Mündəricat
- Rəqəmsal Marketinqə nələr daxildir?
- Ənənəvi Marketinqə nələr daxildir?
- Rəqəmsal və Ənənəvi Marketinq Fərqi nədir?
- Reklam Büdcəsi
- Əlaqə
- Vaxt
- Ünsiyyət dili
- Hədəf kütləyə çıxışı
- Ənənəvi Marketinqin üstünlükləri
- Ənənəvi Marketinqin mənfi tərəfləri
- Rəqəmsal Marketinqin üstünlükləri
- Rəqəmsal və Ənənəvi marketinqi göstərən şəkil
- Bəs sizcə?
- Ənənəvi Marketinqdə maraqlı olan bəzi “Bilboard” nümunələrinə baxaq.
Rəqəmsal və Ənənəvi marketinq fərqi nədir?
İlk öncə Rəqəmsal Marketinq nədir? Bu sualın cavabını bilək.
Rəqəmsal Marketinqə nələr daxildir?
- Sosial media kanalları
- Email marketinq
- İnternet reklamları
- Vebsayt
- Rəqəmsal bloqlar və s
Ənənəvi Marketinqə nələr daxildir?
- TV
- Jurnal
- Radio
- Qəzet
- Flyer
- Broşur və s
Rəqəmsal və Ənənəvi Marketinq Fərqi nədir?
- Reklam büdcəsi
- Əlaqə
- Vaxt
- Ünsiyyət dili
- Hədəf kütləyə çıxışı
Reklam Büdcəsi
Ənənəvi Marketinqdə səsə, yazıya, şəkilə üstünlük verilir. Buna görədə çox xərc tələb edən bir marketinq növüdür. Rəqəmsal Marketinq isə ənənəvi marketinqə görə daha az xərc tələb edən hətta, heç bir büdcə olmadan belə marketinq fəaliyyətlərini həyata keçirə bilərlər. Buna görədə iri şirkətlərlə yanaşı xırda şirkətlər də rəqəmsal marketinqdən rahatlıqla istifadə edə bilirlər.
Əlaqə
Ənənəvi marketinqdə radiodan və ya tvdən reklamları eşidirlər və görürlər. Reklamlar tv və radioda hərkəs eşitsin, görsün, məqsədli yayımlandığı üçün burada potansiyal və qeyri-potansiyal hədəf kütlələrinə də reklam çıxmış olur və hədəf kütlələri anında əlaqə saxlaya bilmirlər. Rəqəmsal Marketinqdə isə hədəf kütlələr gördüyü reklamla bağlı anında şirkətlə əlaqə saxlaya bilərlər.
Vaxt
Ənənəvi marketinqdə reklamların, kampaniyaların planlanması çox vaxt aparır. Hələ, planlanma zamanı bir səhvə yol verildikə, o səhvi düzəltmək daha da zaman alır. Bundan əlavə müəyyən bir vaxt olur ki, şirkətlər öz məhsullarını və xidmətlərini o vaxt ərzində hədəf kütlələrinə çatdırmaq olur. Lakin, rəqəmsal marketinq qısa müddətdə hər zaman özünü yeniləyə bilir və müştərilərinə 7/24 çata bilir
Ünsiyyət dili
Ənənəvi marketinqin üsniyyət dili həm uzaq həm də, rəsmi dildir. Lakin, rəqəmsal marketinqdə ünsiyyət dili daha isti və səmimi olduğundan müştərilərlə emosional əlaqə yaratmağa kömək edir
Hədəf kütləyə çıxışı
Ənənəvi marketinqdə çöl reklamları, tv, radio reklamları bütün insanların qarşısına çıxdığından şirkətlər istədikləri hədəf kütləni hədəfləmək üçün çox zaman kəsb edir və çox prosesdən keçir. Lakin, rəqəmsal marketinqdə sosial media reklamları, internet reklamları verərkən şirkətlər istədikləri kimi kütlələri hədəfləyə bilirlər.
İndiki dövr üçün Rəqəmsal Marketinq üstünlüyünü olduğunu görərik. Texnologiyaların günü-gündən inkişafı, yeni sosial platformaların yaranması, rəqəmsal marketinq-i daha da üstün edir.
Ənənəvi Marketinqin üstünlükləri
Ənənəvi marketinq strategiyasından, yollardan istifadə edərək yerli hədəf kütləyə çatmaq daha sadədir.
Televizora, qəzetə, plakatlara, broşurlara reklam yerləşdirərək bir çox insana çata bilərsiniz. Həmçinin bu tipli reklamlar daha başa düşülən və anlaşıqlı olur. Çün ki, reklamlar televiziya dilində yayımlanır.
Ənənəvi Marketinqin mənfi tərəfləri
Ənənəvi marketinq daha da geniş kütləyə çıxır. Məsələn yol qırağında olan bir plakata münasib qiymətə telefonlar başlığı altında reklam yerləşdirilib. Həmin reklamı telefona ehtiyacı olanlar və olmayanlar da görəcək.
Ənənəvi marketinqdə şəkillərə, yazılı medialara üstünlük verildiyi üçün daha çox büdcə tələb edir. Mənfi tərəflərindən biri isə reklamların effektivliyini ölçməyin asan olmamasıdır.
Televizorda olan bir reklama nə qədər insan baxdı təyin etmək mümkün olmur. Yol qırağında olan plakatdakı reklamı dəqiq nə qədər adam gördü, baxdı tyin etmək mümkün olmur.
Rəqəmsal Marketinqin üstünlükləri
Rəqəmsal marketind ənənəvi marketinqə nisbətən daha ucuzdur. Az büdcə ilə hədəf kütləyə çatmaq mümkündür. Hətta heç bir ödəniş etmədən belə hədəf kütləyə çatmaq mümkündür.
24/7 hədəf kütlə üçün əl çatan olması və daha dəqiq hədəf kütləyə çıxması üstünlüklərdən biridir.
Telefon reklamında telefona ehtiyacı olanları, cinsini, yaş aralığını təyin edərək daha dəqiq hədəf kütləyə çıxa bilirsiniz. Ən əsası reklamları ölçə, optimizasiya edə bilirsiniz.
Rəqəmsal və Ənənəvi marketinqi göstərən şəkil:
Bəs sizcə?
Bəs sizcə indiki dövr üçün Rəqəmsal Marketinq yoxsa Ənənəvi Marketinq daha vacibdir?
Ənənəvi Marketinqdə maraqlı olan bəzi “Bilboard” nümunələrinə baxaq.
Aşağı mərtəbədə Mcdonalds və yuxarı mərtəbədə Burger King. “Hərşey yuxarda” başlığı altında BurgerKingin maraqlı reklamı göstərilib.
“Burada avtobusun dayanmasına icazə verilir sizin yox” başlığı adıaltında “Nike” öz ayaqqabısını maraqlı etmişdir
BurgerKing: Kralın tacı var, lakin səni klon xoşbəxt edir.
McDonalds: Klon gülməlidir, lakin kral olmaq səni əzəmətli edər.



No Comment! Be the first one.