Google reklamlarlarınən nə qədər önəmli və vacib olduğunu yəqin ki hərkəs bilir. Həmçinin ən çox büdcə tələb edən reklamlar elə google reklamlarıdır. Google reklamlarinın gəliri 2017-ci ildə 20% artaraq dünya miqyasında 95 milyard dollara sahib oldu.
Google reklamlarının yaradılması hamının tanıdığı Google Ads platforması vasitəsilə həyata keçir. Ümumiyyətlə insanlar almaq istədikləri məhsulu və ya xidməti hərzaman öncədən araşdırırlar.
İnsanların çoxu almaq istədiyi məhsulu öncədən googleda axtarışa verir. Buna görədə google reklamlarının nə qədər önəmli olduğunu bilməlisiniz.
Google ads nədir? Öyrənmək üçün keçid edin.
Bəs google reklamlarinin hansı növləri var?
Siz google axtarış yerində ehtiyacınız olan məhsulu və ya xidməti axtarırsınız. Qarşınıza çıxan nəticələrdə üst sıralarda reklam verən vebsaytlar alt sıralarda isə orqanik olan vebsaytlar görsənəcək. Vebsaytların üst sıralarda çıxması üçün axtarış motoru reklamlarından istifadə edilib. Şəkildəki nümunəyə baxa bilərik.
Şəkildəndə görsəndiyi kimi reklam veren vebsaytlar üst sıralarda görsənir və qara rənglə bold yazılan reklam (ads) sözünü də görə bilərsiniz. Axtarış motoru reklamları verən zaman müəyyən açar sözləri hədəfləyirsiniz.
Hansı ki, siz həmin açar sözlər yazılan zaman ön sıralarda çıxırsınız. Axtarış motoru reklamları internet reklamlarının ən populyar reklamlarındandır. Axtarış motoru reklamlarının bir çox reklamlardan fərqi odurki, müştəri öz ehtiyaclarını axtaran zaman sizin reklam qarşısına çıxır.
Məsələn: Bir müştəri rəqəmsal marketinq kursu axtarır və google rəqəmsal marketinq kursları yazır. Axtarış nəticələrində siz rəqəmsal marketinq kursu üçün reklam vermisiniz. Sizin vebsayt müştərinin qarşısına çıxacaq və buda sizin kurslardan yararlanmaq imkanı verir. Bu da o deməkdir ki, siz doğru zamanda doğru hədəf kütlənin qarşısına çıxırsınız.
Əgər orqanik seo etməmisinizsə və ya etmisiniz lakin, yenə də ilk sıralarda görsənmirsinizsə o zaman google axtarış motoru reklamından istifadə edərək ilk səhifəyə gələ bilərsiniz
Yenə də siz google axtarış motoru reklamından istifadə edərək vebsaytınızı TOP3-ə sala bilərsiniz.
Google reklamlarının nə qədər önəmli olduğunu göstərən səbəblərdən biri də budur.
Google Display Network (GDN) adlanan görüntülü reklamlar da googlenin təqdim etdiyi reklam növlərindən biridir. YouTube, Gmail də bunlara daxildir. Siz görüntülü reklamlardan istifadə edərək təxminən 2 milyon vebsaytda reklamlarınızı göstərə bilərsiniz.
Görüntülü reklam verən zaman siz hədəf kütlənizi təyin etməkdən başqa reklam vermək istədiyiniz vebsaytlarıda hədəfləyə bilərsiniz. Həmçinin bu hədəfləmələri ayrıca olaraq da hədəfləyə bilərsiniz.
Açar söz hədəfləməsi – Görüntülü reklamlarda açar söz hədəfləməsi axtarış motoru reklamlarından bir qədər fərqlidir. Siz burada kütlə hədəfləməsi və vebsayt hədəfləməsi edirsiniz. Yəni, görüntülü reklamlar sizin reklamlara maraq göstərə biləcək hədəf kütlənin qarşısına çıxır və yaxudda sizin təyin etdiyiniz açar sözlərlə əlaqəli yerlərdə görsənir.
Mövzu hədəfləməsi – Sizin reklamlar burada reklamlarınızda seçdiyiniz mövzularla əlaqəli vebsaytlarda görsənəcək. Məsələn: maşın ehtiyat hissələrini reklama qoymusunuzsa mövzunu seçərkən sizin reklamlar bu mövzu ilə əlaqəli vebsaytlarda görsənəcək. (turbo.az)
Vebsayt hədəfləməsi – Siz buarada vebsaytların linkini yapışdıraraq reklamlarınızı göstərmək istədiyiniz vebsaytları özünüz təyin edirsiniz. Yəni reklamlarınızın göstərilmə yerini özünüz təyin edirsiniz. Bu vebsaytda ola bilər, tətbiqdə ola bilər və videoda ola bilər.
Hədəf kütlə – Görüntülü reklamlarda siz hədəf kütlənizdə demoqrafi hədəfləmə, cihaz hədəfləməsi, gün və saat hədəfləməsi, dil hədəfləməsi, oxşar hədəf kütlələr belə təyin edə bilərsiniz.
Görüntülü reklamlar axtarış motoru reklamlarına nisbətən daha çox erişim gətirir. Buna görə də siz markanızın tanıdılmasında görüntülü reklamlarından istifadə edə bilərsiniz.
Görüntülü reklamlar axtarış motorlarına nisbətən daha ucuzdur. Yəni daha aşağı CPC-ə malikdir.
2005-ci ildə yaranan və 2006-cı ildə Google tərəfindən alınan YouTube platforması dünyanın ən böyük 2-ci axtarış saytıdır. Siz youtube platformasında təkcə video reklamlar deyil həm də görüntülü reklam ağı da verə bilərsiniz. Lakin bizim mövzumuz video reklamları olduğu üçün videolar haqqında danışacıq.
