Kənan Nəsibov
  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə

Kənan Nəsibov

Digital Marketing Specialist

  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə
Kənan Nəsibov
  • Bloq
    • Rəqəmsal Marketinq
    • Sosial Media
    • Rəqəmsal Alətlər
    • SEO
    • Şəxsi İnkişaf
  • Xidmətlər
    • SEO Xidməti
    • SMM xidməti
  • Kurslar
    • SMM Kursu
    • Rəqəmsal Marketinq Kursu
  • Haqqımda
  • Portfolio
  • Əlaqə
inbound və outbound
BloqlarRəqəmsal Marketinq

Inbound ve Outbound Marketinq nedir?

Nesiboff
17 Haziran 2023

Inbound ve Outbound marketinq nedir?

Inbound marketinq – Hədəf kütlənizin sizinlə əlaqə saxlaması üçün və ya hədəf kütlənizin məhsullarınızı və ya xidmətlərinizi almaları üçün yaradılan bir strategiyadır.

Table Of Content

  • Inbound marketinqə nə daxildir?
  • Inbound marketinqdə nəyə diqqət edilməlidir?
  • Inbound marketinq necə həyata keçirilir?
  • Diqqət çəkmək
  • Hərəkətə keçirtmək
  • Dəyərləndirmə
  • Outbound marketinqə nə daxildir?
  • Outbound marketinqdə nəyə diqqət edilməlidir?
  • Inbound və Outbound marketinq fərqləri hansılardır?

Outbound marketinq – Hədəf kütlənizin sizin məhsulları və ya xidmətlərinizi almaları üçün göndərdiyiniz mesajlardır.

Daha ətraflı izah: Inbound marketinqdə siz bir strategiya qurursunuz hansı ki, hədəf kütlə özü gəlib sizin məhsulları və ya xidmətləri tapır. Outbound marketinqdə isə tam əksi, siz öz məhsul və ya xidmətlərinizi satmaq üçün müştərilərə mesajlar göndərirsiniz.

Inbound marketinqə nə daxildir?

inbound marketinq

İnbound marketinqə daxildir:

  • SEO (axtarış motorları)
  • Sosial Media Marketinq
  • Kontent Marketinq
  • Brand Awarness (marka tanıtımı) və s 

Siz SEO strategiyası qurmaqla, Sosial medialarda düzgün kontentlərlə müştərilərə çatmaqla və ya marka tanıtımı istifadə etməklə müştərilərin sizin məhsulları və ya xidmətləri almaqlarına gətirirsiniz. Yəni ki, müştərilərin ehtiyaclar olduğu məhsul və ya xidmətləri axtarır və sizi tapırlar.

  • Seo nədir və necə olmalıdır?
  • Sosial media səhifələri necə olmalıdır? ətraflı məlumat üçün keçid edə bilərsiniz.

 

Inbound marketinqdə nəyə diqqət edilməlidir?

inbound marketinq
  • Vebsaytınıza gələn istifadəçiləri sizin daimi müştərilərə dönüştürə bilərsiniz. Bunun üçün siz bloqlar yaza bilərsiniz və ya düzgün kontentlər yarada bilərsiniz.
  • Vebsaytınıza gələn istifadəçilərlə əlaqə qurmaq vacib bir nüansdır. Yəni ki, vebsaytınıza daxil olub, məhsullar və xidmətləri axtaran, vebsaytınızda vaxt keçirən istifadəçilərlər əlaqə qurmalısınız. Bunun üçün siz CTA (Call-to-Action) istifadə edə bilərsiniz və ya müştərilər üçün formlar yarada bilərsiniz.
  • Vebsaytınıza gələn müştəriləri daimi müştərilərə çevirəndən sonra onları əldə saxlamaq vacib nüansdır. Bunun üçün siz məhsullarınızı və ya xidmətlərinizin özəlliklərindən danışmalısınlz. 
  • Ən çox diqqət edəcəyiniz yollardan biri düzgün kontentdir. Siz müştərilərin ehtiyaclarına və ya problemlerinə uyğun kontentlər qurmalısınız. Yəni ki, sizin kontentlər müştərinin ehtiyacına cavab olmalıdır.
  • Çoxlu kanallardan istifadə etmək. Ümumiyyətlə İnbound marketinq çoxlu kanaldan istifadə etməyi tələb edir. Hədəf kütlələriniz fərqli kanallardadır və siz hədəf kütlənizin olduğu kanallardan istifadə etməlisiniz.

Inbound marketinq necə həyata keçirilir?

Diqqət çəkmək

Vebsaytınıza trafik çəkmək vacibdir. Vebsaytınıza gələn istifadəçilər sizin daimi müştərilərə çevrilə bilər. Bunun üçün siz diqqət çəkməlisiniz. Müştərilərin ehtiyaclarına uyğun diqqət çəkici başlıqlardan istifadə etməlisiniz. Düzgün seo strategiyası quraraq axtarış nəticələrində öndə çıxaraq diqqət çəkə bilərsiniz. Cəlbedici başlıqlardan istifadə etməklə bloqlar yaradaraq diqqət çəkə bilərsiniz.

