Email marketinq – Rəqəmsal marketinqin bir qolu olub, məhsul və ya xidmətlərinizi hədəf kütləsinə email vasitəsilə çatdıran rəqəmsal alətdir.
Azərbaycanda bir o qədər də məşhur olmayan bu alət dünyada çox istifadə edilən bir alətdir. Doğru zamanda, doğru hədəf kütləyə göndərilən email marketinq böyük satışlara səbəb olur.
Hətta Email marketinq məhsulları və ya xitmətləri hədəf kütləyə çatdıran ən asan alətlər sırasındadır. “Google”nin statistikalarına görə ortalama 91% insan gündə ən az 1 dəfə epostasını yoxlayır. Buna görədə doğru zamanda, doğru hədəf kütləyə göndərilən email yüksək satışlar gətirə bilir.
Digital marketerlər Email marketinqdən ən çox potansiyal müştərilərə çatmaq üçün istifadə edirlər. Email marketinq deyəndə ağıla ən çox Mailchimp aləti gəlir. Çün ki, demək olar ki, ən çox istifadə olunan Email marketinq alətidir.
Siz Email vasitəsilə müştərilərinizə:
Ad günü və ya bayram mesajları ilə siz müştəri məmnuniyyəti qazana bilərsiniz və gələcəkdə bu sizin satışlara təsir edə bilər.
Şəkilli və mətnli kontentlər vasitəsilə yeni məhsulunuzu təqdim edə bilərsiniz və ya endirimdə olan məhsullarınızı da qeyd edə bilərsiniz.
Email marketinq hesabı yaratmaq üçün Mailchimp keçid edin.
Ümumiyyətlə marketinqdə bir işi görməzdən əvvəl həmin işin planlamasını qurmaq vacibdir. Email marketinqən niyə istifadə edirsiniz? Email marketinqdən istifadə etməkdə əsas məqsəd nədir? Satışları nə qədər artırmaq istəyirsiniz? Hansı müddətdə bitirmək istəyirsiz? kimi suallara cavab taparaq kiçik bir planlama qura bilərsiniz.
Email marketinq şablonu hazırlayan zaman hansı məhsulu əlavə edəcəyinizi təyin edin. Endirim etdiyiniz məhsulları əlavə edə bilərsiniz və yaxud bayram mesajı, ad günü mesajlarını hazırlaya bilərsiniz və şablona əlavə edə bilərsiniz. Məqsədiniz nədirsə onu şablon üzərində hazırlayın.
Müştərilərinizin emaillərini əldə etmək üçün bir form hazırlamalısınız. Bunun üçün siz vebsaytınıza bir form yerləşdirə bilərsiniz.
Formda müştərilərdən:
Əldə etdiyiniz müştərilərin maillərini bir excel və ya google sheet faylında yığa bilərsiniz.
Bütün işləri gördükdən sonra artıq email marketinq kampaniyanızı yarada bilərsiniz. Yadda saxlamaq laızmdır ki, email marketinqdə göndərəcəyiniz emaillərin başlıqları böyük əhəmiyyət daşıyır. Başlıqlar qısa şəkildə olmalıdır və göndərdiyiniz emailə uyğun başlıq olmalıdır. Eyni zamanda başlıqlar qısa və diqqətçəkən olmalıdır.
Landing page səhifənizi yaratdığınız kontentə uyğun hazırlamalısınız. Göndərdiyiniz emaildə hansı məhsulu və ya xidməti qeyd etmisinizsə yönləndirdiyiniz səhifə də həmin məhsul və ya xidmət olmalıdır. Əgər başqa səhifəyə yönləndirmə edərsəniz, istifadəçilər uyğun olmayan səhifəni görüb anında tərk edər, həmçinin, birdaha sizin vebsayta gəlməzlər.
Göndərdiyiniz emailin dizaynı səliqəli və göz yorucu olmamalıdır. Hazırladığınız dizaynda, əlavə etdiyiniz mətnlərin, başlıqlarən, şəkillərin necə görünəcəyini bilmək üçün əvvəlcədən test etməkdə fayda var.
Bütün bu işləridə bitirdikdən sonra artıq emailinizi planlayıb göndərə bilərsiniz.
Email kampaniyanızı göndərdikdən sonra işlər bitmir. Növbəti addım email kampaniyanızı analiz etməkdədir.
Müştərilərinizin göndərdiyiniz emailləri açıb oxumaları hər saata görə dəyişir. Buna görədə siz hədəf kütlənizi daha dərindən tanımalı və göndərdiyiniz email kampaniyalarına əsasən daha çox hansı gündə və hansı saatda sizin emaillərinizi açıb oxuyurlar təyin edə bilərsiniz. Saata görə analiz etmək önəmli bir addımdır.