Video reklamları verməmişdən əvvəl bəzi metriklər var ki, onları bilmək vacibdir.
Göstərim (impression) – Reklamınızın neçə dəfə göstərildiyini ifadə edən metrikdir.
Görüntüləmə (view) – Istifadəçilərin reklamınızı 30 saniyədən çox izlənəndə və reklamınızla əlaqə qurulma sayını göstərən metrikdir.
Max CPV (cost-per-view) – Bir istifadəçinin reklamınızı izləməsi və reklamınızla əlaqə qurarkən verdiyiniz təklifdir.
Videonun izlənmə faizi – İstifadəçilərin reklamınıza baxma faizini göstərən metrikdir. Bunları 25%, 50%, 75% və 100% olaraq görə bilərsiniz.
Google ads vasitəsilə siz youtubeda video reklamlar verirsiniz. Video reklamlarının bir neçə növləri var. Bunlar aşağıdakılardır:
Keçilə bilən – Bəlkədə son zamanlar youtubeda qarşınıza çox reklam çıxır. Bir videoya, kinoya, komediye və s, videolara baxan zaman Bolt, Wolt, Trendyol və s, şirkətlərin reklamlarını görürsünüz. Bəzi reklamlarında “reklamı keç” düyməsi var və reklam bizim ehtiyacı qarşılamırsa düyməyə click edirik və reklamı keçirik.
Keçilə bilməyən – Bəzi reklamlar var ki, “reklamı keç” düyməsi olmur və bu reklam növlərində şirkətlər mesajlarını müştəriyə tam vermək üçün istifadə edirlər. Keçilə bilməyən reklamların uzunluğu 15-20 san olmaqla bölgələrə görə dəyişir.
Siz google ads vasitəsilə tətbiq reklamlarınızı həyata keçirə bilərsiniz. Tətbiq reklamlarını siz video reklamlarında, axtarış motoru reklamlarında və görüntülü reklamlarda istifadə edə bilərsiniz. Reklamlarda yönləndirilən link isə google play və yaxud appstore olur.
Sizin tətbiq reklamlarında əsas məqsədiniz tətbiqin yüklənmə sayını artırmaqdır. Yaratdığınız tətbiq reklamları Google Play, Google Axtarışlarda, Google ilə ortaq olan saytlarda, YouTube və s yerlərdə görsənəcək.
Reklama daxildir: tətbiq ikonu, tətbiq adı, ortalama xal və özəl mətn
Göstərildiyi yer: Google Play girişində və axtarışda
Nə edər: Play storedə tətbiq yüklənməsinə yönəldir
Reklama daxildir: tətbiq ikonu, tətbiq adı, youtube bağlantılı video,
Göstərildiyi yer: Görüntülü reklam olan vebsaytlarda və videolarda
Nə edər: Tətbiqi yükləmək üçün açılan səhifəyə yönəldər
Reklama daxildir: tətbiq ikonu, tətbiq adı, youtube bağlantılı video, tətbiq mətni
Göstərildiyi yer: İOS və Android cihazlarında YouTube platformasında
Nə edər: Tətbiqi yükləmək üçün mağazaya yönləndirər
Reklama daxildir: tətbiq ikonu, tətbiq üçün mətn, mağazanın xalı
Göstərildiyi yer: Google axtarış motoru və görüntülü reklamlarda
Nə edər: Tətbiqi yükləmək üçün mağazaya yönləndirər
Alış-veriş reklamları digər reklam növlərinə görə biraz çətindir. Alış-veriş reklamları vermək üçün əvvəlcə sizin Google Merchant Center hesabınız olmalıdır və məhsulları bura inteqrasiya etməlisiniz. Google Merchant Center, məhsullarınızı google xidmətlərində istifadə etməyə kömək edən bir platformadır.
Siz google merchant center hesabını açdıqdan sonra aşağıdakı addımları atmalısınız.
Google ads hesabınıza daxil olaraq bu addımları etdikdə alış-veriş reklamlarını yaratmış olursunuz. Siz alış-veriş reklamları yaradərkən məhsulları bir neçə alt qruplara ayıra bilərsiniz. Məsələn: Qiymətlərinə görə, sezonuna görə, təzəliyinə görə, cinsiyətinə görə və s, alt qruplara ayıra bilərsiniz.
Məhsullarınızın başlıqları reklamlarda ən önəmli nüanslardan biridir. Məhsulların başlıqları nə qədər ideal olarsa traffiki, click sayını artırar. Siz məhsullarınızın başlıqlarını yaxşılaşdırmaq üçün aşağıdakılara diqqət etməlisiniz.
Məhsullarınızın başlıqlarında markanızın adının olmaması fikrimcə yaxşı bir addımdır. Odur ki, alış-veriş reklamlarında məhsul başlıqlarında markanızın adına yer ayırın.
Siz burada məhsullarınızın özəlliklərini formasını, rəngini, ölçüsünü və s əlavə edə bilərsiniz. Əgər başqa bir özəlliyi varsa sizin məhsula o zaman qeyd edə bilərsiniz.
Siz məhsul başlığında maksimum 150 karakter istifadə edə bilərsiniz. Lakin, məhsul başlıqlarının daha ideal görünməsi üçün 70 karakter etməlisiniz. Çün ki, nəticələrdə ilk 70 karakter görsənir.
Sizin alış-veriş reklamlarınızda hədəf kütlənizin gördüyün ən vacib nüans məhsul şəkilləridir. Buna görədə alış-veriş reklamı yaradarkən məhsulların şəkillərinin ölçüsünə diqqət etməlisiniz.
Məhsullarınızın şəkillərini seçərkən aşağıdakı nüanslara diqqət etməlisiniz.
No Comment! Be the first one.