kimi standartdır. Kurs məbləğindən çəkinməyin. Bu gələcəyiniz üçün yatırımdır!
No Comment! Be the first one.