Kənan Nəsibov
  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media Marketinq
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
    • SEO Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə

Kənan Nəsibov

Digital Marketing Specialist

  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media Marketinq
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
    • SEO Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə
Rəqəmsal Marketinq Xidmətləri
Kənan Nəsibov
  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media Marketinq
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
    • SEO Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə
keyword density
SEO

Keyword Density Haqqında Eşitmisən?Oxuma müddəti: 3 dəqiqə

Kanan Nasibov
9 Şubat 2026

Keyword density açar sözün mətn daxilində neçə dəfə istifadə olunduğunu və ümumi söz sayına nisbətini ifadə edir. SEO baxımından bu göstərici axtarış motorlarına səhifənin hansı mövzuya fokuslandığını anlamağa kömək edir. Açar söz sıxlığı düzgün balansda olduqda məzmunun axtarış nəticələrində görünmə şansı artır. Həddindən artıq açar söz istifadəsi isə keyword stuffing sayılır və SEO performansına mənfi təsir göstərə bilər.

Mündəricat

  • Keyword Density nədir?
  • Keyword Density SEO üçün vacibdir?
  • Açar söz sıxlığı SEO performansını necə artırır?
  • Keyword Stuffing nədir?
  • Ideal Keyword Density neçə olmalıdır?
  • Keyword Density (Açar söz sıxlığı) İzah videosu
  • Tez-tez verilən suallar

Keyword Density nədir?

Keyword Density (açar söz sıxlığı) bir açar sözün mətn daxilində neçə dəfə istifadə edildiyini və ümumi söz sayına olan faiz nisbətini ifadə edir. SEO baxımından bu göstərici axtarış motorlarına səhifənin hansı mövzuya fokuslandığını anlamağa kömək edir.

Məsələn: Bir səhifədə keyword sayına baxmaq üçün “ctrl f” edib həmin keywordun sayına baxa bilərsiniz. əgər səhifədə 900 ümumi söz sayı varsa və 40 ədəd keyword varsa o zaman hesablanma qaydası bu cür olacaq: (40/900)*100%=4,4% edir.

Keyword Density SEO üçün vacibdir?

Bəli, keyword density SEO üçün vacibdir, lakin təkbaşına əsas faktor deyil. Düzgün açar söz sıxlığı axtarış motorlarına məzmunun mövzusunu göstərir, lakin həddindən artıq istifadə SEO performansına mənfi təsir edə bilər. 

Keyword Density ilə SEO performansını artırmaqdan əlavə SEO nədir adlı bloquma keçid edə bilərsiniz.

Açar söz sıxlığı SEO performansını necə artırır?

Açar söz sıxlığı düzgün balansda olduqda, səhifənin axtarış nəticələrində daha uyğun sorğular üzrə görünməsini təmin edir. Bu da həm istifadəçi təcrübəsini yaxşılaşdırır, həm də Google-un məzmunu daha asan indeksləməsinə şərait yaradır.

Keyword Stuffing nədir?

Keyword stuffing açar sözlərin mətn daxilində süni və həddindən artıq şəkildə təkrarlanmasıdır. Bu üsul artıq SEO baxımından zərərli hesab olunur və saytın axtarış nəticələrində geriləməsinə səbəb ola bilər.

Ideal Keyword Density neçə olmalıdır?

SEO mütəxəssislərinə görə ideal keyword density adətən 2–4% aralığında olmalıdır. Ən vacibi isə açar sözlərin mətnə təbii şəkildə yerləşdirilməsi və oxunaqlılığın qorunmasıdır.

Keyword Density (Açar söz sıxlığı) İzah videosu

Tez-tez verilən suallar

Keyword density nədir?

Keyword density bir açar sözün mətn daxilində neçə dəfə istifadə olunduğunu və ümumi söz sayına olan faiz nisbətini göstərir.

Keyword density SEO üçün nə qədər önəmlidir?

Açar söz sıxlığı SEO üçün vacibdir, çünki axtarış motorlarına məzmunun mövzusunu anlamağa kömək edir. Lakin bu, SEO-nun tək kriteriyası deyil.

Keyword stuffing nədir və niyə zərərlidir?

Keyword stuffing açar sözlərin süni şəkildə çox təkrarlanmasıdır. Bu üsul istifadəçi təcrübəsini zəiflədir və saytın axtarış nəticələrində geriləməsinə səbəb ola bilər.

Ideal keyword density neçə faiz olmalıdır?

Ümumiyyətlə ideal keyword density 2–4% aralığında hesab olunur. Əsas məqsəd açar sözlərin mətndə təbii görünməsidir.

Keyword density-ni necə düzgün tənzimləmək olar?

Açar sözləri başlıq, alt başlıq və mətn daxilində balanslı və məntiqli şəkildə istifadə etmək ən doğru yanaşmadır.

Keyyword Density

No Comment! Be the first one.

Bir yanıt yazın Yanıtı iptal et

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Kənan Nəsibov

Rəqəmsal Marketinq kursunu A-Z tədris edirəm.Həmçinin SEO, Google Ads və SMM xidməti göstərirəm.

Sosial Media

Sevilən Bloqlar

marketinq kursları
Hansı Marketinq Kursları var?
4 Şubat 2026
seo kursu
SEO Təlimi Praktika A-Z
4 Şubat 2026
google extension
Google Extension nədir və necə istifadə olunur?
28 Ocak 2026
seo nədir və seo necə olunur
SEO nədir və SEO necə olunur?
20 Ocak 2026

Yeni Bloqlar

keyword density
SEO

Keyword Density Haqqında Eşitmisən?

Kənan Nəsibov
© 2024 - Bütün Hüquqları Qorunur | Kənan Nəsibov