Hərəkətə keçirtmək

Siz vebsaytınıza trafik çəkməyə başladıqdan sonra onları potansiyal müştərilərə çevirməlisiniz. Bunun üçün istifadəçilərin nömrəsini və ya mailini almağa çalışın. İstifadəçiləri hərəkətə keçirtmək üçün CTA istifadə edə bilərsiniz və ya onlar üçün form hazırlaya bilərsiniz. Sizin vebsaytda daha çox hərəkət etmələri üçün bir neçə yollar istifadə etməlisiniz

Dəyərləndirmə

Vebsaytınıza daxil olan istifadəçilərin mailini və ya nömrələrini aldınız. İstifadəçilər sizin vebsaytda vaxt keçirirlər, məhsullar və ya xidmətlərlə maraqlanırlar. Əldə etdiyiniz əlaqə vasitələrini düzgün istifadə etmək lazımdır. Məsələn, vebsayta gələn istifadəçilərə doğru zamanda maillər göndərə bilərsiniz və s.

Outbound marketinqə nə daxildir?

outbound marketinq nedir

Outbound marketinqə daxildir:

  • Televizyon reklamları
  • Radio reklamları
  • Broşurlər
  • SMS və Email marketinq

Siz öz hədəf kütlənizə məhsulu və ya xidməti almaqları üçün bir növ push edirsiniz. Hədəf kütləniz televizorda, radioda sizin məhsulların endirimdə olduğunu görür və ya siz kampaniyalar yaradırsınız və sms, mail vasitəsilə kampanyanı hədəf kütləyə göndərirsiniz.

Outbound marketinqdə nəyə diqqət edilməlidir?

outbound marketinq nedir
  • Hədəf kütlənizi təyin edin. Siz reklamlarla hansı hədəf kütləyə çıxacaqsınız, nə vaxt çıxacaqsız və ya harada çıxacaqsınız? Bu kimi sualların cavabını taparaq bir yol xəritəsi yaratmalısınız.
  • Rəqiblərinizi və onların reklamlarını analiz edin. Bunun nəticəsində siz hədəf kütlənizin ehtiyaclarına uyğun fərqli konseptə reklamlar təşkil etməyə çalışın. 
  • Hədəf kütlə ehtiyaclarını analzi edin. Hədəf kütlənizi təyin edəndən sonra onların nəyə ehtiyacları var? Bu sualın cavabını tapın. Sonra ehtiyaclarına uyğun reklamlar təşkil edin. Bununla siz hədəf kütlənizi öz müştərilərinizə çevirəcəksiniz.

Inbound və Outbound marketinq fərqləri hansılardır?

inbound ve outbound marketinq
  • İnbound marketinq hədəf kütlənizi sizin məhsullara və ya xidmətlərinizə gəlmələri üçün qurulan bir strategiyadır. Outbound marketinq isə məhsullarınızı və ya xidmətlərinizi hədəf kütləyə satmaq üçün göndərilən bir mesajdır
  • İnbound marketinq bir növ “pull” strategiya adlanır. Yəni, siz hədəf kütlənizi məhsullarınıza və ya xidmətlərinizə dartırsınız. Outbound marketinq isə “push” strategiya adlanır. Yəni, hədəf kütlənizi sizin məhsulları və ya xidmətlərinizi almaları üçün loru dildə desək basqı edirsiniz.
  • İnbound marketinq çoxtərəfli bir strategiyadır. Outbound marketinq isə tam əksi təktərəfli strategiyadır.
  • İndiki dövr üçün inbound marketinq outbound marketinqə görə daha çox istifadə olunan bir strategiyadır.
  • İnbound marketinq rəqəmsal marketinq yönümlüdür. Lakin, outbound marketinq isə ənənəvi marketinq yönümlüdür.

Bir sözlə desək, Outbound marketinq satış yönümlü, inbound marketinq isə marka tanıtımlı bir strategiyadır.

No Comment! Be the first one.

Bir yanıt yazın Yanıtı iptal et

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Kənan Nəsibov

Rəqəmsal Marketinq kursunu A-Z tədris edirəm.Həmçinin SEO, Google Ads və SMM xidməti göstərirəm.

Sosial Media

Sevilən Bloqlar

guerilla marketing nədir
Guerilla Marketing nədir və necə istifadə olunur?
22 Ocak 2025
kriptovalyuta
Kriptovalyuta nədir?
20 Aralık 2024
on-page seo nədir
On-page SEO nədir?
26 Kasım 2024
smm təqvimi
SMM Təqvimi
20 Kasım 2024

Yeni Bloqlar

Bloqlar

Technical SEO nədir və necə istifadə olunur?

Bloqlar

Sosial Media səhifələri necə olmalıdır?

Bloqlar

Vebsayt Kontent necə olmalıdır?

Kənan Nəsibov
© 2024 - Bütün Hüquqları Qorunur | Kənan Nəsibov