Chat gpt nədir? – Son illərdə, texnologiyaların sürətli inkişafı sayəsində, əlaqə vəsaitlərinin dünyası dəyişir və bu dəyişikliklərdən biri də söhbət modelini öyrədən yapay intellekt tətbiqatlarıdır.
Bu mənbələrdən biri də “ChatGPT”dir. “ChatGPT”, OpenAI tərəfindən yaradılan bir dil modelidir və əsasən dil anlama və ifadə etmə üçün nəzərdə tutulmuşdur.
Chatgpt-dən bot kimi deyil, sanki, qarşınızda insan varmış kimi istifadə etmək lazımdır. Bu məqalədə, ChatGPT-nin əsas işləmə prinsipləri və funksiyaları barədə məlumat verəcəm.
ChatGPT, dilin anlaşılmasını və ifadə olunmasını öyrənən bir süni intellekt modelidir. Bu, həcmi çox olan mətn dataları ilə təmin edilmiş və təcrübələşmişdir. Model, “Pre-trained Transformer” adlı texnologiyaya əsaslanır. Bu, böyük məlumat kütlələrindən öyrənilmiş və geniş sözvə mətn strukturlarını başa düşən bir maşın öyrənmə modelidir.
ChatGPT-nin əsas göstəricilərindən biri, onun geniş mövqe yetənəyidir. Fərqli sahələrdə müzakirələrə və tələblərə rahatlıqla cavab verə bilən bu model, özünü adaptasiya edə bilən bir dil yetənəyinə malikdir.
Modelin işləmə prinsipi, öncədən öyrənilmiş olaraq geniş məlumat bazası ilə təmin edilməsidir. Bu, modelin real vəziyyətlərə daha doğru cavab verə bilməsinə kömək edir. İstifadəçilər, ChatGPT vasitəsilə mətn əsaslı suallar təqdim edə bilər və kompleks məsələlər barədə aydınlandırıcı cavablar əldə edə bilərlər.
Son zamanlarda texnologiya dünyasında böyük diqqət çəkən ChatGPT, müxtəlif sahələrdə əlavə tətbiqatların inkişaf etməsinə zəmin yaradır. Bu, müstəqil işləyən tətbiqatların və ya böyük şirkətlərin müştərilərlə daha effektiv əlaqə qurmasına kömək edir.
Bəzi şirkətlərvar ki, “Chatgpt”dən müştərilərə xidmət və dəstək vermək üçün istifadə edirlər. “Chatgpt”dən müştərilərin ehtiyacı olan suallarıa cavab tapmaq üçün və problemlərini həll etməsi üçün istifadə olunur. Bu yolla şirkətlər müştəri məmnuniyyətini artıra bilirlər.
ChatGPT, mətn əsaslı suallara cavab verə bilən və müxtəlif dillərdə tərcümə göstərə bilən bir dil modelidir. Bu, fərqli dillərdə mətnlərin anlaşılmasını və tərcüməsini təmin edə bilir, bu da global əlaqələrdə və məzmun paylaşımda köməkçi bir vasitə kimi işləyir. İstifadəçilər mətni chatgptyə yazan zaman anında istədikləri dildə tərcüməni görə bilərlər.
Bir çox digital marketerlər “Chatgpt”dən məqalə yazmaq üçün və ya mətn yazmaq üçün istifadə edirlər. Həmçinin chatgpt istifadəçilərə ideal başlıqlar və meta açıqlamalar verə bilir.
İstifadəçilər “Chatgpt”dən öyrədici kontentlər üçün istifadə edə bilərlər. Öyrənmək istədikləri kontenti yazaraq ChatGpt anında cavab verə bilir. Chatgptdən istifadə edən tələbələrin sayı da az deyil. Ev tapşırıqlarını chatgptyə yazaraq cavab tapa bilirlər.
İstifadəçilər məlumat almaq istədiyi mövzunu yazaraq həmin mövzuda chatgptdən ətrafli məlumat ala bilirlər. Həmçinin məlumatları chatgpt vasitəsilə araşdıra bilərlər.
Chatgpt istifadəçiləri həmçinin istədikləri mətni chatgptyə yazaraq mətndə olan xətaları və ya mətni daha axıcı etmək üçün istifadə edirlər. Yazılan mətni qısalda və ya uzada da bilərlər.
