Kənan Nəsibov
  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə

Kənan Nəsibov

Digital Marketing Specialist

  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə
Kənan Nəsibov
  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə
seo nədir
BloqlarSEO

SEO nədir və necə olmalıdır?

Nesiboff
19 Mayıs 2023

SEO nədir və necə olmalıdır?

SEO ingilis dilində “search engine optimization” açılışı olan rəqəmsal marketinqin bir qoludur. Bizim dildə desək axtarış motoru mənasına gəlir. 

Table Of Content

  • SEO nədir və necə olmalıdır?
  • SERP nədir?
  • Google alqoritmləri necə işləyir?
  • Bəs axtarış motorları deyəndə ağıla hansı brauzerin axtarış motorları gəlir?
  • "SEO"nun hansı növləri var?
  • On-page SEO nədir?
  • Vebsayt xətaları
  • URL standartları
  • Açar söz araşdırması
  • MetaData (Başlıq, Açıqlama, H1, ALT)
  • Title (Başlıq)
  • Meta Description (Açıqlama)
  • H1 Açar Söz
  • Off-page SEO nədir?
  • Technical (Texniki) SEO nədir?
  • Local (Yerli) SEO nədir?
  • Semantic SEO nədir?
  • SEO etmək üçün Checklist
  • SEO nədir üçün tez-tez verilən suallar
  • SEO neçə aya təsir göstərir?
  • SEO etmək üçün nələr lazımdır?
  • Seo ancaq googleda önə çıxmaq deməkdir?
  • SEO nədir sualına Chat GPT cavabı

SEO – veb saytlarının axtarış motorlarında daha çox görünməsini və daha ön sıralarda olması üçün görülən strategiyadır.

SEO vasitəsilə siz vebsaytınızı tamamilə pulsuz, ödənişsiz şəkildə ön sıralara çəkə bilərsiniz. SEOnu PPC (pay-per-click)dən fərqləndirən əsas əlamətlərdən biridə seonun pulsuz olmasıdır.

Seo da uğurlu olmaq üçün bir neçə məqam var ki əvvəlcə onları bilməlisiniz. Məsələn, google botlarının necə işlədiyini və ya SERPin funksiyalarını və s bilməniz lazımdır. 

Əgər, “seo”da uğurlu olmaq istəyirsənsə o zaman SERP nəticələrinin və google axtarış motorlarının necə işlədiyini də bilməlisən. Seo strategiyasından istifadə edərək saytınıza pulsuz şəkildə orqanik çox sayda traffik əldə edə bilərsiniz.

Bəs SERP nədir? Nə olduğunu bilirsinizmi? SERP haqqında qısa giriş verək.

SERP nədir?

SERP – “search engine results page” deməkdir. Yəni axtarış motoru zamanı istifadəçiyə göstərilən səhifədir.

serp nədir

“SERP” məqsədini başa düşmək “SEO”nu başa düşmək deməkdir. Hədəf açar sözlərinizi təyin edirsiz sonra hədəf olan açar sözünüzün serp hissəsi ilə tanış olursunuz. 

Google alqoritmləri necə işləyir?

Google alqoritmləri əvvəlcə səhifələrdə olan şəkilləri, videoları və mətnləri optimizasiya edərək bir depoya toplayır. Sonra istifadəçinin axtarışına ən uyğun olan kontenti qarşısına çıxardır.

Bəs axtarış motorları deyəndə ağıla hansı brauzerin axtarış motorları gəlir?

Bu sualın cavabı 99% hamı da “Google”dir. Gəlin 2023-cü il üçün Brauzerlərin statistik göstəricələrə baxaq.

Statistik göstəricilərə baxdıqda görərik ki, Ölkəmizdə 92.5% “Google” brauzler arasında liderdir. Buna görə də axtarış motorları deyən də hər kəs google fikirləşir.

"SEO"nun hansı növləri var?

  • On-page SEO
  • Off-Page SEO
  • Texniki (Technical) SEO
  • Yerli (Local) SEO
  • Semantic SEO

On-page SEO nədir?

On-page SEO – Vebsaytın bütün səhifələrinin ən xırda detalına qədər optimizasiyası və axtarış motorlarına görə uyğunlaşdıran bir strategiyadır. 

