CodeON Agency
  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media Marketinq
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
    • SEO Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə

Kənan Nəsibov

Digital Marketing Specialist

  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media Marketinq
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
    • SEO Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə
Rəqəmsal Marketinq Xidmətləri
CodeON Agency
  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media Marketinq
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
    • SEO Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə
Google Search Console nedir
Rəqəmsal AlətlərSEO

Google Search Console nədir?

CodeON Agency
29 Nisan 2026

Mündəricat

  • Google Search Console niyə bu qədər vacibdir?
  • Bu alət sizə konkret olaraq nə verir?
  • 🔍 Performans analizi
  • 📄 İndeksləmə (Indexing)
  • ⚠️ Texniki səhvlər
  • 🔗 Linklər (Backlink və daxili linklər)
  • Google Search Console necə istifadə olunur?
  • Google Search Console vs Google Analytics
  • Kimlər üçün uyğundur?

Google Search Console nədir və necə istifadə olunur? Əgər bir saytınız varsa və Google-da daha yaxşı görünmək istəyirsinizsə, bu alət sizin üçün vacibdir. Google Search Console Google tərəfindən təqdim olunan pulsuz platformadır və saytınızın axtarış nəticələrində necə performans göstərdiyini analiz etməyə imkan verir. Google-da daha yaxşı görünmək istəyirsinizsə, böyük ehtimalla bu alətin adını eşitmisiniz. Sadə dillə desək, bu alət sizə deyir ki, insanlar sizi hansı sözlərlə tapır, hansı səhifələriniz işləyir, hansılarda problem var və harada inkişaf edə bilərsiniz. 

                                 Google Search Console


Google Search Console niyə bu qədər vacibdir?

Əvvəllər SEO daha çox “yaz görək nə olacaq” prinsipi ilə işləyirdi. İndi isə vəziyyət tamam fərqlidir — data əsaslı qərarlar ön plandadır.

Məsələn, siz bir blog yazırsınız, amma:

  • Google-da neçə nəfər görür?
  • Hansı açar sözlərlə çıxır?
  • Görür, amma niyə klik etmir?
  • Hansı səhifə işləyir, hansısı yox?

Bunların cavabını bilmədən SEO etmək, qaranlıqda yol getmək kimidir.

Search Console isə sizə bu qaranlıqda işıq yandırır.


Bu alət sizə konkret olaraq nə verir?

Bir az daha praktik baxaq. Bu aləti istifadə etdikcə başa düşürsünüz ki, sadəcə “statistika” deyil, qərar alətidir.

🔍 Performans analizi

Burada saytınıza gələn klikləri, göstərimləri (impressions), CTR-i və orta mövqeni görürsünüz.

Məsələn, görürsünüz ki:

  • Bir açar söz çox göstərim alır, amma klik yoxdur → deməli title zəifdir
  • Bir səhifə yaxşı rank alır → onu daha da gücləndirmək olar

📄 İndeksləmə (Indexing)

Google saytınızdakı səhifələri necə “oxuyur” və hansıları indeksə əlavə edir — bunu burada izləyirsiniz.

Bəzən olur ki, siz səhifə yaradırsınız, amma Google onu görmür. Bu hissə məhz o problemi tapmaq üçündür.


⚠️ Texniki səhvlər

Burada saytın “sağlamlıq vəziyyəti” çıxır.

Məsələn:

  • 404 səhifələr
  • Mobil uyğunluq problemləri
  • Crawl error-lar

Bunlar düzəlməsə, SEO nə qədər yaxşı olsa da nəticə zəif olur.


🔗 Linklər (Backlink və daxili linklər)

Kim sizə link verir? Hansı səhifələr daha çox link alıb? Bunları görmək mümkündür.

Bu da SEO-da çox önəmlidir, çünki backlink hələ də əsas ranking faktorlarından biridir.


Google Search Console necə istifadə olunur?

Əslində ilk addımlar çox sadədir, amma əksəriyyət burada səhv edir — qurur, amma istifadə etmir 😄

Qısa şəkildə:

  1. Saytı əlavə edirsiniz
  2. Domain təsdiqi edirsiniz (DNS və ya digər üsullarla)
  3. Sitemap (site xəritəsi) yükləyirsiniz
  4. Bir neçə gün gözləyirsiniz
  5. Data gəldikdən sonra analiz başlayır

Amma əsas məsələ buradadır:
👉 Sadəcə baxmaq yox, nəticə çıxarmaq

Məsələn:

  • CTR aşağıdırsa → title və description dəyiş
  • İndekslənməyən səhifə varsa → səbəbini tap
  • Yaxşı işləyən kontent varsa → onu genişləndir

Google Search Console vs Google Analytics

Bu iki alət tez-tez qarışdırılır, amma əslində fərqli məqsədləri var.

Google Search Console sizə deyir ki:
➡️ İnsanlar sizi Google-da necə tapır

Google Analytics isə deyir ki:
➡️ Sayta daxil olduqdan sonra nə edirlər

Yəni biri girişə qədər olan hissədir, digəri isə daxil olduqdan sonrakı davranış.


Kimlər üçün uyğundur?

Bu alət təkcə SEO mütəxəssisləri üçün deyil.

Əslində:

  • Blog yazanlar
  • E-commerce sahibləri
  • Digital marketoloqlar
  • Şəxsi brend quranlar

hamısı üçün vacibdir.

Çünki Google-da görünmək istəyən hər kəs üçün bu alət “must-have” sayılır.

Google Search Console pulsuzdur?

Bəli, tamamilə pulsuzdur və istənilən sayt sahibi istifadə edə bilər.

 

Google Search Console nə üçün istifadə olunur?

Saytın Google axtarış nəticələrində performansını izləmək, açar sözləri analiz etmək və texniki problemləri tapmaq üçün istifadə olunur.

Google Search Console ilə SEO necə yaxşılaşdırılır?

Açar sözləri analiz edib kontenti optimizasiya etməklə, səhvləri düzəltməklə və indeksləməni yaxşılaşdırmaqla nəticə əldə etmək mümkündür.

Sitemap nədir?

Sitemap saytınızdakı səhifələrin siyahısıdır və Google-un onları daha rahat tapmasına kömək edir.

 

Google Analytics ilə fərqi nədir?

Google Analytics daha çox istifadəçi davranışına fokuslanır, Search Console isə axtarış nəticələrinə.

 

No Comment! Be the first one.

Bir yanıt yazın Yanıtı iptal et

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

codeon

CodeON Agency

Biznesinizi yüksəltmək üçün sizlərə Rəqəmsal Marketinq xidmətlərini təklif edirik.

Sosial Media

Sevilən Bloqlar

tiktok reklamı

TikTok Reklamları necə verilir?

11 Şubat 2026
keyword density

Keyword Density Haqqında Eşitmisən?

9 Şubat 2026
marketinq kursları

Hansı Marketinq Kursları var?

4 Şubat 2026
seo kursu

SEO Təlimi Praktika A-Z

4 Şubat 2026

Yeni Bloqlar

Bloqlar

Technical SEO nədir və necə istifadə olunur?

Bloqlar

Vebsayt Kontent necə olmalıdır?

Bloqlar

Meta Business Manager nədir?

CodeON Agency
© 2024 - Bütün Hüquqları Qorunur | Kənan Nəsibov