Siz “Chatgpt”dən tətbiqi və vebsayt vasitəsilə istifadə edə bilərsiniz. Tətbiq android və ios cihazlar üçün mövcuddur. Vebsayt vasitəsilə linkə keçid edərək chatgptdən istifadəyə başlaya bilərsiniz. Aşağıda “Chat gpt”dən istifadə etmək üçün yollara baxa bilərsiniz.
OpenAI veb səhifəsi:
OpenAI API:
Alternativ platformalar:
Chatgpt istifadə edən zaman diqqət etməli olduğunuz məqamlardan biri chatgptyə daha ətraflı izah verərək ətraflı məlumat almağınızdır. Düşünün ki, qarşınızdakı insandır və ona ətraflı cavab almaq üçün detallı izah edirsiniz.
Artıq Digital Marketerlər, həmçinin seo mütəxəssisləri kontentlər yaratmaq üçün chatgptdən istifadə edirlər. İstənilən növdə kontent yaratmaq üçün chatgptyə ətraflı izah verərək cavab tapa bilirlər. Lakin, seo üçün chatgptdən istifadə qaydaları var.
Aşağıda seo üçün istifadə qaydaları ilə tanış ola bilərsiniz.
ChatGPTyə yazdım:
Ödəniş vebsaytı üçün 10 açar söz yaz. Rəqabəti az olan və uzunquyruqlu açar sözlər olsun.
ChatGPT cavabı:
ChatGPTyə yazdım:
Aşağıdakı açar sözlərə görə cəlbedici başlıqlar yaz.
ChatGPT cavabı:
ChatGPTyə yazdım:
Rəqəmsal Marketinq kursu vebsaytı üçün 3 ədəd məqalə fikiri yaz.
ChatGPT cavabı:
ChatGPTyə yazdım:
“Online biznesinizi yüksəldin” adlı məqaləm üçün 3 ədəd H2 başlıqlar yaz.
ChatGPT cavabı:
ChatGPTyə yazdım:
Vebsaytımın analiz et və aşağıdakı linklərə baxaraq başqa hansı məqalələr yazacağımı qeyd et.
ChatGPT cavabı:
ChatGPTyə yazdım:
“Kontent nədir?” başlıqlı məqalə yazıram. Məqalənin tərkibində yer ala biləcək 3 ədəd başlıq yaz
ChatGPT cavabı:
ChatGPTyə yazdım:
Email Marketinq haqqında məqalə yazıram. Simbol sayısı 200 olaraq giriş ver.
ChatGPT cavabı:
ChatGPTyə yazdım:
“Rəqəmsal Marketinq kursu” başlığında məqalə yazmaq istəyirəm.
ChatGPT cavabı:
QEYD: Nə qədər detallı izah etsəniz o qədərdə ətraflı kontent yazacaq.
ChatGPTyə yazdım:
https://codeon.az/ vebsaytım üçün robots.txt faylı yaradın.
ChatGPT cavabı:
ChatGPTyə yazdım:
Aşağıdakı linklərə görə sitemap yarat. Sitemap sadəcə linklərdən ibarət olsun.
ChatGPT cavabı:
Bu şəkildə chatgptyə promtslar yazaraq istədiyiniz məlumatları ala bilərsiniz.
Aşağıda sizlərə chatgpt üçün tez-tez verilən sualların cavabını paylaşıram.
Robot və süni intelekt olduğundan bəzən yalnış cavablarda verə bilər.
Sam Altman
Bu, OpenAI tərəfindən hazırlanmış qabaqcıl dil modelidir və bu texnologiyanı nümunə göstərir. O, insana bənzər mətn cavabları yarada bilər və bu cavabları müxtəlif tətbiqlər üçün dəyərli alətə çevirir.
Мадонна, икона поп-музыки и культурного влияния, продолжает вдохновлять и поражать своей музыкой и стилем. Её карьера олицетворяет смелость, инновации и постоянное стремление к самовыражению. Среди её лучших песен можно выделить “Like a Prayer”, “Vogue”, “Material Girl”, “Into the Groove” и “Hung Up”. Эти треки не только доминировали на музыкальных чартах, но и оставили неизгладимый след в культурной и исторической панораме музыки. Мадонна не только певица, но и икона стиля, актриса и предприниматель, чье влияние простирается далеко за рамки музыкальной индустрии. Скачать mp3 музыку 2024 года и слушать онлайн бесплатно.
[…] olan şablonu seçin və onu öz tələblərinizə uyğun olaraq özəlləşdirin. Bunun üçün Aİ resurslarından da istifadə edə […]
[…] ChatGPT nədir və necə istifadə olunur? Öyrənmək üçün keçid edin. […]