“On-page SEO”a daxildir:

  • Vebsayt xətaları
  • URL standartları
  • Açar söz araşdırması
  • MetaData (Başlıq, açıqlama, H1, ALT)
  • Sosial media iconları
  • Kontent optimizasiyası
Vebsayt xətaları

Burada ilk öncə vebsaytda olan problemləri araşdırmaq lazımdır. 404 səhifələrini araşdırırıq sonra isə yönləndirilməsi lazım olan linklərin siyahısını yazırıq və linkləri 301 yönləndirməsi ilə çeviririk (yönləndirmə edirik) 

301 yönləndirməsi – Bir səhifənin qalıcı olaraq başqa yerə (URLa) yönləndirilməsini təmin edir.

URL standartları

Vebsaytda olan hər səhifənin bir URLi olduğundan əmin olmalısınız. Əgər fərqli “URL”lər bir səhifəyə aiddirsə o zaman bunlar kopya kimi görünəcək və siz bunları 301 yönləndirmə ilə uyğun səhifələrə yönləndirməlisiniz.

Açar söz araşdırması

Açar söz araşdırması SEO nun ən önəmli məqamlarından biridir. Vebsaytda olan bloqlar, mətnlər və s açar söz araşdırmasına əsasən qurulur deyə bilərik.

Lakin, bu o demək deyil ki, açar sözləri harda gəldi istifadə etmək lazımdır və ya çox sayda istifadə etmək laımdır demək deyil. On-page SEO üçündə açar söz araşdırması vacib məqamlardan biridir.

Lakin açar söz araşdırmasını növbəti bloqlarda daha detallı şəkildə öyrənəcəksiniz.

MetaData (Başlıq, Açıqlama, H1, ALT)

MetaData addımı hər zaman açar söz araşdırmasından sonra gəlir. Çün ki başlıqların, açıqlamaların, h1-lərin və ALT teqlərin yazılması açar sözlərə əsasən olur. 

Title (Başlıq)

Vebsaytda hər səhifənin bir başlığı olduğundan əmin olmaq lazımdır. Başlıqlar qısa və cəlbedici, diqqətçəkici olmalıdır. Başlıqlarda açar sözdən çox istifadə etmək olmaz və ideal başlıq 55-60 simbol olmalıdır. 

meta title nedir
meta title nedir

Meta Title (Başlıq) haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə Google Title Link haqqında yazdığı məlumatlara baxa bilərsiniz.

Meta Description (Açıqlama)

Meta açıqlamaları vebsaytların ön sıralarda yer alması üçün böyük rola malik deyillər. Lakin, meta açıqlamaları məhsullar və ya xidmətlər haqqında məlumat verir və yaxud vebsaytın nə haqqında olduğunu deyir.

Meta açıqlamalarda daha çox CTA (Call-to-Action) istifadə edilir ki, istifadəçilər vebsayta daxil olsunlar. Bir sözlə desək meta açıqlamalar istifadəçini veb saytda daxil olması üçün istifadə edilir.

Lakin, meta açıqlamalar doğru şəkildə yazılmalıdır. Açıqlamada açar sözdən çox istifadə etmək məqsədəuyğun deyil. Meta açıqlaması mənalı şəkildə yazılmalı və istifadəçini hərəkətə keçirməlidir.

meta description nedir
meta description nedir

Meta Description (Açıqlama) haqqında daha çox məlumat əldə etmək üçün Google Meta Description keçid edin.

H1 Açar Söz

Səhifə üçün 1 ədəd H1 açar söz təyin olunmalıdı və H1 açar sözü səhifədə olan contentə əsasən yerini təyin edirik və H1 açar sözümüzü doğru yerdə yerləşdiririk.

ALT teqlər

Vebsaytda olan şəkillərin optimizasiyası ilə yanaşı şəkillərin alt teqləri yazıldığından əmin olun. Alt teqlər açar sözlər vasitəsilə yazılır. Şəkilə uyğun açar söz təyin edirsiniz və alt teqə əlavə edirsiniz. 

alt teq nedir

Off-page SEO nədir?

Off-page SEO – Vebsaytın ön sıralarda yer alması üçün görülən texniki strategiyadır və ya zəifləmiş bir vebsaytın sosial medialardan və ya digər saytlardan backlinklər almaqla yaxşılaşdıran bir strategiyadır.

