21 iyuldan etibarən izləyiciləri ilə qovuşan Barbie filmi hamımızın ana səhifəsində özünə yer tapdı. Hər detalının incəliklə düşünüldüyü filmin marketinq strategiyası da olduqca diqqətli işlənilib. Premyeradan əvvəl AI, çöl reklamları, merçendayzinq və ödənişli əməkdaşlıq kimi bir çox vasitələrdən istifadə olunaraq auditoriya film üçün hazırlanırdı.
Əslində, bu elə də təəccüblü deyil, çünki, kreativ komanda təkcə çəhrayının hansı tonlarını istifadə etməklə bağlı onlarla iclas keçirib. Həmçinin, Barbie-nin ilk dəfə 1959-cu ildə yaranmasını nəzərə alaraq 50-ci illərə aid detalları da filmə ustalıqla əlavə ediblər. Çəkiliş ilə bağlı maraqlı detalları videodan izləyə bilərsiniz:
Dreamhouse komandası ənənələri qoruyaraq hazırlanan konsepsiyanı müasir dövrün bizə verdiyi rəqəmsal imkanlarla tamamlayıb.
60-cı illərdən bu yana çoxumuz barbie və ken oyuncaqlarının adını eşitmişik. Sonuncu filmi 21 iyulda izləyicilərlə qovuşan barbie filmi niyə bu qədər marağa səbəb oldu? Barbie filminin marketinq uğuru nədir?
Barbienin trenddə olması, insanlar arasında bu qədər səs-küy salmasına səbəb barbie filmindən başqa Gerilla marketinq olmuşdur. Bir çox şirkətlər öz məhsullarında barbie rənglərindən istifadə etməyə başladılar. Barbie loqolarını məhsulların üzərinə vurmağa başladılar və s. Gəlin barbienin gerilla marketinq nümunələrinə baxaq.
Barbienin marketinq komandası Malibu ərazisində “DreamHouse” evini yaradıb. Əminliklə demək olar ki, bu evin oyuncağını hərkəs görüb. Hətta Barbienin dreamhouse evini kirayə götürmək belə mümkündür.
Yəqin ki UNO kartlarını hərkəs bilir və əksəriyyəti bu oyunu oynayır. Artıq UNO kartlarının üzərində Barbie filminin personajlarının şəkillərini görə bilərsiniz. UNO kartlarının qutusu belə Barbie loqosu və çəhrayı rəngi ilə hazırlanmağa başladı.
Əksəriyyətimizin sevimlisi BurgerKing fastfood “Barbie” menyusu çıxartdı. BurgerKing müştəriləri trenddə barbie olduğu üçün eyni zamanda hərkəs barbie haqqında danışdığı üçün “Barbie” menyusundan sifariş etməyə böyük maraq göstərdilər.
Barbie və PinkBerry arasındadə işlər getməyə başladı və PinkBerry “Barbie Land Berry Pink” adlı dondurma satmağa başladı. Dondurma pink (çəhrayı) barbienin rənginə əsasən hazırlanmışdır.
Tangle Teezer şirkəti müştəriləri üçün “Barbie” rəngindən və loqosundan istifadə edərək saç darağı satmağa başladı. Qutusu və məhsulun özü barbie stilistkasına uyğun hazırlanmışdır.
“Proper Snacks” şirkəti müəyyən bir sayda “barbie” stilistkasına uyğun paket hazırlamaq üçün “Warners Bros” şirkəti ilə əməkdaşlıq etməyə başladı.
“Fossil” şirkəti trenddən geri qalmayaraq müştəriləri üçün və ya yeni müştərilər cəlb etmək üçün Barbie temalı saatlar satmağa başladı. Hətta barbie rənginə əsasən digər aksesuarlarda təqdim etməyə başladı
Kitsch şirkəti Barbie stilistkasına uyğun müştərilər üçün çəhrayı rəngli saç aksesuarları təqdim etməyə başladı.
Barbie filmi üçün Odeon cinemalarına gələn insanlara Barbie stilistkasına uyğun çəhrayı su qabıları verilməyə başladı. Düşünürəm ki, odeon cinemalarında barbie filminə baxmaq üçün gələn insanların sayı daha da artmışdır.
OPİ firması da trenddən geri qalmayaraq hədəf kütlə üçün Barbie stilistkasına uyğun xanımlar üçün dırnaq boyası təqdim etməyə başladı.
Barbie filminə görə NYX kosmetikadan kosmetika kolleksiyası təqdim olunmağa başladı.
Bumble istifadəçilərə Barbie filmindəki personajlardan gələn mesajları göndərmək üçün Barbie ilə əməkdaşlıq etməyə başladı.