Konu bölməsi müştərilərin sizin emaili açıb oxumasına böyük təsir edir. Düşünün ki, sizə bir email gəlib konu bölməsi sizə maraqlı gələrsə o emaili açıb oxuyacaqsınız. Əks halda, konu bölməsi sizə maraqlı olmazsa maili silə bilərsiniz və ya oxumayacaqsınız. Konu bölməsini ən yaxşı yazmağınız üçün A/B test addımını ata bilərsiniz.
Email göndərdiyiniz insanlar sizin emaili açdılar. Email şablonunuzda buttonlar var. Hansı ki, bu buttonlar müştərilərin sizin yerləşdirdiyiniz linkə keçmələrini təmin edir. Buttonlarda CTA (call-to-action) istifadə edərək, rənglərə fikir verərək müştərinin linkə keçid etməsini asanlaşdıra bilərik. Bunun üçün ən yaxşı yol A/B test etməkdir.
Bir şablonu bütün hədəf kütlənizə, potansiyal müştərilərinizə göndərmək yanlış addım olar. Heç məhsul almamış hədəf kütlə üçün ayrı siyahı çıxartmalısınız. Ən az birdəfə sizdən məhsul alan hədəf kütlə üçün ayrı siyahı çıxartmağınız sizin üçün daha effektiv olar.
Ümumiyyətlə hər hansı bir işi daha yaxşı etmək üçün, yaxşılaşdırmaq üçün həmin işi ölçməlisən və ya hesablamalısan. Email marketinqdə də həmçinin göndərdiyiniz email kampaniyalarını daha da yaxşılaşdırmaq üçün 6 email marketinq metrikindən istifadə edəcəyik.
6 Email Marketinq Metrik:
Open Rate – Hədəf kütləyə göndərilən email kampaniyaların açılma faizidir. Bu metrik email marketinqdə önəmli metrik hesab olunur. Çün ki, siz ölçməlisiniz sizin email kampaniyalarınız neçə % açıldı. Əgər bu metriki ölçməsəniz hədəf kütləniz sizin maili açmır və oxumur o zaman atdığınız addımlar boşa gedəcəkdir.
Click-Through Rate – Hədəf kütlənizin email kampaniyanızda bir bağlantıya klik edənlərin faizidir. Email kampaniyanızda sizin əsas məqsədiniz hədəf kütlənizin yerləşdirdiyiniz linkə klik edib səhifəyə gəlməsidir. Buna görə də, bu metrik sizin üçün ən vacib metriklərdən hesab olunur.
Unsubscribe Rate – Hədəf kütlənizin abunəlikdən çıxma faizini göstərir. Bu metrik digər metriklər qədər vacibdir və tez-tez ölçməli olduğunuz bir metrikdir.
Complaint Rate – Hədəf kütlənizin email kampaniyanınızı spam olaraq işarə edənlərin faizidir. Önəmli və lazımlı metriklərdən biridir.
Conversion Rate – Hədəf kütlənizin sizin təyin etdiyiniz məqsədi (bir məhsulun satışı) tamamlayanların faizidir. Conversion rate nə qədər çox olarsa, email kampaniyanız uğurlu olub deməkdir.
Bounce Rate – Hədəf kütlənizin daxil olub və heçnəyə klik etmədən çıxmasıdır. Həmçinin, email kampaniyasının hədəflənən maillərə çatmaması da bu metrikə daxildir.
Araşdırmalar göstərir ki, insanlar gündəlik ən az 1 dəfə emaillərinə açıb baxırlar. Əgər siz hədəf kütlənizdən ibarət siyahı çıxartsanız və onlara email göndərsəniz hədəf ktlənizin emaili açıb oxuyacaqlarının ehtimalı çoxdur. Hədəf kütlənizin emilinizi açıb oxumasının qarantiyası olmasa belə siz onların istifadə etdiyi platformada onlarla əlaqə yaratmış olursunuz.
Email marketinqin də üstün tərəfləri və zəif tərəfləri var. Bura qədər gəldinizsə üstün tərəflərini artıq siz də bilərsiniz.
Bura qədər oxudunuzsa Email marketinqin nə olduğunu artıq bilirsiniz. Rəqəmsal Marketinqin digər qolları haqqında da məlumat əldə etmək üçün Rəqəmsal Marketinq Bloqlar səhifəsinə keçid edin
No Comment! Be the first one.