“Off-page SEO”a adətən digər saytlardan olan backlinklər və ya sosial medialardan gələn backlinklər daxildir. Lakin, istədiyiniz vebsaytdan öz saytınıza backlink verə bilməzsiniz.

Backlink üçün doğru araşdırma lazımdır və uyğunluq olmalıdır. Backlinklər vebsaytınızın yaxşılaşdırılmasına və performansına təsir edən amillərdən biridir.

Technical (Texniki) SEO nədir?

Technical Seo – Google botlarının sizin saytınızı heç bir problem yaşamadan crawl etməsi və vebsaytınızı yaxşılaşdırmaq üçün texniki tərəflərini optimizasiya edən SEO növüdür.

“Texniki SEO“a daxildir:

  • Vebsayt sürəti
  • Vebsaytın mobilə uyğunluğuə
  • “HTML”da Basic Seo istifadəsi
  • URL strukturu
  • SSL sertifikatı
  • Robots.txt
  • 404 səhifələrin optimizasiyası
  • Site-map faylının optimizasiyası
  • Breadcrumb istifadəsi
  • Canonical Etiketindən istifadə
  • Bounce Rate % aşağı salınması

Technical (Texniki) SEO haqqında və daxil olduğu faktorlar haqqında Technical SEO nədir bloquna keçid edə bilərsiniz

Local (Yerli) SEO nədir?

local seo

Local (Yerli) SEO – Nəticədə bizə coğrafi yer göstərən hər növ axtarış Local Seo adlanır. İndiki dövrd Yerli Seonun önəmi olduqca çoxdur. 

Hubspotun verdiyi məlumata görə: Google olan axtarışların 46%-i yerli axtarışlardır, istifadəçilərin 71%-i təzə bir yerə getmədən öncə axtarış edirlər və obyektlərin və ya şirkətlərin 56%-i google my business-də yoxdur.

Google Local SEO xidmətləri – obyektlə və ya şirkətlə bağlı ümumi məlumatları (adı, adresi, vebsaytı, əlaqə nömrəsi, fəaliyyət saatları və s) göstərir.

Semantic SEO nədir?

Semantic SEO – Axtarış məqsədlərinə əlaqəli şəkildə cavab verən açar sözlər olub, vebsayt trafikini artırmaq üçün istifadə olunur. 

Vebsaytda yazdığınız bloqlarda hər zaman Semantic SEO üçün yer ayırın. Açar söz araşdırması edin sonra sizin üçün uyğun olan açar sözlərin semantik seosunu edin. 

semantik seo nedir

Açar sözü yazırıq və google sənə məşhur axtarışları qeyd edir. Bunlardan sənə uyğun olanları seçərək öz kontentində istifadə edə bilərsən.

semantik seo nedir

Axtarış zamanı aşağı hissədə çıxan əlaqəli və uyğun olanlarıda seçərək vebsaytınızda istifadə edə bilərsiniz.

SEO etmək üçün Checklist

Addım-addım seo etmək üçün sizlər üçün SEO checklisti bölüşürəm. Checklistdə bütün seo faktorları var və siz addım-addım izahına baxaraq seonu tam şəkildə edə bilərsiniz.\

SEO Checklistinə keçid etmək click edin.

SEO nədir üçün tez-tez verilən suallar

Aşağıda sizlərə SEO üçün tez-tez verilən sualları nəzərinizə çatdırıram.

SEO neçə aya təsir göstərir?

SEO ümumiyyətlə uzunmüddətli bir prosesdir. Rəqabətdən asılı olaraq vaxtda dəyişir. Rəqabət olmayan yerdə seo 4-5-6 ay vaxt apara bilər, rəqabət olan yerdə isə bu bəzən 1 il belə çəkə bilər.

SEO etmək üçün nələr lazımdır?

Seo etmək üçün mütləq şəkildə vebsayt lazımdır və müəyyən bir checklistin olmalıdır. Checklist vasitəsilə seo faktorlarını qeyd edib və vebsaytın seosuna başlaya bilərsiniz.

Seo ancaq googleda önə çıxmaq deməkdir?

Xeyr, SEO axtarış motoru optimizasiyasıdır. Yəni, siz yalnız google deyil, bütün axtarışlarda Yandex, Bing və yeni gələn SearchGPT-də buna daxildir.