Crocs firması hədəf kütləsinə Barbie stilistkasına uyğun çəhrayı ayaqqıblar satmaq üçün Barbie filmi ilə əməkdaşlığa başlamışdır.
Moon firması da trendə uyğun addım atıb. Belə ki, barbie filmi ilə əməkdaşlıq edərək hədəf kütləsinə barbie stilistkasına əsasən çəhrayı diş fırçası və diş pastası təqdim etməyə başladı.
Aldo hədəf kütləsi üçün Barbie filmi ilə əməkdaşlıq edərək Barbie çəhrayı rəngdə ayaqqabılar satmağa başladı.
Artıq Barbie geyimləri satılmağa başladı. Primark, Pac Sun, Bloomingdales, GAP, Rue21 və UrbanPlanet kimi firmalar Barbie geyim kolleksiyalarını hədəf kütlələrinə təqdim etməyə başlamışdırlar.
Bəs ev geyimləri necə? MeUndies hədəf kütləsi üçün Barbie rəngli ev geyimləri (corab, ev geyimləri və s.) satmağa başladı.
Typo trendə uyğun olaraq Barbie stilistkasına uyğun çəhrayı çantalar, dəftərlər, qələmlər, güzgülər və s, məhsullar təqdim etməyə başladı.
Barbienin çəhrayı rəngində çamadanlar da Beis şirkəti tərəfindən təqdim olunmağa başladı.
Funboy barbienin çəhrayı rəngində hovuz float kolleksiyasını hədəf kütləyə təqdim etməyə başladı. Düşünürəm ki, dəniz və hovuz sezonu olduğu üçün bu məhsul daha çox satılmağa başladı.
Ruggable firması hədəf kütləyə evlərinin dizaynını daha da gözəlləşdirmək üçün Barbienin çəhrayı rəngində xalçalar təqdim etməyə başladı.
HomeSick şirkəti Barbie loqolu qutularında hədəf kütləyə təqdim etməyə başladı.
Swoon firması da trendə uyğunlaşmaq üçün Barbie stilistkasına uyğun müəyyən sayda limonadlar satışa çıxartmağa başladı.
Forza Horizon 5 oyunundan maraqlı addım gəldi. Siz forza horizon 5 oyununda Barbie maşınları təqdim olunmağa başladı.
İmpala Skate hədəf kütlə üçün Barbie stilistkasına uyğun təkərli konkilər buraxaraq trendə uyğunlaşmağa başladı.
Rəqəmsal kampaniyalarda Tik Tok-un rolunu xüsusi vurğulamalıyam. Viral olan Barbie kontentləri film üçün ciddi həcmdə orqanik traffik çəkib. Yəqin ki, sosial şəbəkələrdə məşhur Barbie effektini istifadə edənlər və ya “Barbenheimer” mövzusunda paylaşım edənlər mənimlə razılaşar.
eManat marketinq komandası olaraq trenddən geri qalmaq olmaz deyib və “Barbie”ə aid post hazırladıq.
İlk həftəsində $155 milyon gəlir əldə edərək ilin ən uğurlu filmləri sırasında yerini alan Barbie bu uğurunu əlbəttə ki, marketinq strategiyasına borcludur.
Sosial mediada müqayisə olunduğu Kristofer Nolanın Oppenheimer-i üçün isə bu rəqəm $80 milyon olub. “Barbenheimer” fenomeni həm də Mission: Impossible: Dead Reckoning Part I bilet satışlarını 64% aşağı salıb.
Sizlərə Barbienin Marketing strategiyasını və necə uğurlu olduğunu izah etdik. Ümid edirik ki, bloq sizlər üçün faydalı olmuşdur. Bəs siz Marketinq strategiyası necə yaradılır bilirsiniz?
Marketinq strategiyası haqqında yazdığım bloqa keçid edə bilərsiniz.
Barbie filminə cinemalarda baxa bilərsiniz lakin, barbie fragmanı görmək üçün keçid edə bilərsiniz.
Элвис Пресли, безусловно, один из наиболее влиятельных музыкантов в истории. Родившийся в 1935 году, он стал иконой рок-н-ролла благодаря своему харизматичному стилю и неповторимому голосу. Его лучшие песни, такие как “Can’t Help Falling in Love”, “Suspicious Minds” и “Jailhouse Rock”, стали классикой жанра и продолжают восхищать поклонников по всему миру. Пресли также известен своими выдающимися выступлениями и актёрским талантом, что сделало его легендой не только в музыке, но и в кинематографе. Его наследие остается живым и вдохновляет новые поколения артистов. Скачать музыку 2024 года и слушать онлайн бесплатно mp3.