SEO nədir sualına Chat GPT cavabı

SEO (Search Engine Optimization) axtarış motoru optimizasiyası mənasını verir. Bu, veb-saytın və ya onlayn məzmunun axtarış motorlarında (Google, Bing, Yahoo və s.) daha yüksək sıralamalara çatması üçün həyata keçirilən müxtəlif texniki və strateji tədbirlər toplusudur. SEO-nun əsas məqsədi, veb-saytın orqanik (ödənişsiz) axtarış nəticələrində daha görünən və tapılan olmasıdır.

SEO-nun bəzi vacib aspektləri aşağıdakılardır:

  1. Açar sözlər: Axtarış motorlarında istifadəçilərin yazdığı sözlər və ifadələr. Bu sözlər məzmunun içində təbii şəkildə istifadə edilməlidir.

  2. Saytın Strukturunu Optimizasiya: Veb-saytın düzgün strukturu, istifadəçi dostu interfeysi və sürətli yüklənməsi, axtarış motorlarının saytı daha yaxşı indeksləşdirməsinə kömək edir.

  3. Məzmun Yaradıcılığı: Faydalı, maraqlı və dəyərli məzmun yaratmaq. Bu, istifadəçilərin sayta geri dönməsinə və digər saytların sizin məzmununuza bağlantılar verməsinə səbəb olur.

  4. Bağlantılar (Backlinks): Digər etibarlı veb-saytlardan alınan bağlantılar sizin saytanın etibarlılığını və sıralamasını artırır.

  5. Texniki SEO: Saytın texniki aspektlərinin (məsələn, URL strukturu, mobil uyğunluq, SSL sertifikatı) optimizasiyası.

SEO, davamlı dəyişən axtarış motoru alqoritmlərinə uyğunlaşmaq üçün daimi təkmilləşdirmə və yenilənmə tələb edir. Məqsəd, istifadəçilərin axtardıqları məlumatları asanlıqla tapa bilmələri üçün veb-saytın ən uyğun və dəyərli nəticələr arasında görünməsini təmin etməkdir.

4 Comments

  1. Technical SEO nədir və necə istifadə olunur? - Kənan Nəsibov dedi ki:
    31 Mayıs 2023, 23:38

    […] SEO nədir? – Seo (axtarış motoru) veb saytınızın daha çox görünməsini və ön sıralarda yer alması üçün görülən strategiyadır […]

    Yanıtla
  2. Inbound Ve Outbound Marketinq Nedir? | Kənan Nəsibov dedi ki:
    17 Haziran 2023, 19:48

    […] Seo nədir və necə olmalıdır? […]

    Yanıtla
  3. Google Analytics Nə üçün Lazımdır? | Kənan Nəsibov dedi ki:
    29 Mayıs 2024, 23:24

    […] axtarış nəticələrindəki performansına baxaraq SEO (axtarış motoru) strategiyasını daha da […]

    Yanıtla
  4. Süni İntellekt Nədir Və Necə Işləyir? | Ən Yaxşı 10 AI dedi ki:
    8 Ekim 2024, 16:48

    […] SEO nədir və necə olmalıdır? Öyrənmək üçün keçid edin. […]

    Yanıtla

Bir yanıt yazın Yanıtı iptal et

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Kənan Nəsibov

Rəqəmsal Marketinq kursunu A-Z tədris edirəm.Həmçinin SEO, Google Ads və SMM xidməti göstərirəm.

Sosial Media

Sevilən Bloqlar

guerilla marketing nədir
Guerilla Marketing nədir və necə istifadə olunur?
22 Ocak 2025
kriptovalyuta
Kriptovalyuta nədir?
20 Aralık 2024
on-page seo nədir
On-page SEO nədir?
26 Kasım 2024
smm təqvimi
SMM Təqvimi
20 Kasım 2024

Yeni Bloqlar

Bloqlar

Technical SEO nədir və necə istifadə olunur?

Bloqlar

Sosial Media səhifələri necə olmalıdır?

Bloqlar

Vebsayt Kontent necə olmalıdır?

Kənan Nəsibov
© 2024 - Bütün Hüquqları Qorunur | Kənan Nəsibov